Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

ABŞ-ın “demokratiya bombaları”

© AP Photo / Michael SohnABŞ bayrağı, arxiv şəkli
ABŞ bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2021
Abunə olmaq
Ağ Evdə ümid edirlər ki, Cənubi Qafqazda bu yolla qalmaq mümkün olacaq. Ancaq qatar gedib. ABŞ onu Avropada gözləyə bilər.
BAKI, 30 dekabr — Sputnik. Ağ Evin bu yaxınlarda keçirdiyi “Demokratiya Sammiti”ni Çin, bəlkə də ən münasib metafora ilə canlandırmışdı: “ABŞ demokratiyadan nüvə silahı kimi istifadə edir”.

Dekabrın 9-10-dakı bu absurd tamaşası yenidən haradan yadımıza düşdü?

Məsələ burasındadır ki, bu günlərdə ABŞ-ın İrəvandakı səfirliyi Ermənistanda demokratiyanın inkişafı ilə bağlı təkliflər üçün müsabiqə elan edib. Proqramın ümumi maliyyəsi 400 min dollar təşkil edir. Qeyd olunur ki, proqram çərçivəsində müstəqil mediaya dəstək, "gənclərin Ermənistanda vətəndaş cəmiyyətlərində iştirakının, siyasi müzakirələrin və sosial məsuliyyətin inkişafına cəlb edilməsi", eləcə də "internetdə azadlığın gücləndirilməsi" təşəbbüslərinə xüsusi diqqət yetiriləcək.
ABŞ-ın 907-ci düzəlişdən etibarən Ermənistana, daha doğrusu, bizə münasibətdə özünü göstərən ikili standartları İrəvana nəfəs verir.

Moskvanı düşmən elan et, gəl, pulunu götür

Azərbaycanın öz gücü hesabına həll etdiyi Qarabağ münaqişəsinin həllində ABŞ-ın vasitəçi olaraq 30 ildə nəinki zərrə qədər rolu olmadı, əksinə, indi daha aydın görünür ki, onlar bu prosesi tormozlamaqla məşğul olublar.
İllərdir təyyarələri ilə dünyanın dörd bir yanına bədbəxtlik daşıyan ABŞ-ın özünü “demokratiya müəllimi”, insan hüquqlarının qoruyucusu kimi aparması tragikomedik görünür.
Anqola, Botsvana, Namibiya, Zambiya, Fici, Marşal adaları, Vanuatu, Nepal, Barbados, Panama, Surinam, eləcə də Ermənistan kimi işğalçı, terrorçu və anti-demokratik ölkənin bu sammitə dəvət olunması göstərdi ki, Ağ Ev yenə səmimi deyil - sadəcə, öz çətiri altında koalisiya formalaşdırmağa çalışır. Əsas meyar Rusiya ilə düşmən olmaqdır – Moskvanı düşmən elan et, gəl, pulunu götür.
Birləşmiş Ştatlar Dövlət Departamentinin Avropa Bürosu mediaya açıqlamasında bildirmişdi ki, sammitə dəvət olunan ölkələrin siyahısının hazırlanması zamanı kriteriya olaraq, "ölkələrin qlobal demokratiya və sülhün inkişafına verdiyi töhfə" nəzərə alınıb".
Əcəb işdir: Ermənistan və qlobal sülhə töhfə! Bu ölkənin adının sülhlə birgə hallandırılması ümumiyyətlə, bəşəri dəyərlərə, insan hüquqlarına hörmətsizlikdir. Minlərlə insanın qanını tökmüş, 1 milyon insanı yurd-yuvasından didərgin salmış, işğal etdiyi ərazilərdə bütün dini-tarixi abidələri, infrastrukturu vandalcasına dağıtmış, qəbirləri açmış toplumun yaşadığı ölkə qlobal sülhə töhfə veribmiş...

Assanja baxmaq kifayət edir

Dünyaya demokratiya ixrac etmək iddiasında olan Ağ Evin “WikiLeaks"in qurucusu Culian Assanja münasibətdə ortaya qoyduğu nümunə də bu ölkə üçün demokratiyanın doğrudan da silah, bəlkə də nüvə silahı olduğunu təsdiq edir.
Hazırda Culian Assanj Böyük Britaniyanın “Belmarsh” həbsxanasında saxlanılır. 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edən Culian Assanj, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin öldürülməsi, Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yaymışdı.
2012-ci ildə İsveçin ona qarşı seksual cinayətdə ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınmış və orada təxminən 7 il gizlənmişdi. 2019-cu ildə isə “Scotland Yard” Assanjı bu ölkənin səfirliyində həbs etdi. Bundan sonra ABŞ hakimiyyəti Culian Assanja qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürdü. İndi Assanjın ABŞ-a ekstradisiyası məsələsi müzakirə olunur. Hansı ki, orada onu 175 il həbs cəzası gözləyir.
İrqçilik, qaradərililərə qarşı zorakılıq yaşı öz tarixi qədər olan ABŞ indi Ermənistana demokratiya adı ilə dollar zənbilləri göndərməyə hazırlaşır. Görünür, Ağ Evdə ümid edirlər ki, Cənubi Qafqazda bu yolla qalmaq mümkün olacaq. Ancaq qatar gedib – o, Zəngəzur dəhlizindən keçəcək... ABŞ onu Avropada gözləyə bilər.
Xəbər lenti
0