https://sputnik.az/20211229/xezerin-seviyyesi-en-cox-bu-il-dusub-sebeb-nedir-437714277.html
Xəzər hara gedir: Rusiya dənizi xilas etmək üçün tədbirlər görür
Xəzər hara gedir: Rusiya dənizi xilas etmək üçün tədbirlər görür
Sputnik Azərbaycan
Dəniz suyunun aşağı enməsi Xəzəryanı ölkələr üçün narahatlıq doğurur. Xəzər dənizinin səviyyəsi 2005-ci illə müqayisədə 119 sm enib. 29.12.2021, Sputnik Azərbaycan
2021-12-29T18:15+0400
2021-12-29T18:15+0400
2021-12-29T18:13+0400
xəzər
azərbaycan xəbərləri
ekologiya və təbii sərvətlər nazirliyi
xəzər dənizi
umayra tağıyeva
https://cdnn1.img.sputnik.az/img/41658/80/416588033_0:320:3073:2048_1920x0_80_0_0_cc08a37c51ac1c269628ba28272939df.jpg
BAKI, 29 dekabr — Sputnik. Xəzəri fəlakət gözləyir Xəzərin mühüm problemlərindən biri də dənizin kanalizasiya suları, plastik tullantılar və neft məhsulları ilə çirklənməsdir. Rusiya 2021-2024-cü illər ərzində Xəzər dənizində plastiklərlə mübarizə üzrə layihənin reallaşmasına 4 milyon dollar vəsait ayıracaq. Bu barədə hüquqi məlumat portalında dərc olunan Rusiya Federasiyası hökumətinin sərəncamında qeyd olunur. Məlumatda bildirilir: Rusiya Xarici İşlər Nazirliyinə tapşırılıb ki, sərəncam barədə BMT-nin müvafiq proqramlarını məlumatlandırılsın və xərclər maliyyələşdirilsin.Xəzərdə Aral fəlakəti təkrarlana bilər Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Peter Burian bir müddət əvvəl bildirmişdi ki, Xəzər də Aral dənizi kimi ekoloji fəlakətlə üz-üzə qalıb. "Sudan istifadə ilə bağlı əvvəlki təcrübələr Aral dənizində çox ciddi fəlakətə gətirib çıxarmışdı. Düzdür, hələlik heç kim bu barədə danışmır, amma elm adamları bu məsələyə ciddi yanışmasalar, Xəzər dənizində də oxşar fəlakətin baş verə biləcəyini proqnozlaşdırırlar", – deyə o bildirib. Onun sözlərinə görə, xüsusilə də Ural çayından Xəzər dənizinə tökülən suyun həcmi azalıb. "Proqnozlara görə, bu proses o qədər sürətlənə bilər ki, həqiqətən də, çox ciddi ekoloji fəlakətə gətirib çıxarar", – deyə xüsusi nümayəndə vurğulayıb. Burian onu da qeyd edib ki, hazırda Xəzərin su ehtiyatlarından rasional və məsuliyyətli istifadə sahəsində əməkdaşlığı təşviq etmək çox vacibdir. "Bunun üçün bütün ölkələrin (Xəzər hövzəsi ölkələri - red.) maraqları nəzərə alınmaqla su ehtiyatlarının ədalətli bölünməsi və istifadəsi ilə bağlı razılığa gəlinməlidilər", – deyə Aİ-nin xüsusi nümayəndəsi əlavə edib. Xəzərin statusu ilə bağlı konvensiya Qeyd edək ki, 2018-ci ilin avqust ayında beş Xəzəryanı ölkə başçısı Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında konvensiyanı imzalayıblar - bu bölgə üçün tarixi sənəddir və onun üzərində iş 20 ildən artıqdır ki, davam edir. Konvensiyanı Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan prezidentləri imzalayıblar. Sənəd beş dövlət üçün Xəzər dənizinə müstəsna və mükəmməl hüquqlar verərək dənizin suyundan və digər ehtiyatlarından məsuliyyətli istifadəni təmin edir. Bu günə qədər yalnız dörd tərəf Konvensiyanı ratifikasiya edib: Türkmənistan (dekabr 2018), Qazaxıstan, Azərbaycan (fevral 2019), Rusiya (oktyabr 2019). İran Konvensiyanın ratifikasiyası məsələsini yubadır.Xəzər dənizinin səviyyəsi ən çox bu il aşağı düşüb: Səbəb nədir?Xəzər dənizinin səviyyəsi 2021-ci ildə 35 sm aşağı düşüb.Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat konfransında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.Nazirlik rəsmisi suyun səviyyəsinin aşağı düşməsinin bəzi ölkələri də narahat etdiyini deyib: "Dəniz suyunun aşağı enməsi Xəzəryanı ölkələr üçün narahatlıq doğurur. Xəzər dənizinin səviyyəsi 2005-ci illə müqayisədə 119 sm enib. Xəzər dənizinin aşağı enmə səviyyəsi ən çox bu il qeydə alınıb. Gələn ilin mart ayında nazirliyin təşəbbüsü ilə konfrans keçiriləcək və alman mütəxəssisləri və s. iştirakı ilə bağlı bu istiqamətdə elmi bazanın yaradılması məsələsinə diqqət yetirəcəyik".Xəzər dənizinin səviyyəsiQeyd edək ki, Xəzər dənizinin ən mühüm xüsusiyyəti səviyyəsinin mütəmadi olaraq qalxıb-enməsidir. Dənizin səviyyəsinin dəyişməsinə əsas səbəb onun su balansı elementlərinin dəyişməsidir. Su balansının mədaxilini (80%) çay axınları təşkil edir ki, onun da təqribən 85%-ə qədəri Volqa çayının gətirdiyi suların hesabındadır. Müşahidələr göstərir ki, çay axınları orta qiymətə nisbətən böyük intervalda dəyişikliklərə uğrayırlar. Buna səbəb isə dənizin çox geniş sutoplama hövzəsində (şimal yarım kürəsinin təxminən 20% ərazisi) baş verən hidrometeoroloji proseslərdir.Tarixi dövr ərzində (son 3500 il) dənizin səviyyəsinin dəyişməsi 15 m, son 200 ildə 3.5 m təşkil edib. Xəzər dənizinin səviyyəsində həmçinin fəsli dəyişmələr müşahidə olunur ki, onun qiyməti 30-40 sm intervalında dəyişir. Səviyyə özünün ən yüksək qiymətini iyun-avqust aylarında, ən aşağı qiymətini isə dekabr-fevral aylarında alır.Xəzərin səviyyəsində çoxillik tərəddüdlərdən başqa, fəsillər üzrə də dəyişmələr müşahidə edilir. Belə ki, ilin isti aylarında soyuq aylara nisbətən Xəzərdə səviyyə daha yüksək olur, yanvar, fevral aylarında minimum, iyul, avqust aylarında isə maksimum qiymət alır.Həmçinin oxuyun:Xəzər bizdən uzaqlaşır - narahat olmağa dəyərmi?Abşeronun zəlzələ təhlükəsi Xəzər dənizindən gəlir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41658/80/416588033_0:0:2731:2048_1920x0_80_0_0_248563b92e979fded94c259ccce35c43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəzər dənizi yoxa çıxır? ilginc səbəblər
xəzər dənizi yoxa çıxır? ilginc səbəblər
Xəzər hara gedir: Rusiya dənizi xilas etmək üçün tədbirlər görür
Dəniz suyunun aşağı enməsi Xəzəryanı ölkələr üçün narahatlıq doğurur. Xəzər dənizinin səviyyəsi 2005-ci illə müqayisədə 119 sm enib.
BAKI, 29 dekabr — Sputnik. Xəzəri fəlakət gözləyir Xəzərin mühüm problemlərindən biri də dənizin kanalizasiya suları, plastik tullantılar və neft məhsulları ilə çirklənməsdir.
Rusiya 2021-2024-cü illər ərzində Xəzər dənizində plastiklərlə mübarizə üzrə layihənin reallaşmasına 4 milyon dollar vəsait ayıracaq. Bu barədə hüquqi məlumat portalında dərc olunan Rusiya Federasiyası hökumətinin sərəncamında qeyd olunur.
“2021-2024-cü illərdə federal büdcə hesabına Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının və Ətraf Mühit Proqramının birgə layihəsinin həyata keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının büdcəsinə 4 039 200 ABŞ dollarına qədər vəsait ayrılsın”.
Rusiya Xarici İşlər Nazirliyinə tapşırılıb ki, sərəncam barədə BMT-nin müvafiq proqramlarını məlumatlandırılsın və xərclər maliyyələşdirilsin.
Xəzərdə Aral fəlakəti təkrarlana bilər Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Peter Burian bir müddət əvvəl bildirmişdi ki, Xəzər də Aral dənizi kimi ekoloji fəlakətlə üz-üzə qalıb.
"Sudan istifadə ilə bağlı əvvəlki təcrübələr Aral dənizində çox ciddi fəlakətə gətirib çıxarmışdı. Düzdür, hələlik heç kim bu barədə danışmır, amma elm adamları bu məsələyə ciddi yanışmasalar, Xəzər dənizində də oxşar fəlakətin baş verə biləcəyini proqnozlaşdırırlar", – deyə o bildirib. Onun sözlərinə görə, xüsusilə də Ural çayından Xəzər dənizinə tökülən suyun həcmi azalıb.
"Proqnozlara görə, bu proses o qədər sürətlənə bilər ki, həqiqətən də, çox ciddi ekoloji fəlakətə gətirib çıxarar", – deyə xüsusi nümayəndə vurğulayıb. Burian onu da qeyd edib ki, hazırda Xəzərin su ehtiyatlarından rasional və məsuliyyətli istifadə sahəsində əməkdaşlığı təşviq etmək çox vacibdir.
"Bunun üçün bütün ölkələrin (Xəzər hövzəsi ölkələri - red.) maraqları nəzərə alınmaqla su ehtiyatlarının ədalətli bölünməsi və istifadəsi ilə bağlı razılığa gəlinməlidilər", – deyə Aİ-nin xüsusi nümayəndəsi əlavə edib.
Xəzərin statusu ilə bağlı konvensiya Qeyd edək ki, 2018-ci ilin avqust ayında beş Xəzəryanı ölkə başçısı Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında konvensiyanı imzalayıblar - bu bölgə üçün tarixi sənəddir və onun üzərində iş 20 ildən artıqdır ki, davam edir. Konvensiyanı Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan prezidentləri imzalayıblar. Sənəd beş dövlət üçün Xəzər dənizinə müstəsna və mükəmməl hüquqlar verərək dənizin suyundan və digər ehtiyatlarından məsuliyyətli istifadəni təmin edir.
Bu günə qədər yalnız dörd tərəf Konvensiyanı ratifikasiya edib: Türkmənistan (dekabr 2018), Qazaxıstan, Azərbaycan (fevral 2019), Rusiya (oktyabr 2019). İran Konvensiyanın ratifikasiyası məsələsini yubadır.
Xəzər dənizinin səviyyəsi ən çox bu il aşağı düşüb: Səbəb nədir?
Xəzər dənizinin səviyyəsi 2021-ci ildə 35 sm aşağı düşüb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat konfransında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Nazirlik rəsmisi suyun səviyyəsinin aşağı düşməsinin bəzi ölkələri də narahat etdiyini deyib: "Dəniz suyunun aşağı enməsi Xəzəryanı ölkələr üçün narahatlıq doğurur. Xəzər dənizinin səviyyəsi 2005-ci illə müqayisədə 119 sm enib. Xəzər dənizinin aşağı enmə səviyyəsi ən çox bu il qeydə alınıb. Gələn ilin mart ayında nazirliyin təşəbbüsü ilə konfrans keçiriləcək və alman mütəxəssisləri və s. iştirakı ilə bağlı bu istiqamətdə elmi bazanın yaradılması məsələsinə diqqət yetirəcəyik".
Xəzər dənizinin səviyyəsi
Qeyd edək ki, Xəzər dənizinin ən mühüm xüsusiyyəti səviyyəsinin mütəmadi olaraq qalxıb-enməsidir. Dənizin səviyyəsinin dəyişməsinə əsas səbəb onun su balansı elementlərinin dəyişməsidir. Su balansının mədaxilini (80%) çay axınları təşkil edir ki, onun da təqribən 85%-ə qədəri Volqa çayının gətirdiyi suların hesabındadır.
Müşahidələr göstərir ki, çay axınları orta qiymətə nisbətən böyük intervalda dəyişikliklərə uğrayırlar. Buna səbəb isə dənizin çox geniş sutoplama hövzəsində (şimal yarım kürəsinin təxminən 20% ərazisi) baş verən hidrometeoroloji proseslərdir.
Tarixi dövr ərzində (son 3500 il) dənizin səviyyəsinin dəyişməsi 15 m, son 200 ildə 3.5 m təşkil edib. Xəzər dənizinin səviyyəsində həmçinin fəsli dəyişmələr müşahidə olunur ki, onun qiyməti 30-40 sm intervalında dəyişir. Səviyyə özünün ən yüksək qiymətini iyun-avqust aylarında, ən aşağı qiymətini isə dekabr-fevral aylarında alır.
Xəzərin səviyyəsində çoxillik tərəddüdlərdən başqa, fəsillər üzrə də dəyişmələr müşahidə edilir. Belə ki, ilin isti aylarında soyuq aylara nisbətən Xəzərdə səviyyə daha yüksək olur, yanvar, fevral aylarında minimum, iyul, avqust aylarında isə maksimum qiymət alır.