Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Test. Mandela effekti: yanlış xatirələr fenomeni nə ilə bağlıdır?

© AP Photo / Themba HadebeNelson Mandela
Nelson Mandela - Sputnik Azərbaycan, 1920, 31.12.2021
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Sirli “Mandela effekti”nin sizə də təsir edib-etmədiyini bizim testi keçməklə yoxlaya bilərsiniz. Yaddaşınızla baş verənləri də öyrənmək şansınız var. Çox təəccüblənəcəksiniz.
“Məni sevmir o gözəl yar” mahnısı yadınızdadırmı? Bəziləri onun özbək müğənni Uluqbek Rəhmətullayevə məxsus olduğunu iddia etsələr də, əslində mahnını ilk dəfə Tərlan Novxanılı ifa edib. Nə qədər qəribə də olsa, belə xatirələr və iddialar onlarladır.
Bəs bu necə olur? Eyni zamanda xeyli insanın yaddaşında problem yarana bilərmi? Bunun sirri nədir və onu niyə afrikalı lider Nelson Mandelanın adı ilə bağlayırlar?
Əlbəttə, bu suallara birlikdə cavab axtaracağıq. Ancaq öncə Mandela effektinin sizə də təsir edib-etmədiyini bilmək üçün testdən keçin.
1 dan 10
İrtica ilə mübarizə aparan Nelson Mandela harada və nə vaxt ölüb?

Yaddaşın sirləri: niyə səhv edirik?

Real faktlar bir çox insanların xatirələri ilə üst-üstə düşmür. Belə hallar yaşananda bəziləri fikrə gedir, bəziləri təəccüblənirlər. Oxşar testlərə səhv cavab verənlərin faiz göstəricisi isə 100-ə yaxın olur.
Bu nədir? Kütləvi hipnoz, feyk xəbərlər, kəpənək effekti, yoxsa paralel dünyalar? Bəlkə, bu, Corc Oruellin “1984” romanındakı keçmişi dəyişdirən “Həqiqət nazirliyi”nin prinsipi ilə işləyən eksperimentdir?
Bütün bunlar - çox sayda insanda oxşar yanlış xatirələrin yaranması Mandela effekti adlanır.

Bəs niyə Mandela?

“Yanlış kollektiv xatirə” də adlandırılan bu effektin adı bizim testin birinci sualında əks olunan hadisə ilə birbaşa əlaqədardır.
2013-cü ildə eyni anda yüzlərlə insan internetdə siyasətçi və dövlət xadimi Nelson Mandelanın ölümünü müzakirə etməyə başladı. İnsanlar əmin idilər ki, aftrikalı siyasətçi hələ 1980-ci illərdə həbsxanada vəfat edib. Hələ bir çoxları onun ölümü haqda xəbərləri xatırladıqlarını da dedilər.
Əslində isə Mandela 1990-cı ildə həbsdən çıxmış, CAR prezidenti olmuş, 2013-cü ildə dünyadan köçmüşdü.
Və Mandelanın ölümü xəbəri bu qəbildən yeganə deyildi. Məsələn, indinin özünədək ABŞ prezidenti Con Kennedinin güllələnərkən avtomobilində neçə nəfərin olduğu barədə mübahisələr səngimir.
Bu tipli kollektiv yanlış xatirələri əks etdirən “Mandela effekti” terminini isə amerikalı yazıçı, özünü “paranormal hallar üzrə məsləhətçi” adlandıran Fiona Brum fikirləşib tapıb.
Hətta ABŞ-da “Mandela effekti” (The Mandela Effect, 2019) adlı film də çəkilib. Onun sloqanı belədir – yaddaş labirintinə səyahət edin.
Brum iddia edir ki, insanlar alternativ reallığa düşdüklərindən Mandela effekti yaranır. Psixoloqlar isə bunu yanlış yaddaş və sosial effektlərlə izah edirlər. Bunun adı da var – konfabulyasiya. Yəni hansısa yanlış xatirələr, gerçəkdən baş vermiş, yaxud sonradan dəyişdirilmiş faktlar başqa bir vaxta “köçürülür” və tamamilə fərziyyə olan hadisələrlə üst-üstə düşə bilir.
Alimlər deyirlər ki, bu zaman yaddaş xarab telefon kimi işləməyə başlayır: yəni hər dəfə ağlına ilkin hadisə deyil, onun son xatırladığın versiyası gəlir. Kollektiv yanlış xatirələri – insanların qavranılması çətin olan informasiyadan qurtulmaq, eləcə də xatirələrdə yaranan boşluqları fərziyyələrlə doldurmaq cəhdi kimi dəyərləndirmək olar.
Mandela ilə olan əhvalatda xatirələrin dəyişikliyi baş vermişdi. Mandela 95 yaşında dünyadan köçüb. Bundan öncə isə siyasi baxışlarına görə 26 il həbsdə yatıb, sonra isə CAR prezidenti olub.
O əziyyət çəkəndə mətbuat bu haqda çox yazırdı və insanlar onun əzablı həyat hekayəsini yadda saxlayırdılar. Həbsdən çıxıb prezident olduqdan sonra isə rutin başladı. Üstəlik, Mandela çox mürəkkəb məsələləri çözməyə çalışırdı və heç də həmişə buna müvəffəq ola bilmirdi.
Tezliklə CAR dünya xəbərlərinin sıralamasında geriləməyə başladı. Planet Mandelanı tədricən unutdu. O öləndə isə artıq çoxları təəccüblənirdilər, çünki Mandelanın hələ uzaq 90-cı illərdə öldüyündən əmin idilər.
Yəni yaddaş bizim beynimizdə öz işini gördü. Bu minvalla Mandela effektini yaddaşın qeyri-kamilliyi ilə də bağlaya bilərik.
İndi isə bəzi yanlış xatirələri çözməyə cəhd edək.
Xruşşov və başmağı
Keçmiş sovet lideri ilə bağlı xatirədə söhbət tarixi faktların dəyişdirilməsindən gedə bilər – çünki o vaxt hərə öz propaqandasını aparırdı, sovetlər iddia edirdilər ki, Xruşşov bütün dünya “elita”sını yerinə oturdub. Xruşşovun oğlu Sergey isə düzgün versiyanın The New York Times-ın müxbiri Ceyms Ferrona məxsus olduğunu deyib: ata Xruşşov doğrudan da masanı döyəcləyirmiş, amma başmağı ilə deyil, yumruğu ilə. Ayaqqabısı isə Xruşşov kürsüyə qalxan zaman ayağından çıxıb, o, başmağı qaldırıb, ancaq geyinməyə macal tapmayaraq əlində kürsüyə qədər gətirib.
Life jurnalının fotoredaktoru Con Lonqardın xatirələrinə görə, Xruşşov kürsüdə başmağını qaldırıb, zaldakı fotomüxbirlər obyektivlərini ona yönəldiblər, ancaq şou alınmayıb – Xruşşov başmağı ayağına geyinib. Lonqard bildirib ki, təcrübəli jurnalistlər belə kadrı əldən buraxmazdılar.
Yeltsinin demədiyi söz
Boris Yeltsin heç vaxt: “Mən yoruldum, gedirəm!” - deməyib. Çoxsaylı memlər bizim yaddaşımıza bu cür təsir edib.
Versiyalardan birinə görə, bunda “kaveençi”lər (KVN - Şən və Hazırcavablar Klubunun üzvləri) günahkardırlar. Onlar hələ Yeltsin hakimiyyətdən getməmişdən bu barədə zarafatlar edirdilər, camaatın da yadında o cür qalıb.
Bir az da musiqi
Bir zamanlar səhnənin kralı Elvis Presli idi. Okeanın bu tayında da onu elə qəbul edirdilər. Frenk Sinatra da tamam başqa aləmdi. “Only you” mahnısını isə səs imkanlarına görə gah bu, gah digər ifaçının “ayağına yazırdılar”.
Əslində isə bu mahnını 1955-ci ildə The Platters qrupu ifa edərək lentə aldırıb.
Bu isə özbək ifaçı Uluqbek Rəhmətullayevin konsertindən bir parçadır. Orada Uluqbek Tərlan Novxanılını səhnəyə dəvət edərək, hitinin müəllifinin əslində azərbaycanlı olduğunu vurğulayır.
Bax belə. Yalançı, yanlış xəbərlərin qurbanı olmayın. Həmişə beyninizə “niyə?” sualını verməyə imkan yaradın.
Bizim digər testlərimizə də nəzər yetirməyi unutmayın. Yaddaşınız üçün faydalı olacaq:
* Faşistləri lərzəyə salan Mehdi Hüseynzadə - maraqlı faktlar
* Ədəbiyyat üzrə Nobel mükafatı: maraqlı faktlar
* Test: Kim Şaxta babadan çox bilir?
* Dəlisov Dostoyevski: bildiyimiz və bilmədiyimiz cəhətləri
* Kimya üzrə Nobel mükafatı: 5 maraqlı fakt və test
* Test: "Don Kixot"u xatırlayarkən
* Test: "İkinci yarımızın" metamorfozası – telefon haqda maraqlı faktlar
* Test: Ordular və hərb sənəti
Xəbər lenti
0