DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyəli teleaparıcı İngiltərədə futbol klubu aldı

© AFP 2023 / OLLY GREENWOODHull City klubunun azarkeşləri, arxiv şəkli
Hull City klubunun azarkeşləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.01.2022
Abunə olmaq
Klub izləyicilərinin sayı 404 mini keçdi
BAKI, 2 yanvar — Sputnik. Türkiyəli teleaparıcı, biznesmen Acun Ilıcalı futbol üzrə İngiltərənin ikinci çempionatında (EFL) mübarizə aparan "Hull City" klubunu alıb. Bu barədə məlumatı Sputnik Türkiyə verir.
"İngiltərənin ikinci liqasından bir klubu aldım. Buradan bütün sevənlərim və izləyicilərimə səslənirəm. "Hull City"-nin İnstagram hesabını izləyin", - deyə Acun Ilıcalı öz sosial şəbəkə hesabında yazıb.
Bundan sonra, 291 min izləyicisi olan "Hull City" klubunun izləyicilərinin sayı 404 mini keçib.
Qeyd edək ki, "Hull Citi" — İngiltərədə futbol klubudur. Klub 1904-cü ildə qurulub. Klub tarixində yaddaqalan ən böyük uğuru FA Kubokunun yarım finalına yüksəlməsi olub.
Həmçinin oxuyun:
İngiltərənin ən yaxşısı kimdir?
Avropanın ən reytinqli futbolçusu kimdir?
Azərbaycanlı futbolçuda dopinq aşkarlanıb - AMADA-nın direktoru Şəfəq Hüseynli
Qurban Qurbanov "Qarabağ"da qaydaları sərtləşdirir
Xəbər lenti
0