Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qubadlı-Eyvazlı avtomobil yolunun inşası davam edir - VİDEO/FOTO

© Photo : Azerbaijan Highway State AgencyQubadlı-Eyvazlı yolunun inşası
Qubadlı-Eyvazlı yolunun inşası - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Abunə olmaq
Bu avtomobil yolu işğaldan azad edilmiş Qubadlı şəhəri daxil olmaqla, Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.
BAKI, 29 dekabr — Sputnik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri Qubadlı-Eyvazlı avtomobil yoludur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Sputnik Azərbaycan-a verilən məlumata görə IV texniki dərəcəli avtomobil yolunun uzunluğu 28.5 km-dir. Yolun 8 km-lik hissəsində torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri artıq başa çatıb.
"İnşaat Norma və Qaydaları"na uyğun olaraq Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən və çətin relyefə malik ərazidən keçən avtomobil yolunun layihə eninin alınması üçün qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri davam etdirilir.
Xüsusi texnikalardan istifadə olunmaqla icra olunan işlər zamanı yol genişləndirilərək profilə salınır və IV texniki dərəcəyə uyğun torpaq yatağı inşa edilir. Qeyd olunan işlərin icrası üçün tikinti ərazisinə lazımi sayda texnika və canlı qüvvə cəlb edilib.
© Photo : Azerbaijan Highway State AgencyQubadlı-Eyvazlı yolunun inşası
Qubadlı-Eyvazlı yolunun inşası - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Qubadlı-Eyvazlı yolunun inşası
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin yolun 2.5-ci km-də 122.4 metr uzunluğa malik 4 aşırımlı, yolun 21-ci km-də isə 66 metr uzunluğunda 2 aşırımlı avtomobil körpüsünün də inşası nəzərdə tutulur.
Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.
© Photo : Azerbaijan Highway State AgencyQubadlı-Eyvazlı yolunun inşası
Qubadlı-Eyvazlı yolunun inşası - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Qubadlı-Eyvazlı yolunun inşası
İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "13 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC ilə subpodratçı şirkət olaraq "Protean Construction" ASC birgə icra edir.
Qeyd edək ki, Qubadlı-Eyvazlı avtomobil yolu işğaldan azad edilmiş Qubadlı şəhəri daxil olmaqla, Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.
Həmçinin oxuyun:
Şamaxı Yeni ilə necə hazırlaşır?
Rusiyada qalan Azərbaycan vətəndaşları bu gün quru yolla ölkəyə qayıdıblar
Qarabağın hər yerində tunellər tikilir - FOTO
Xəbər lenti
0