https://sputnik.az/20211231/serhedlerin-dagidilmasi-gorunmemis-addim-idi---tarixci-alim-437606950.html
Sərhədlərin dağıdılması görünməmiş addım idi - tarixçi alim
Sərhədlərin dağıdılması görünməmiş addım idi - tarixçi alim
Sputnik Azərbaycan
Tarixçi iki ölkə arasında sərhədlərin dağıdılması ilə nəhəng siyasi prosesə təkan verildiyini düşünür. 31.12.2021, Sputnik Azərbaycan
2021-12-31T14:05+0400
2021-12-31T14:05+0400
2021-12-31T14:05+0400
naxçıvan
azərbaycan xəbərləri
tarix
sərhəd
iran
dünya azərbaycanlılarının həmrəylik günü və yeni il
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/10/425735129_0:160:3073:1888_1920x0_80_0_0_8a26e292e3c033eb1d08c57d59b434c7.jpg
BAKI, 31 dekabr — Sputnik. “İnsanlar az qala yüz ilə qədər bağlı olan sərhədləri dağıdıb, tüğyan edən Araz çayının sularına özlərini elə atırdılar ki... Bu, son dərəcə təsirli bir səhnəydi. Qısa zamanda bu hadisə bütün dünyada böyük rezonans yaratdı.İki dövlətin içində parçalanmış halda yaşayan bir xalqın göstərdiyi çaba, mübarizə, nəhayət, sərhədlərin dağıdılması eyni kökdən, eyni dildən, eyni mədəniyyətdən olan və min illərlə birgə yaşamış olan Azərbaycan türklərinin birləşməsi anı oldu”.Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün kökləri haqda Sputnik Azərbaycan-a məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli deyir ki, bu, uzun sürən hadisələrin məntiqi nəticəsi idi."1918-20-ci illərdə xalqımız azadlığı daddı. Ölkədə sovet sistemi qurulandan sonra da dəfələrlə Azərbaycanda müstəqilliyin bərpası üçün cəhdlər oldu.Sonralar Xalq hərəkatına ideoloji öncüllük edən, Azərbaycan Milli Azadlıq hərəkatının beşiyində duran "Çənlibel" hərəkatı və Şəkidə arxeoloq Nəsib Muxtarlının rəhbərlik etdiyi "Ocaq" cəmiyyəti Azərbaycanda azadlıq ruhunu yenidən qaytardılar. Həmin zaman Naxçıvanda İranla sərhəd dirəklərini dağıdanlar, istehkamları məhv edənlər xalq hərəkatının üzvləri idilər", - tarixçi deyir.Müsahibimiz bildirir ki, İkinci Dünya müharibəsi dönəmində Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaşanan hadisələr bir çoxlarını, İranı, sovetləri, hətta Böyük Britaniyanı da narahat edirdi: "Həmin hərəkat böyük imperiyaların razılığı ilə susduruldu. Xalq hərəkatı qan içində boğduruldu. Amma artıq ox yaydan çıxmışdı. Çünki bir çox ölkələrdə azadlıq hərəkatı başlamışdı. Amma bu cür, sovet sərhədlərinin üsyankarcasına dağıdılması görünməmiş hadisə idi".Tarixçi bildirir ki, 1988-ci ildən başlayan hadisələr vaxtı sovetlərin dağılmasının simptomlarını görmək mümkün idi. Bu hadisələr getdikcə güclənirdi və azadlıq ruhu cücərməyə başlamışdı: "1989-cu ilin dekabrında artıq Cənubi Azərbaycanla olan ayrılıq, Araz çayı boyunca insanların uzun illər ürəyində qalan həsrət və nisgili sanki bir hayqırtıya çevrildi.Nəhayət, 1989-cu ilin 31 dekabrında İranla o zamankı Azərbaycan Sovet Sosialist Respublikası arasında olan sərhəd dirəkləri sökülməyə başladı. Bu addımı atan xalq hərəkatı iştirakçıları bunun çox böyük əks-zərbəsi olacağını anlasalar da, özlərini fəda etməyə hazır idilər. Arazın o tayında olan minlərlə soydaşımız bu tərəfdəki insanların səsinə səs verib toplaşmışdılar".Həmsöhbətimiz deyir ki, bütün dünya mətbuatı bu hadisədən yazdı: "Dünya KİV-i bugünkündən məhdud olsa da, bu hadisəni şərh elədi. Sovet İttifaqının parçalanmasına bu hadisə bir növ təkan oldu. Baxmayaraq ki, ardınca bunun çox acı nəticələri oldu. Əslində, 90-cı ilin yanvarında Azərbaycanda baş verən hadisələr xalq hərəkatını susdurmaq, qorxutmaq, insanları yenidən öz qınına çəkilməyə məcbur etmək üçün idi".Dünyanın bütün ölklərinə səpələnmiş azərbaycanlılar 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəlik Günü adlandırdılar. Amma tarixçi bu günü həm də azadlığımızın yeni mərhələsi hesab edir: "Bu, parçalanmış xalqların taleyində yeni bir dönəm idi. Çətinliklərə baxmayaraq bu gün dövləti, gerbi, himni olan Azərbaycanımız var".A.Məmmədli təəssüf hissi ilə qeyd edir ki, həmin dövrlə bağlı xronikalar hələlik geniş şəkildə ictimaiyyətə çatdırılmır. Tarixçi alim qeyd edir ki, bu, Şimali və Cənubi Azərbaycanla olan bağları daha da genişləndirərdi.Qeyd edək ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.Günümüzdə bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.Eləcə də oxuyun:* Aləmdə səsim var mənim - Dünya azərbaycanlılarının sayı* Prezident İlham Əliyevdən Azərbaycan xalqına təbrik* Bir könüldə min can olaq, daha da mehriban olaq
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/10/425735129_170:0:2901:2048_1920x0_80_0_0_40d26a23af1d8553f3d01e4a0b698137.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dünya azərbaycanlılarının həmrəylik günü azərbaycan tarix
dünya azərbaycanlılarının həmrəylik günü azərbaycan tarix
Sərhədlərin dağıdılması görünməmiş addım idi - tarixçi alim
Tarixçi iki ölkə arasında sərhədlərin dağıdılması ilə nəhəng siyasi prosesə təkan verildiyini düşünür.
BAKI, 31 dekabr — Sputnik. “İnsanlar az qala yüz ilə qədər bağlı olan sərhədləri dağıdıb, tüğyan edən Araz çayının sularına özlərini elə atırdılar ki... Bu, son dərəcə təsirli bir səhnəydi. Qısa zamanda bu hadisə bütün dünyada böyük rezonans yaratdı.
İki dövlətin içində parçalanmış halda yaşayan bir xalqın göstərdiyi çaba, mübarizə, nəhayət, sərhədlərin dağıdılması eyni kökdən, eyni dildən, eyni mədəniyyətdən olan və min illərlə birgə yaşamış olan Azərbaycan türklərinin birləşməsi anı oldu”.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün kökləri haqda Sputnik Azərbaycan-a məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli deyir ki, bu, uzun sürən hadisələrin məntiqi nəticəsi idi.
"1918-20-ci illərdə xalqımız azadlığı daddı. Ölkədə sovet sistemi qurulandan sonra da dəfələrlə Azərbaycanda müstəqilliyin bərpası üçün cəhdlər oldu.
Sonralar Xalq hərəkatına ideoloji öncüllük edən, Azərbaycan Milli Azadlıq hərəkatının beşiyində duran "Çənlibel" hərəkatı və Şəkidə arxeoloq Nəsib Muxtarlının rəhbərlik etdiyi "Ocaq" cəmiyyəti Azərbaycanda azadlıq ruhunu yenidən qaytardılar. Həmin zaman Naxçıvanda İranla sərhəd dirəklərini dağıdanlar, istehkamları məhv edənlər xalq hərəkatının üzvləri idilər", - tarixçi deyir.
“Doğrudur, 1940-cı illərdə bir sıra proseslər baş vermişdi, - A.Məmmədli əlavə edir. - 1947-ci ilə qədər müharibə ilə bağlı sovetlərin icazəsi ilə gediş-gəliş mümkün idi. Amma bu, eyni candan, eyni qandan olan insanlar üçün kifayət etmirdi”.
Müsahibimiz bildirir ki, İkinci Dünya müharibəsi dönəmində Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaşanan hadisələr bir çoxlarını, İranı, sovetləri, hətta Böyük Britaniyanı da narahat edirdi: "Həmin hərəkat böyük imperiyaların razılığı ilə susduruldu. Xalq hərəkatı qan içində boğduruldu. Amma artıq ox yaydan çıxmışdı. Çünki bir çox ölkələrdə azadlıq hərəkatı başlamışdı. Amma bu cür, sovet sərhədlərinin üsyankarcasına dağıdılması görünməmiş hadisə idi".
Tarixçi bildirir ki, 1988-ci ildən başlayan hadisələr vaxtı sovetlərin dağılmasının simptomlarını görmək mümkün idi. Bu hadisələr getdikcə güclənirdi və azadlıq ruhu cücərməyə başlamışdı: "1989-cu ilin dekabrında artıq Cənubi Azərbaycanla olan ayrılıq, Araz çayı boyunca insanların uzun illər ürəyində qalan həsrət və nisgili sanki bir hayqırtıya çevrildi.
Nəhayət, 1989-cu ilin 31 dekabrında İranla o zamankı Azərbaycan Sovet Sosialist Respublikası arasında olan sərhəd dirəkləri sökülməyə başladı. Bu addımı atan xalq hərəkatı iştirakçıları bunun çox böyük əks-zərbəsi olacağını anlasalar da, özlərini fəda etməyə hazır idilər. Arazın o tayında olan minlərlə soydaşımız bu tərəfdəki insanların səsinə səs verib toplaşmışdılar".
Həmsöhbətimiz deyir ki, bütün dünya mətbuatı bu hadisədən yazdı: "Dünya KİV-i bugünkündən məhdud olsa da, bu hadisəni şərh elədi. Sovet İttifaqının parçalanmasına bu hadisə bir növ təkan oldu. Baxmayaraq ki, ardınca bunun çox acı nəticələri oldu. Əslində, 90-cı ilin yanvarında Azərbaycanda baş verən hadisələr xalq hərəkatını susdurmaq, qorxutmaq, insanları yenidən öz qınına çəkilməyə məcbur etmək üçün idi".
Dünyanın bütün ölklərinə səpələnmiş azərbaycanlılar 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəlik Günü adlandırdılar. Amma tarixçi bu günü həm də azadlığımızın yeni mərhələsi hesab edir: "Bu, parçalanmış xalqların taleyində yeni bir dönəm idi. Çətinliklərə baxmayaraq bu gün dövləti, gerbi, himni olan Azərbaycanımız var".
A.Məmmədli təəssüf hissi ilə qeyd edir ki, həmin dövrlə bağlı xronikalar hələlik geniş şəkildə ictimaiyyətə çatdırılmır. Tarixçi alim qeyd edir ki, bu, Şimali və Cənubi Azərbaycanla olan bağları daha da genişləndirərdi.
Qeyd edək ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.
Günümüzdə bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.