CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni il salatları nə qədər saxlanıla bilər?

© Photo : PxHere/Maria PolnaSalat, arxiv şəkli
Salat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.12.2021
Abunə olmaq
Yeni il süfrəsinin ənənəvi salatlarında bakteriya və mikroorqanizmlər sürətlə çoxalır. Xüsusən mayonezdə mikroblar daha çox olur.
BAKI, 31 dekabr — Sputnik. Yeni il süfrəsinin əsas salatları olan olivye, şuba, paytaxt salatlarının bayramdan sonrakı günlərdə də yeyilməsi sirr deyil.
Sputnik Azərbaycan medicina.az-a istinadən xəbər verir ki, dietoloqlar bu salatların hazırlandıqdan sonrakı 12 saat ərzində yeyilib bitməsinin vacibliyini açıqlayıblar.
Tərkibi qarışıq inqrediyentli və mayonezli salatlar bir sutka saxlanıla bilməz. Çünki hər bir ərzağın özünün saxlanma və xarab olma müddəti var. Bu yeməklərdə bakteriya və mikroorqanizmlər sürətlə çoxalır. Xüsusən mayonezdə mikroblar daha çox olur.
Elə ki, salata mayonez qatıb duzladınız, orada rütubət, nəmişlik olur, bu mühit isə bakteriyalar üçün əlverişlidir. Hər keçən saat bakteriyaların xeyrinədir. Soyuducuda saxlanmayan salatın isə ömrü daha az olur.
Ona görə bütün mayonezli bayram salatları hazırlandıqdan sonrakı 4-5 saatda yeyilməlidir. Maksimum saxlanma müddəti 12 saatdır, yalnız soyuducuda.
Eləcə də oxuyun:
* Test. Yeni il salatına nələri qatmaq lazım deyil?
Xəbər lenti
0