Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Yeni il süfrəsinin bəzəyi - hind toyuğu daha da bahalaşacaq?

© Sputnik / Ilham MustafaAğstafada hind toyuğu təsərrüfatı
Ağstafada hind toyuğu təsərrüfatı - Sputnik Azərbaycan, 1920, 31.12.2021
Xəbərlərə abunə olun
Hindtoyuğu bəsləyənlər yeni ənənəni xoş qarşılasalar da, çatdıra bilmədiklərindən şikayətlənirlər.
BAKI, 31 dekabr — Sputnik. Yeni il bayramı ərəfəsində ev quşları içərisində ən çox diqqət hindtoyuqlarına yönəlir. Onların içərisində ən baha olanı da bu quşun ətidir. Hər Yeni il bayramında süfrədə hindtoyuğu olması bir növ ənənə halına düşüb.
Ağstafa rayonunun ən çox hind toyuğu saxlanan Muğanlı kənd sakinləri yeni ilin gəlişi ilə bu quşların kütləvi satışına başlayıblar. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan kənd sakinləri qiymətlərin keçən ilkindən bir qədər fərqli olduğunu deyiblər.
© Sputnik / Ilham MustafaAğstafada hind toyuğu təsərrüfatı
Ağstafada hind toyuğu təsərrüfatı - Sputnik Azərbaycan, 1920, 31.12.2021
Ağstafada hind toyuğu təsərrüfatı
Təsərrüfat sahibi Azər Mansurov hazırda qiymətlərin normal olduğunu, lakin bu ətin satış mövsümünün qısa olduğunu deyib:
"Ötən ilə baxanda qiymətlər fərqlidir. Ötən il satşımız çox az oldu. Yəqin, pandemiya ilə əlaqədardır. Bu il toy, xeyir işlərə icazə verildiyindən, şadlıq sarayları açıldığından, yəqin, tələbat da artıb. Hazırda 30 manatdan artığa satılır. Yazdan bunun bəslənməsinə başlayırıq, dekabr, yanvar aylarında yaxşı satılır. Fevral ayından sonar, demək olar ki, hinduşka əti ilə maraqlanan olmur. Ona görə bu müddət ərzində, əsasən Yeni il ərəfəsində, çalışırıq, satışını həyata keçirək”.
© Sputnik / Ilham MustafaAğstafada hind toyuğu təsərrüfatı
Ağstafada hind toyuğu təsərrüfatı - Sputnik Azərbaycan, 1920, 31.12.2021
Ağstafada hind toyuğu təsərrüfatı
Digər təsərrüfatçı İsgəndər Nəsibov alıcıların əsasən fərə hind toyuqlarına üstünlük verdiklərini söyləyib.
“Hinduşka ətinin Yeni il süfrəsində olması artıq bir ənənə halına gəlib. Onu nəzərə alıb biz də yardımçı təsərrüfat kimi yay uzunu hinduşka saxlayıb qışda çəkirik bazarlara. Düzdür, bazara getməyə ehtiyac olmur. Alverçilər gəlib evlərdən alıb aparırlar. Bir vaxtlar kənddə hər kəsin belə təsərrüfatı var idi. İndi yemlərin bahalanması ilə xeyir az qaldığından saxlayanların da sayı azalıb”, - İ.Nəsibov deyib.
© Sputnik / Ilham MustafaAğstafada hind toyuğu təsərrüfatı
Ağstafada hind toyuğu təsərrüfatı - Sputnik Azərbaycan, 1920, 31.12.2021
Ağstafada hind toyuğu təsərrüfatı
Rayon bazarlarında ev quşları satılan hissədə ən çox hinduşkaya rast gəlmək mümkündür. Satıcı Almaz İbrahimova Yeni il öncəsi buradakı qiymətlərin də keçən ilkindən bir az baha olduğunu bildirib.
“Hazırda Yeni ilə görə tələbat çoxdur. Mövsümü indidir, sonra yavaş-yavaş alıcısı azalır. Ota düşəndə dadlı olmur. Kənd malı fərənin kilosu 12-13, xoruzun kilosu 11-12 manatdır. Neçə illərdir belə olub. Amma buğdanın, dənin qiyməti ildən-ilə artır”, - satıcı bildirib.
© Sputnik / Ilham MustafaAğstafada hind toyuğu təsərrüfatı
Ağstafada hind toyuğu təsərrüfatı - Sputnik Azərbaycan, 1920, 31.12.2021
Ağstafada hind toyuğu təsərrüfatı
Rayon bazarında yaxşı bəslənmiş, 4-5 kq-lıq hindtoyuğunun diri halda qiyməti 50-60 manatdır. Şəhər və paytaxt bazarlarında qiymətlər bir qədər bahadır. Bayram günü hinduşkanın bir az da bahalaşacağı gözlənilir.
Eləcə də oxuyun:
* Bayram süfrəsinin vazkeçilməzi: Qarabağ aşı - VİDEO
* Cənub bölgəsinin Yeni il süfrəsinə maraq qatacaq qaşqaldaqlı plov
* Bayram bazarlığı: Yeni il süfrəsi neçəyə başa gələcək
* Yeni il süfrənizə ləzzətli və ətirli təam, duzda basdırma balıq - videoresept
* Bayram yarmarkasından reportaj - Video/Foto
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала