https://sputnik.az/20211231/bir-konulde-min-can-olaq-daha-da-mehriban-olaq-437720567.html
Bir könüldə min can olaq, daha da mehriban olaq
Bir könüldə min can olaq, daha da mehriban olaq
Sputnik Azərbaycan
Bir gündə iki bayramı qeyd edirik - həm yeni, 2022-ci ilin gəlişini, həm də həmrəyliyimizin təməlinin qoyulduğu günü. 31.12.2021, Sputnik Azərbaycan
2021-12-31T00:01+0400
2021-12-31T00:01+0400
2021-12-31T00:01+0400
azərbaycan xəbərləri
tarixdə bu gün
yeni il
dünya azərbaycanlılarının həmrəylik günü və yeni il
bayram
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40536/98/405369867_0:56:1800:1069_1920x0_80_0_0_99608b08d811308a3d6f21b076c85932.jpg
BAKI, 31 dekabr - Sputnik. Ömrümüzün daha bir ilinə bu gün vida edəcəyik. Eyni zamanda da az qala, bir qərinə sınandığımızın fərqinə varacağıq.Bir gündə iki bayramı qeyd edirik - həm yeni, 2022-ci ilin gəlişini, həm də həmrəyliyimizin təməlinin qoyulduğu günü. Otuz iki il əvvəl baş vurduq bu yola. 1989-cu il dekabrın son günü o taylı-bu taylı azərbaycanlıların həsrətdən buz olan ürəklərinə gün kimi doğdu - İranla Azərbaycan arasındakı sərhəd çəpərləri söküldü. İllərlə ayrı düşən qohumlar, soydaşlar, azərbaycanlılar görüşdülər. Həmin vaxtdan iki ölkə arasında sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. O vaxtdan etibarən 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram kimi dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlı tərəfindən qeyd olunur.Bu otuz ildən çox müddətdə Azərbaycan bir sistemdən digərinə keçdi, müstəqil oldu, baş tacımız Qarabağ iki müharibə yaşadı. 2020-ci ildən koronavirus pandemiyası yenə sərhədləri bağladı, gediş-gəlişi heçə endirdi. Ancaq buna rəğmən, bütün dünyaya səpələnmiş azərbaycanlılar, lazım gələrsə, yumruq kimi birləşməyi, həqiqəti bəşəriyyətə çatdırmağı öyrəndilər. Haqqın zəfər çalmasına, Qarabağın işğaldan azad edilməsinə kimisi bir zərrə ümid işığı, təşəbbüs, kimisi canını, qanını verdi.Qarşıdan yeni il gəlir. Yeni bir sınağın qarşısındayıq. Görüləsi işlər çoxdur - işğaldan azad edilmiş torpaqlarımızı dirçəltmək, həm dövlətçiliyimizə, həm milli kimliyimizə, həm sağlamlığımıza düşmən kəsilən meyllərə sinə gərmək. Günəşin altındakı yerimizi elmlə, biliklə, mədəniyyətlə möhkəmlətmək. Bütün bunlar həmrəy olmadan, dəstəksiz mümkün deyil.Biz isə bacararıq! Həmrəylik günümüz mübarək! Yeni ilimiz mübarək! Sevgimiz bol, xoşbəxtliyimiz daimi olsun! Eləcə də oxuyun:* Millət vəkillərimiz bu azərbaycanlılardan razılıq edirlər* Azərbaycanın zəfəri İslam dünyası adına böyük qələbədir - Şeyxülislam
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40536/98/405369867_200:0:1800:1200_1920x0_80_0_0_2d49de54e8dec25cddcbc02538cdbb9f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dünya azərbaycanlılarının həmrəyliyi günü azərbaycan birlik yeni il bayram
dünya azərbaycanlılarının həmrəyliyi günü azərbaycan birlik yeni il bayram
Bir könüldə min can olaq, daha da mehriban olaq
Bir gündə iki bayramı qeyd edirik - həm yeni, 2022-ci ilin gəlişini, həm də həmrəyliyimizin təməlinin qoyulduğu günü.
BAKI, 31 dekabr - Sputnik. Ömrümüzün daha bir ilinə bu gün vida edəcəyik. Eyni zamanda da az qala, bir qərinə sınandığımızın fərqinə varacağıq.
Bir gündə iki bayramı qeyd edirik - həm yeni, 2022-ci ilin gəlişini, həm də həmrəyliyimizin təməlinin qoyulduğu günü.
Otuz iki il əvvəl baş vurduq bu yola. 1989-cu il dekabrın son günü o taylı-bu taylı azərbaycanlıların həsrətdən buz olan ürəklərinə gün kimi doğdu - İranla Azərbaycan arasındakı sərhəd çəpərləri söküldü. İllərlə ayrı düşən qohumlar, soydaşlar, azərbaycanlılar görüşdülər. Həmin vaxtdan iki ölkə arasında sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.
O vaxtdan etibarən 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram kimi dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlı tərəfindən qeyd olunur.
Bu otuz ildən çox müddətdə Azərbaycan bir sistemdən digərinə keçdi, müstəqil oldu, baş tacımız Qarabağ iki müharibə yaşadı. 2020-ci ildən koronavirus pandemiyası yenə sərhədləri bağladı, gediş-gəlişi heçə endirdi. Ancaq buna rəğmən, bütün dünyaya səpələnmiş azərbaycanlılar, lazım gələrsə, yumruq kimi birləşməyi, həqiqəti bəşəriyyətə çatdırmağı öyrəndilər. Haqqın zəfər çalmasına, Qarabağın işğaldan azad edilməsinə kimisi bir zərrə ümid işığı, təşəbbüs, kimisi canını, qanını verdi.
Qarşıdan yeni il gəlir. Yeni bir sınağın qarşısındayıq. Görüləsi işlər çoxdur - işğaldan azad edilmiş torpaqlarımızı dirçəltmək, həm dövlətçiliyimizə, həm milli kimliyimizə, həm sağlamlığımıza düşmən kəsilən meyllərə sinə gərmək. Günəşin altındakı yerimizi elmlə, biliklə, mədəniyyətlə möhkəmlətmək. Bütün bunlar həmrəy olmadan, dəstəksiz mümkün deyil.
Biz isə bacararıq! Həmrəylik günümüz mübarək! Yeni ilimiz mübarək! Sevgimiz bol, xoşbəxtliyimiz daimi olsun!