CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronun zəlzələ təhlükəsi Xəzər dənizindən gəlir

© Sputnik / Ilham MustafayevXəzər dənizi
Xəzər dənizi - Sputnik Azərbaycan, 1920, 27.11.2021
Abunə olmaq
Qurban Yetirmişli bildirib ki, Abşeronun zəlzələ təhlükəsi Xəzər dənizindən gəlir.
BAKI, 27 noyabr — Sputnik. Bu gün yerli vaxtla saat 03:44-də Xəzər dənizində zəlzələ qeydə alınıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, yeraltı təkanların maqnitudası 3,4 km, dərinliyi isə 62 km olub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə bir il ərzində orta hesabla 4 minə kimi zəlzələlər qeydə alınır: "Xəzərdə baş verən zəlzələlər qorxulu deyil. Nəzərə almaq lazımdır ki, Xəzərin şərqə doğru olan hissəsində, Azəri-Çıraq-Günəşli yataqlarına tərəf təkanlar daha çox qeydə alınır. Amma təkanların maqnitudası 3-dən yuxarı olmur".
Q. Yetirmişlinin sözlərinə görə, ən dərin zəlzələ ocaqları Xəzərdə yerləşir. Xəzərdə zəlzələlər 50-60, hətta 70 km dərinliyində olur. Onun sözlərinə görə, Abşeronun zəlzələ təhlükəsi Xəzər dənizindən gəlir.
Qeyd edək ki, noyabrın 20-də də Pirquludan 20 km cənubda, Şamaxı ərazisində 4.5 və 5.1 maqnitudalı iki zəlzələ qeydə alınıb. Təkanlar 3-5 bal gücündə hiss olunub.
Eləcə də oxuyun:
* Azərbaycanda ard-arda iki zəlzələ olub - FHN açıqlama verdi
Xəbər lenti
0