Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Jurnalist vəsiqəsi hansı üstünlüklər vəd edir?

© Sputnik / Murad OrujovJurnalistlər iş başında, arxiv şəkli
Jurnalistlər iş başında, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2021
Abunə olmaq
Media Reyestrinə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqəsi veriləcək. Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 il olacaq.
BAKI, 30 dekabr — Sputnik. Azərbaycanda jurnalist vəsiqəsi veriləcək şəxslərin imtiyazları müəyyənləşir.
Sputnik Azərbaycan xəbər verir ki, bu, parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan "Media haqqında" yeni qanun layihəsində əksini tapıb.
Qanuna görə, Media Reyestrinə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqəsi veriləcək. Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 il olacaq.
Jurnalist vəsiqəsi verilmiş şəxslərin aşağıdakı imtiyazları olacaq:
Jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq;
Dövlət orqanları (qurumları), müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq;
Əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin tədbirlərin keçirildiyi məkanlara bu Qanunun 72-ci maddəsinə uyğun olaraq akkreditasiya olunduğu halda daxil olmaq;
Bu Qanunun 76.1.2–76.1.5-ci maddələrində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan yararlanmaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Eləcə də oxuyun:
* Media haqqında qanun keçdi - təklifləri nəzərə aldılarmı?
Xəbər lenti
0