CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Test. Yeni il salatına nələri qatmaq lazım deyil?

© Depositphotos.com / FotodomOlivye salatı
Olivye salatı - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Abunə olmaq
Yeni il süfrəsinin ən populyar beş salatı, onların tərkibi yadınızda? Reseptlərdə hansı inqrediyentin artıq olduğunu tapa bilərsinizmi?
Klassik Yeni il süfrəsinin ən çox sevilən təamları olivye, paytaxt, şuba, vineqret, “Sezar” və “yunan” salatıdır.
Orta yaş nəslin nümayəndələri, yəqin ki, bu salatların hazırlanması üçün gərək olan inqrediyentləri yaxşı xatırlayırlar. Ancaq vaxt keçir, mətbəx sirlərini yeni nəsil mənimsəməyə başlayır. Bəs görəsən, onlar da bu salatların klassik tərkibi ilə tanışdırlarmı?
Bayrama nə qalıb ki? Salatların tərkibini yada salmaq, hətta lazımlı ərzağın siyahısını tutmaq üçün faydalı olacaq xüsusi testdən keçməyi təklif edirik.
Bu salatlarda artıq olan komponentlər hansılardır?
1 dan 5
Olivyeyə nə qatmaq lazım deyil?

Olivye

Yeni il süfrəsinin vazkeçilməz atributu olan bu salatı Moskvanın “Ermitaj” restoranında işləmiş fransız aşpaz Lüsyen Olivyenin fikirləşib tapdığı deyilir. Ancaq bu versiya ilə bağlı suallar var.
Məlum olub ki, Moskvada Lüsyen Olivye adlı şəxs olmayıb. Sözügedən mehmanxana və restoranın idarəçisinin soyadı Olivye olsa da, adı Nikolay olub, özü də həmin şəxs olivye salatının yaranmasından çox sonralar yaşayıb.
Bundan başqa, Fransanın özündə bu adda salat yoxdur. Fransızlar oxşar inqrediyentlərdən hazırlanan “rus salatı”nı tanıyırlar.
Ona görə belə ehtimal var ki, olivye salatını elə ruslar özləri düzəldiblər. Çünki şimal qonşumuzda hər şeyi xırda doğrayıb ağ sousla qarışdırmaq adəti var.

Vineqret

Bişmiş kökümeyvəlilərdən (kök, çuğundur və s.) salatı XVIII-XIX əslərdə Qərbi Avropada hazırlamağa başlayıblar. Tərəvəzlərin dadını yaxşılaşdırmaq üçün vineqretə sirkə turşusu və müxtəlif şorabalar qatırdılar.
Rusiyada bu salatın çar mətbəxindən yayılmağa başladığı deyilir. Guya çarın aşpazı fransızların tərəvəzin üstünə sirkə (vinaigre) əlavə etdiyini görüb və oxşar təam hazırlamağa qərar verib.
Vineqret sözünün əsasında sirkə (vinaigre) dursa da, Fransa və Skandinaviyadan yayılmağa başlasa da, günümüzdə onu “dünyəvi“ salat adlandırmaq olar, çünki tərkibi sadədir və bura daxil olan kökümeyvəlilər bütün Avropa ölkələrində yetişir.

Siyənək balığı ilə şuba

Deyilənə görə, bu salatı XX əsrdə yeməkxana şəbəkəsinə sahib olan tacir Anastas Boqomilov fikirləşib tapıb. Çaxnaşmalı inqilab dövründə tacir xalqın birliyini əks etdirən qəlyanaltı hazırlamağa qərar verib.
“Əfsanə”yə görə, siyənək balığı ilə şuba salatı ilk dəfə 1919-cu il daxil olarkən süfrəyə verilib. Onun əsas komponenti – proletarların yeməyi olan siyənək balığı idi. Tacir salata baş soğan, bişmiş kartof, yerkökü əlavə edib, üstünə isə sürtgəcdən keçirilmiş çuğundur əlavə edib – onun fikrincə, bu, fəhlələrin qırmızı bayrağının rəmzi idi.
Ancaq bütün bunlar hamısı uydurmadır.
Nə belə bir tacir olub, nə də qalan hekayə. Siyənək balığı ilə şuba salatını Skandinaviya sakinləri icad ediblər. Norveçdə 1851-ci ildə dərc olunmuş bir kitabda “Sillsallad” adlı, oxşar tərkibə malik salatın resepti var. “Sillsallad” isə ilə siyənək salatı deməkdir.

“Sezar” salatı

Bu təamı italyan əsilli amerikalı kulinar Sezar (Çezare) Kardininin yaratdığı deyilir. XX əsrin 20-ci illərində aşpazın Meksikanın ABŞ-la sərhədində yerləşən Tixuana şəhərində Caesar's Place adlı restoran-kazinosu olub.
“Sezar”ın yaranma hekayəsi maraqlıdır – qonaqlara yemək çatmadığından aşpaz belə bir təam icad edib. Sezarın qəfildən xeyli qonağı gəlib, ərzaq ehtiyatı isə həddən artıq az imiş – sarımsaq, parmezan, çörək, kələm...
Aşpaz cəld boşqaba sarımsaq sürtüb, kələm yarpaqlarını iri-iri doğrayıb, üzərinə suxarı səpib, zeytun yağı və limon şirəsi gəzdirib, parmezanı sürtgəcdən keçirib, çiy yumurta-pendir-zeytun yağı qarışığından ibarət sous əlavə edib.
Bununla da aşpaz tarixə düşə bilib. Sezarın qızı Roza yazırdı ki, salat 1924-cü ildə Meksikada “doğulub” və o vaxtdan da müxtəlif variantlarla dünyada məşhurlaşıb. 1953-cü ildə Parisdə Epikür cəmiyyəti “Sezar” salatını Amerikada son 50 il ərzində icad olunmuş ən yaxşı təam elan edib.
İlkin reseptdə, göründüyü kimi, heç bir hamsi balığı, toyuq əti, bekon olmayıb. Bütün bunlar, eləcə də pomidorlar sonradan əlavə olunub.

“Yunan” salatı

Bu salatın adı ilə yaranma yeri tam üst-üstə düşür. Yəni istənilən yunan kəndində rast gəlinən klassik kənd təamıdır.
Salatın əsas komponenti qoyun və ya keçi südündən düzəldilən ənənəvi ağ yunan pendiridir (feta).
Salatı hazırlayarkən inqrediyentləri xırdalanmır, iri doğranır. Həmçinin yunanlar bu salatı hazırlayarkıən xiyarın qabığını soyurlar və adətən salatı süfrəyə verən zaman qarışdırırlar.
Bizim başqa testlərimiz və reseptlərimiz də var. Yoxlayın:
* Test: Kim Şaxta babadan çox bilir?
* Yeni il masasına fisincan plov – videoresept
* Yeni il süfrənizə ləzzətli və ətirli təam, duzda basdırma balıq - videoresept
* Resept: Yeni il süfrəsinə Şah plov
Xəbər lenti
0