CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhiyyə Nazirliyi Yeni il bayramı ilə bağlı əhaliyə müraciət edib

© Photo : APASəhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Abunə olmaq
Bayramlarda qonaq getmə halları çox müşahidə olunur və bu da təmasların artması deməkdir.
BAKI, 29 dekabr — Sputnik. Səhiyyə Nazirliyi Yeni il bayramı ilə əlaqədar əhaliyə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məlumat verib.
Onun sözlərinə görə, bayramlarda qonaq getmə halları çox müşahidə olunur və bu da təmasların artması deməkdir:
"Novruz bayramında da qeyd etmişdim ki, qaydalara uyğun davranılsa, nəticə yaxşı olar. Yenə də bu tədbirlərə əməl edilməsini tövsiyə edirəm".
"Nəzərə alsaq ki, ölkədə "Omikron" ştammı qeydə alınmayıb. Ona görə də bu bayramda kütləvi toplaşma yəqin ki, yoluxma sayında artıma səbəb olmayacaq. Lakin yenə də ehtiyatı əldən verməməklə lazımi qoruyucu tədbirlərə ciddi əməl etmək lazımdır", - T.Eyvazov əlavə edib.
Qeyd edək ki, son sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 1209 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 615 842 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 597 754 nəfər müalicə olunaraq sağalıb, 8 332 nəfər vəfat edib. 9 756 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 591, bu günə qədər isə ümumilikdə 5 842 565 test icra olunub.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 157 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 908, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 659, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 590 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 286 004, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 163 947, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 669 820, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 452 237 təşkil edir.
Həmçinin oxuyun:
Operativ Qərargahın brifinqində hansı qərarlar verildi?
Xəbər lenti
0