https://sputnik.az/20211230/ankara-ermenistanla-danisiqlarin-vaxtini-aciqladi-437745525.html
Ankara Ermənistanla danışıqların vaxtını açıqladı
Ankara Ermənistanla danışıqların vaxtını açıqladı
Sputnik Azərbaycan
İbrahim Kalın da jurnalistlərə açıqlamasında bildirib ki, artıq Ermənistanla əlaqələrin normallaşmaması üçün səbəb yoxdur. 30.12.2021, Sputnik Azərbaycan
2021-12-30T22:22+0400
2021-12-30T22:22+0400
2021-12-30T22:22+0400
dünya xəbərləri
görüş
türkiyə
ermənistan
xüsusi nümayəndə
vaxt
https://cdnn1.img.sputnik.az/img/41456/26/414562649_0:215:2048:1367_1920x0_80_0_0_af7201a8f2cce125ef6a571efd5e071e.jpg
BAKI, 30 dekabr — Sputnik. Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü yanvarda nəzərdə tutulub.Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. "Tarix hələ bəlli deyil, ancaq görüşün yanvarda baş tutacağı gözlənlir", - nazir 24TV-yə müzahibəsində deyib. Qeyd edək ki, cari ilin dekabrın əvvəlində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Ermənistanla münasibətlərinin normallaşdırılması üçün bir sıra addımlar ata biləcəyini bildirmişdi. O qeyd etmişdi ki, Ermənistanla münasibətlər məsələsində Azərbaycanla da məsləhətləşmələr aparılır.İlk görüşün Moskvada keçiriləcəyi deyilir.Ermənistanla Türkiyə arasındakı münasibətlər 1993-cü ildən bəri bəzi ön şərtlərlə bağlı yox səviyyəsindədir.Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da jurnalistlərə açıqlamasında bildirib ki, artıq Ermənistanla əlaqələrin normallaşmaması üçün səbəb yoxdur: "1992-ci ildə Türkiyə Ermənistanla diplomatik əlaqələrini kəsəndə, sərhədi bağlayanda əsas məsələ Qarabağın işğalı idi. Keçən il 44 günlük müharibədə qazanılan Zəfərlə Qarabağ problemi həll edildi. Qarabağ tarixi sahiblərinə qayıtdı və 1992-ci ildə bizim Ermənistanla əlaqələrimizin sona çatmasına səbəb olan problem həll edildi".Eləcə də oxuyun:* Türkiyə Ermənistanla anlaşacaq: görüşün məkanı bəllidir* Rəsmi Ankara: Ermənistanla əlaqələrin normallaşmaması üçün səbəb yoxdur
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41456/26/414562649_149:0:1972:1367_1920x0_80_0_0_32794f0e06c3b7cf7f71231ad0d8ce4d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə ermənistan xüsusi nümayəndə görüş vaxt
türkiyə ermənistan xüsusi nümayəndə görüş vaxt
Ankara Ermənistanla danışıqların vaxtını açıqladı
İbrahim Kalın da jurnalistlərə açıqlamasında bildirib ki, artıq Ermənistanla əlaqələrin normallaşmaması üçün səbəb yoxdur.
BAKI, 30 dekabr — Sputnik. Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü yanvarda nəzərdə tutulub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Tarix hələ bəlli deyil, ancaq görüşün yanvarda baş tutacağı gözlənlir", - nazir 24TV-yə müzahibəsində deyib.
Qeyd edək ki, cari ilin dekabrın əvvəlində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Ermənistanla münasibətlərinin normallaşdırılması üçün bir sıra addımlar ata biləcəyini bildirmişdi. O qeyd etmişdi ki, Ermənistanla münasibətlər məsələsində Azərbaycanla da məsləhətləşmələr aparılır.
İlk görüşün Moskvada keçiriləcəyi deyilir.
Ermənistanla Türkiyə arasındakı münasibətlər 1993-cü ildən bəri bəzi ön şərtlərlə bağlı yox səviyyəsindədir.
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da jurnalistlərə açıqlamasında bildirib ki, artıq Ermənistanla əlaqələrin normallaşmaması üçün səbəb yoxdur:
"1992-ci ildə Türkiyə Ermənistanla diplomatik əlaqələrini kəsəndə, sərhədi bağlayanda əsas məsələ Qarabağın işğalı idi. Keçən il 44 günlük müharibədə qazanılan Zəfərlə Qarabağ problemi həll edildi. Qarabağ tarixi sahiblərinə qayıtdı və 1992-ci ildə bizim Ermənistanla əlaqələrimizin sona çatmasına səbəb olan problem həll edildi".