Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Şamaxı Yeni ilə necə hazırlaşır?

Abunə olmaq
Yeni ilin qarşılanması üçün Şamaxının küçə və prospektlərində quraşdırılan bayram atributları maraqlı görüntülərə səbəb olub. Ətraflı videomuzda.
Rayon sakinləri ilə yanaşı Bakıdan Şimal-qərb istiqamətində hərəkət edən qonaqlar bu gözəlliyi görə biləcəklər.
Şəhərin girişində, eləcə də yeni salınmış dairəvi yol ətrafında, parklarda müasir işıqlandırma sistemləri tətbiq olunub. Yeni il atributları və müxtəlif dizaynda bəzədilmiş əyləncəli qurğular hər kəsin diqqətini cəlb edir.
Bayram ab-havasını yaradan küknar ağacları, bəzəkli çılçıraqlar xüsusən gecə saatlarında rayon sakinləri ilə yanaşı Şamaxıya səfər edən qonaqların da zövqünü oxşayacaq.
Beləcə, Şamaxı 2022-ci ili bayram atributlarına qərq olmuş şəkildə qarşılayacaq.
Xəbər lenti
0