https://sputnik.az/20211223/azerbaycanda-futbolcuda-dopinq-askarlanib-437514262.html
Azərbaycanlı futbolçuda dopinq aşkarlanıb - AMADA-nın direktoru Şəfəq Hüseynli
Azərbaycanlı futbolçuda dopinq aşkarlanıb - AMADA-nın direktoru Şəfəq Hüseynli
Sputnik Azərbaycan
Şəfəq Hüseynli 18 antidopinq qayda pozuntusunun ümumilikdə 11 idman növündə qeydə alındığını əlavə edib. 23.12.2021, Sputnik Azərbaycan
2021-12-23T13:57+0400
2021-12-23T13:57+0400
2021-12-23T14:17+0400
futbolçu
idman
dopinq
dopinq-test
milli anti-dopinq agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0f/427470254_0:317:3013:2012_1920x0_80_0_0_2f1020c07f1dbf8bc2b294173d4acc5f.jpg
BAKI, 23 dekabr — Sputnik. Dopinq testlərin sayı çox güman ki, artacaq. Bir çox idmançılar qeydiyyata alınmış test qrupuna salınacaq.Sputnik Azərbaycan Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadla xəbər verir ki, AMADA-nın direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. O, 2021-ci ildə bir futbolçuda dopinq aşkarlandığını vurğulayıb.Ancaq Ş.Hüseynli prosesin davam etməsi səbəbindən ad çəkməyin məqsədəuyğun olmadığını qeyd edib.Şəfəq Hüseynli açıqlamasına görə, 2021-ci il üzrə 19 antidopinq qayda pozuntusu üzrə araşdırma aparılıb. O bildirib ki, qayda pozuntularından 13-ü bu il icraata götürülüb, 6-sı isə ötən ildən başlanan icraatlardır. 19 icraatdan artıq 9-u üzrə qərar qəbul olunub. Bir işə isə xitam verilib.Ş.Hüseynli 18 antidopinq qayda pozuntusunun ümumilikdə 11 idman növündə qeydə alındığını əlavə edib. Bunlardan 5-i pauerliftinq, hərəyə 2-si güləş, velosiped idmanı, basketbol, hərəyə 1-i para-atletika, futbol, sambo, karate, boks, cüdo və paracüdoda qeydə alınıb.Məlumat üçün bildirək ki, dopinqlərin qəbul olunması nəinki idman mübarizəsində qeyri-bərabər şərait yaradır, həm də idmançıların səhhətinə mənfi təsir göstərir. Dopinqlərin qəbulu orqanizmdə bir sıra xoşa gəlməyən dəyişikliklər yaratmaqla yanaşı, insanın ölümünə də səbəb ola bilir.Narkotikdən istifadə edən Azərbaycan idmançılarıAzərbaycanın Milli Antidopinq Agentliyi (AMADA) idman sahəsində narkotiklərlə mübarizə aparan qurumlardan biridir.Bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli dekabrın 20-də keçirilən "İdmanda narkotik maddələrin istifadəsi ilə mübarizə" mövzusuna həsr olunmuş tədbirdə bildirib.Onun sözlərinə görə, idmançılar arasında da narkotikdən istifadə hallarına rast gəlinir:"Hesabatımızda bildirilib ki, qurumun 2021-ci ildə aşkar etdiyi antidopinq qayda pozuntularından 11 faizi narkotik və psixiatrik maddələrə aiddir. Azərbaycanda narkotiklərə qarşı ciddi mübarizə aparılır. Bir sıra dövlət qurumları da bu yöndə çalışır. Biz də bu istiqamətdə fəaliyyətimizi genişləndirmişik. Dünyada peşəkar və elit idmançılar arasında da narkotikdən istifadə edənlər var. AMADA 5 il ərzində 7 belə hal aşkarlayıb. Bu isə 11 faiz təşkil edir".Ş.Hüseynli əlavə edib ki, AMADA antinarkotik təbliğatı ilə bağlı 8 vebinar, 25 seminar, 8 tədbir gerçəkləşdirib.Qeyd edək ki, 2019-cu ildə 5 idman növü üzrə 5 yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) 7 idmançıdan toplanmış test nümunələrinin nəticəsi müsbət çıxmış və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minib. Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla) barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb.Həmçinin oxuyun:Azərbaycan idmançılarında narkotik aşkarlanıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0f/427470254_0:0:2683:2012_1920x0_80_0_0_ef7f6a2246234efbff3dc7f0396d3572.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
futbolçu, dopinq, dopinq-test, milli anti-dopinq agentliyi
futbolçu, dopinq, dopinq-test, milli anti-dopinq agentliyi
Azərbaycanlı futbolçuda dopinq aşkarlanıb - AMADA-nın direktoru Şəfəq Hüseynli
13:57 23.12.2021 (Yenilənib: 14:17 23.12.2021) Şəfəq Hüseynli 18 antidopinq qayda pozuntusunun ümumilikdə 11 idman növündə qeydə alındığını əlavə edib.
BAKI, 23 dekabr — Sputnik. Dopinq testlərin sayı çox güman ki, artacaq. Bir çox idmançılar qeydiyyata alınmış test qrupuna salınacaq.
Sputnik Azərbaycan Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadla xəbər verir ki, AMADA-nın direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. O, 2021-ci ildə bir futbolçuda dopinq aşkarlandığını vurğulayıb.
Ancaq Ş.Hüseynli prosesin davam etməsi səbəbindən ad çəkməyin məqsədəuyğun olmadığını qeyd edib.
Şəfəq Hüseynli açıqlamasına görə, 2021-ci il üzrə 19 antidopinq qayda pozuntusu üzrə araşdırma aparılıb. O bildirib ki, qayda pozuntularından 13-ü bu il icraata götürülüb, 6-sı isə ötən ildən başlanan icraatlardır. 19 icraatdan artıq 9-u üzrə qərar qəbul olunub. Bir işə isə xitam verilib.
Ş.Hüseynli 18 antidopinq qayda pozuntusunun ümumilikdə 11 idman növündə qeydə alındığını əlavə edib. Bunlardan 5-i pauerliftinq, hərəyə 2-si güləş, velosiped idmanı, basketbol, hərəyə 1-i para-atletika, futbol, sambo, karate, boks, cüdo və paracüdoda qeydə alınıb.
Məlumat üçün bildirək ki, dopinqlərin qəbul olunması nəinki idman mübarizəsində qeyri-bərabər şərait yaradır, həm də idmançıların səhhətinə mənfi təsir göstərir. Dopinqlərin qəbulu orqanizmdə bir sıra xoşa gəlməyən dəyişikliklər yaratmaqla yanaşı, insanın ölümünə də səbəb ola bilir.
Narkotikdən istifadə edən Azərbaycan idmançıları
Azərbaycanın Milli Antidopinq Agentliyi (AMADA) idman sahəsində narkotiklərlə mübarizə aparan qurumlardan biridir.
Bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli dekabrın 20-də keçirilən "İdmanda narkotik maddələrin istifadəsi ilə mübarizə" mövzusuna həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, idmançılar arasında da narkotikdən istifadə hallarına rast gəlinir:
"Hesabatımızda bildirilib ki, qurumun 2021-ci ildə aşkar etdiyi antidopinq qayda pozuntularından 11 faizi narkotik və psixiatrik maddələrə aiddir. Azərbaycanda narkotiklərə qarşı ciddi mübarizə aparılır. Bir sıra dövlət qurumları da bu yöndə çalışır. Biz də bu istiqamətdə fəaliyyətimizi genişləndirmişik. Dünyada peşəkar və elit idmançılar arasında da narkotikdən istifadə edənlər var. AMADA 5 il ərzində 7 belə hal aşkarlayıb. Bu isə 11 faiz təşkil edir".
Ş.Hüseynli əlavə edib ki, AMADA antinarkotik təbliğatı ilə bağlı 8 vebinar, 25 seminar, 8 tədbir gerçəkləşdirib.
Qeyd edək ki, 2019-cu ildə 5 idman növü üzrə 5 yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) 7 idmançıdan toplanmış test nümunələrinin nəticəsi müsbət çıxmış və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minib. Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla) barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb.