CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: Xarıbülbülün corabda, ayaqqabıda, salfetdə əks olunması doğru deyil - Video

© Sputnik / Shahperi AbbasovaXarıbülbül
Xarıbülbül - Sputnik Azərbaycan, 1920, 02.01.2022
Abunə olmaq
Qarabağ münaqişəsi başlayandan Xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilmişdi. Bu gün həmin simvolu hər yerdə görə bilərik - aksesuarlarda, geyimlərdə, istifadə etdiyimiz əşyalarda...
BAKI, 2 yanvar — Sputnik. Xarıbülbül gülünün formasında olan rəmzi nişan Azərbaycanda İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edilib. Həmçinin Azərbaycan ordusunun zəfər simvolu kimi də tanınır. Qarabağ münaqişəsi başlayandan Xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilmişdi. Bu gün həmin simvolu hər yerdə görə bilərik - aksesuarlarda, geyimlərdə, istifadə etdiyimiz əşyalarda və s.
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Azərbaycan Respublikasının xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı şəhidlərin xatirəsinin və Azərbaycan ordusunun zəfər simvolu kimi məşhurlaşmış xarıbülbül simvolunun geyimlərdə əks olunmasını müsbət qarşılayır. Lakin deputat vurğulayır ki, geyimdə istifadə edərkən son dərəcə diqqətli olmalıdır:
"Xarıbülbül deyəndə Qarabağ yada düşür. Otuz ilə yaxın idi ki, bu gül də didərgin düşmüşdü. Uzun illər Qarabağa aid müxtəlif mahnılar bəstələndi, şeirlər yazıldı. Uzun illər geri qayıtmağı arzuladıq və nəhayət müzəffər Azərbaycan Ordusu əzmlə qabağa gedərək torpaqlarımızı işğaldan azad edib. Xarıbülbülü də bir növ qəfəsdən çıxardıq. Bülbül quşu da azadlıq rəmzidir. Məşhur Xalq mahnısında deyildiyi kimi, Vətən bağı al-əlvandir, Yox içində xarıbülbül. Ömür sürməli dövrandir, səsin gəlsin sarı bülbül. Azərbaycan xalqı üçün bu gül çox böyük əhəmiyyət kəsb edir. Qələbəmizin simvolunun ürəyimizin üstünə vurmalıyıq. Necə ki, fəxri döş nişanlarımızı sinəmizin üstünə taxırıq, xarıbülbülü də elə etməliyik. Onu coraba, ayaqqabıya, salfetə vurmaq olmaz".
Tanınmış modelyer Leyla Əhmədova xarıbülbül simvolunun geyimlərdə əks olunmasını təqdirəlayiq hesab edir:
"Mən bunda bir qəbahət görmürəm. Yeni başladığım dönəmlərdə geyim kolleksiyalarımda xarıbülbül gülündən istifadə edirdim. Həmin dönəmlərdə bizdə bunu normal qarşılamırdılar. Amma xarici ölkələrdə hər kəsin diqqətini cəlb edirdi. Kolleksiyalarımın nümayişi zamanı məhz bu çiçəyin Azərbaycanın torpağı olan Şuşada bitdiyi haqda məlumat verirdim. İndi, xüsusən müharibədən sonra bu gül geyimlərdə, aksesualarda istifadə olunmağa başlayıb. Mən bunu alqışlayıram".
Məsələ ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrəndik. Paytaxt sakinlərinin bir qismi bunu normal qarşılasa da, böyük bir qismi bunu doğru hesab etmir. Bəzilərinin fikrincə, yaxşı olar ki, xarıbülbül simvolu bütün atributlarımızda əks olunsun. Digər respondentimizin fikrincə, xarıbülübül simvolunu ictimaiyyətə yayırıqsa, onun geyimlərdə istifadəsində qəbahət yoxdur:
"Beynəlxalq təcrübədə də bu, var. Məsələn, İngiltərədə bir gülü özlərinin (Lancasterın qırmızı gülünün ləçəkləri ilə birləşmiş Yorkın (mərkəzində) ağ gülü kimi təsvir edilib - red.) qələbə simvolu kimi qəbul ediblər".
Həmçinin oxuyun:
Modelyer: Bütün günü qara hicabda gəzməyi nəinki məsləhət görmürəm, heç özüm də geyinmirəm
Xarıbülbül öz evində - İlham Əliyev "Zəfər Günü" ilə bağlı paylaşım etdi
"Zəfər sərgisi" – Azərbaycanın qələbəsi ən yaxşı rəssamların gözü ilə
Xəbər lenti
0