Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin və Bayden yenə telefonla danışacaqlar

© Sputnik / Сергей Бобылев / POOL / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент США Джо Байден (справа) во время встречи в Женеве на вилле Ла Гранж. 16 июня 2021.
Президент РФ Владимир Путин и президент США Джо Байден (справа) во время встречи в Женеве на вилле Ла Гранж. 16 июня 2021. - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Abunə olmaq
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden çərşənbə günü, dekabrın 7-də videobağlantı ilə əlaqə yaradıblar.
BAKI, 29 dekabr - Sputnik. Vladimir Putin sabah amerikalı həmkarı Co Baydenlə telefona danışacaq. Sputnik Azərbaycan RİA-Novostiyə istinadən xəbər verir ki, bunu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
"Həqiqətən, sabah axşam saatlarında Putinlə ABŞ Prezidenti arasında telefon danışığı planlaşdırılıb", — deyə Peskov bildirib.
Qeyd edək ki, CNN telekanalı Ağ Evin nümayəndəsi Emili Horna istinadla bildirib ki, ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə dekabrın 30-da telefonla danışacaq.
E.Hornun sözlərinə görə, Bayden hesab edir ki, "Rusiya ilə münasibətdə heç nə liderlər arasında birbaşa dialoqu əvəz edə bilməz".
Ağ Evdən daha sonra bildiriblər ki, telefon danışığı zamanı bir çox məsələ, o cümlədən diplomatik məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri Vladimir PutinCo Bayden çərşənbə günü, dekabrın 7-də videobağlantı ilə əlaqə yaradıblar.
Videoyayımdan bəlli olur ki, amerikalı prezident gələcəkdə rusiyalı həmkarı ilə əyani görüşməyə ümid etdiyini deyib.
Qarşılıqlı salamlaşmadan sonra iki ölkənin liderləri söhbətə başlayıblar. Öncə söz alan Cozef Bayden bu il oktyabrın sonunda Romada keçirilən "Böyük iyirmilik" sammitində rus həmkarı ilə görüşə bilmədiyinə görə təəssüfləndiyini bildirib: "Ancaq ümid edirəm ki, gələn dəfə biz üz-üzə görüşəcəyik". Vladimir Putin bu barədə razılığını bildirib.
Rusiya və ABŞ liderlərinin tet-a-tet başlayan görüşü bağlı qapılar arxasında davam edib.
Qeyd edək ki, xarici KİV-lərin məlumatına görə, ABŞ, Böyük Britaniya və Avropa ölkələrinin liderləri yüksək səviyyədə keçirilən ABŞ-Rusiya danışıqlarından sonra onların yekunlarını müzakirə etməyə hazır olduqlarını deyiblər.
Görüş barədə açıqlama verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya lideri "emosiyalarla deyil, milli maraqlardan çıxış edərək" söhbət edir.
Peskov eyni zamanda ABŞ-ın Rusiyaya qarı yeni sanksiyalar tətbiq etmək planlarına dair KİV-də gedən məlumatları şərh etməyib.
Kreml rəsmisi qeyd edib ki, Putin – Bayden görüşündə dönüş olmayacaq:
"Dəyişiklik gözləmək lazım deyil. Bu, indiki mürəkkəb mərhələdə keçiriləcək işgüzar dialoq olacaq".
Danışıqlarda əsasən, Avropa və Ukraynadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur.
Həmçinin oxuyun:
Söhbət uzun çəkəcək: Putinlə Bayden, əslində nəyə qərar verəcəklər
Tramp Putin-Bayden danışıqlarını qeyri-bərabər oyun adlandırdı
Kreml Putin-Bayden görüşü barədə: Dəyişiklik olmayacaq
Xəbər lenti
0