Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Söhbət uzun çəkəcək: Putinlə Bayden, əslində nəyə qərar verəcəklər

© Sputnik / Sergey Guneev / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент США Джо Байден пожимают руки во время встречи в Женеве на вилле Ла Гранж
Президент РФ Владимир Путин и президент США Джо Байден пожимают руки во время встречи в Женеве на вилле Ла Гранж - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Abunə olmaq
Ekspertlərin fikrincə, görüşdən sonra Rusiya-Amerika münasibətlərində hərbi-siyasi müstəvidə hər hansı bir dialoqun yaranması çətin məsələdir.
BAKI, 7 dekabr — Sputnik, Tatyana Mişina, Dmitri Yermakov. Moskva ilə Vaşinqton arasında münasibətlər gərgindir və Cozef Bayden Vladimir Putinlə uzun-uzadı söhbətə ümid edir. Amerika lideri "müəyyən təkliflər" hazırlasa da, hələlik onları səsləndirməyib.
Əsas mövzu – Ukraynadır. Bu ərəfədə tərəflər öz mövqelərini aydın şəkildə ifadə ediblər: Kreml "qırmızı xətti"ni xatırladıb, Ağ Ev –Rusiyaya qarşı mübarizə aparmaq üçün "hərtərəfli tədbirlər paketi" hazırlandığını bildirib.
Canlı yayım olmayacaq
Görüş Moskva vaxtı ilə təxminən 18:00-da başlayacaq. Liderlər xüsusi şəkildə müdafiə olunan videorabitə kanalı vasitəsilə danışacaqlar. Görüş televiziya kanalı vasitəsilə da birbaşa yayımlanmayacaq.
"İlk kadrlar göstəriləcək. Aydın məsələdir ki, yalnız ilk kadrlar. Bütün danışıq prosesi qapalı rejimdə keçəcək. Söhbət kifayət qədər məzmunlu və uzun olmalıdır", – deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə izah edib. Ancaq nəticələrlə bağlı heç bir açıqlama verilməyəcək.
Moskvanın prioritetləri arasında "Cenevrədə əldə olunmuş anlayışların necə reallaşdırılması" məsələsini analiz etmək də var.
Putin Baydenlə "acınacaqlı vəziyyətdə qalmaqda davam edən" ikitərəfli münasibətləri müzakirə edəcək, Ukraynadakı vəziyyət, NATO-nun genişləndilməsi və bununla əlaqədar olaraq Rusiya liderinin bu yaxınlarda çıxış etdiyi təşəbbüs barədə danışacaq.
Dekabrın 1-də Putin alyansın genişləndirilməyəcəyinə dair hüquqi zəmanət verilməsi ilə bağlı konkret danışıq aparmaq təklifi irəli sürüb. O ölkəsinin qərb sərhədlərində gərginliyin artdığını vurğulayaraq "təhlükəsizliyə etibarlı və uzunmüddətli zəmanət" verilməsinin vacib olduğunu bildirib – özü də məhz yazılı şəkildə. Çünki Qərb ölkələri şifahi razılaşmalara əməl etmirlər.
"Ümid edirəm ki, Rusiyaya münasibətdə belə demək mümkünsə, "qırmızı xətti" keçmək heç kimin ağlına gəlməz. O xəttin haradan keçdiyini isə hər bir konkret vəziyyətdə biz özümüz müəyyənləşdirəcəyik", - deyə Putin sözügedən çıxışında vurğulayıb.
Dekabrın 3-də Bayden Kemp-Deviddə istirahətə yollanmazdan əvvəl jurnalistlərə bildirib ki, "heç kimin "qırmızı xətti"ni qəbul etmir". "Rusiyanın hərəkətlərindən xəbərdarıq və belə hesab edirəm ki, bizi uzun söhbət gözləyir", – Bayden deyib.
Bir qədər sonra Ağ Evin nümayəndəsi Cen Psaki dəqiqləşdirmə aparıb: prezidentlər kibertəhlükəsizlik və strateji sabitlik məsələləri, eləcə də regional problemləri müzakirə edəcəklər. Bayden "Rusiyanın Ukrayna ilə sərhəddə artan hərbi fəallığından ABŞ-ın narahatlığını" da vurğulamaq niyyətindədir.
"Məcbur etmək lazımdır"
Son aylarda Ukrayna ikitərəfli münasibətlərdə ən kəskin problemə çevrilib. Moskvada əmindirlər ki, Kiyev Minsk razılaşmasına əməl etmək niyyətində deyil.
"Məcbur etmək lazımdır. "Normand formatı" məhz bunun üçün yaradılıb, ancaq Berlin və Paris hələlik öz öhdəliklərini yerinə yetirməkdən çəkinirlər", – Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə hesab edir.
Kiyevin səlahiyyətli şəxsləri bəyan ediblər ki, özlərini Minsk razılaşmasına bağlı hesab etmirlər, onlar "bu qarmaqdan qurtulmağa" nail olublar. Bununla belə, Donbasda humanitar vəziyyət getdikcə pisləşir. Pentaqondan dəfələrlə bidiriblər ki, sərhəddə Rusiya qoşunlarının sayının artmasını diqqətlə izləyirlər. ABŞ avropalı müttəfiqləri ilə birlikdə Rusiyanın Ukraynanı işğal etməsinə yol verməyən "hərtərəfli tədbirlər paketi" üzərində işləyir. Bir qədər əvvəl isə ABŞ Dövlət Departamentindən bildirilmişdi ki, hücum baş verərsə, "görünməmiş" sanksiyalar qəbul ediləcək.
Qərb mətbuatı oktyabr ayından sərhəddə gərginliyin artdığını təsdiqləyir. Moskva xatırladır: ölkə ərazisində hərbi texnika və ordu birləşmələrinin hərəkəti Rusiyanın öz işidir.
Liderlərin görüşü ərəfəsində "Financial Times" ABŞ-ın bir neçə həftə ərzində Avropa İttifaqını Rusiyanın Ukraynaya hücum edəcəyinə necə inandırdığını ətraflı şəkildə təsvir edib. Ağ Ev ikitərəfli və kollektiv görüşlərdə, eləcə də Aİ-nin diplomatik kanalları vasitəsilə NATO-nun 29 müttəfiqinə "Kremlin iddia edilən niyyətləri" barədə məlumat çatdırıb.
Eyni zamanda, ABŞ-ın bəzi Avropa müttəfiqləri - məsələn, Almaniya – məsələyə şübhə ilə yanaşıb. Adı açıqlanmayan avropalı məmur jurnalistlərə təəccübləndiyini etiraf edib: amerikalılar Aİ-nin görmədiyini görüblər. Onlar deyiblər ki, Rusiyanı "təhrik etməsələr", heç bir aqressiv addım atmayacaq. Bununla belə, "Financial Times" bildirir ki, Amerika kəşfiyyatının məlumatları bu mövqeyi yenidən nəzərdən keçirməyə vadar edib.
Eləcə də, Almaniyanın "Bild" qəzeti adı çəkilməyən mənbəyə istinadla guya Rusiyanın 2022-ci ilin əvvəllərində Ukraynaya edəcəyi hücumun planını yayımlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, həmin planda Lvov yerinə, Lemberq yazılıb. Müasir alman dilində bu şəhər Lwiw adlandırılır, ancaq II Dünya müharibəsi dövründə Avtriya-macar toponimi olan Lembergdən istifadə olunub. "Yaxşı bəs alman jurnalistləri bunu hansı xəritədən götürüblər?" – deyə Zaxarova sual edib.
Diqqətlər Pekindədir
Bayden administrasiyası NATO-nu gücləndirir, daxili nizam-intizamı artırır. Bu, açıq-aşkar mövqelərini əldə vermiş Donald Trampın komandasının işinin nəticələri fonunda xüsusilə nəzərə çarpır. Bu fikri Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun elmi əməkdaşı Sergey Kislitsın səsləndirib.
Onun sözlərinə görə, alyans qeyri-hərbi sahəyə, xüsusən də kibertəhlükəsizliyə diqqəti artıracaq ki, bu da daha çox Moskva ilə deyil, Pekinlə qarşıdurma ilə əlaqədardır.
"Ancaq Rusiya-Amerika münasibətlərində hərbi-siyasi müstəvidə hər hansı bir dialoq çətin ki baş tutsun. Avropalı müttəfiqlər, sözsüz ki, amerikalıların qayıdışına sevinirlər, Rusiyanın iştirakında isə Brüssel maraqlı deyil. Avropaya İnteqrasiya Hərbi Strukturları hələ 2020-ci ildə müdafiə ilə əlaqəli potensial tədqiqat layihələrinə üçüncü ölkələrin əlçatanlığı məsələsini həll ediblər və 2021-ci ildə ABŞ Avropada hərbi mobillik layihələrindən birinə daxil olub. Odur ki, Bayden administrasiyası çətin ki, NATO-nun genişlənməyəcəyinə zəmanət verə bilsin", – deyə o bildirir.
Ekspert deyir ki, diqqətin Ukraynaya yönəlməsinin arxasında amerikalıların bütün postsovet respublikalarına təsirin gücləndirilməsi arzusu durur. Və burada Vaşinqton yenə Pekinlə rəqabət aparır. Hərçənd Çin iqtisadiyyatının hələ gedib çatmadığı həmin regionlarda Rusiya ilə də maraqların toqquşması mövcuddur.
"Putinin Baydenlə əvvəlki danışıqlarının əsas uğuru Strateji Hücum Silahlarının məhdudlaşdırılması haqqında START III müqaviləsi üzrə mövqelərin razılaşdırılması olub. Amma çox güman ki, yeni müqavilə indikindən fərqli olacaq. Amerikalılar şərtləri öz xeyrinə dəyişdirməyə çalışacaqlar ¬– yenə də hərbi strategiyanı və Çinin güclənməsini nəzərə alaraq. Dialoq ikitərəfli olmaqdan çıxır", – deyə Kislitsın vurğulayır.
Yarım il keçdi
Putinlə Baydenin ilk görüşü (oflayn formatda) bu il iyunun 16-da Cenevrədə baş tutub. Görüşdə strateji silahlar üzərində nəzarətlə bağlı bəyanat qəbul edildi. Həmin vaxt prezidentlər birgə mətbuat konfrans keçirmədilər, hər biri öz jurnalistləri qarşısında çıxış etdi.
Putin onda səfirlərin Moskva və Vaşinqtona qayıtması məsələsindən bəhs etmişdi (Anatoli Antonov martda "məsləhətləşmələr üçün" Moskvaya çağırılmışdı, Con Sallivan isə eyni səbəbdən aprel ayında Vaşinqtona yollanmışdı). İkitərəfli münasibətlərdə bir çox məsələlərlə bağlı problemlər var, ancaq tərəflər həll yolları tapmaq əzmindədir.
Bayden demişdi ki, soyuq müharibə Putinin ən son istədiyi şeydir, bununla belə, Amerika lideri vurğulamışdı ki, sözügedən görüşün real nəticəsini yalnız yarım ildən sonra müzakirə etmək olar.
"Artıq həmin altı ay arxada qalıb. Biz hərbi qurumlar arasında minimum da olsa, dialoqun yarandığının şahidi olduq, baş qərargahlar səviyyəsində təmas var, məsələn, kibertəhlükəsizliklə bağlı. Eləcə də Suriyaya humantir yardımla bağlı müəyyən irəliləyişlər qeydə alınır", – deyə Yaxın Şərq araşdırmaları üzrə Mərkəzin elmi əməkdaşı Aleksey Davıdov vurğulayır.
"Temp fərqli ola bilərdi, ancaq müxalifət (respublikaçılar) Baydenə imkan vermir". Prezidentin reytinqi inauqurasiya mərasimindən bu yana minimum həddə düşüb: noyabrda 41 faizə enib (56 faiz idi).
"Hətta hər iki tərəf üçün hansısa əlverişli razılıq əldə olunsa belə, müxalifət, böyük ehtimalla, hər şeyi mənfi şəkildə təqdim etməyə çalışacaq. Məsələn, Ağ Evin demokratlar qarşısında zəif olduğunu bəyan edə və Bayden administrasiyasını konqresə aralıq seçkilərdə bal qazanmağa çalışmaqda ittiham edə bilərlər", – deyə ekspert dəqiqləşdirir.
Konsul məsələsində müəyyən uğur əldə etmək olardı. Aprel ayından Vaşinqtondan on rus diplomat geri göndərildi. Moskvanın cavabı simmetrik oldu və ABŞ Rusiyaya dost olmayan ölkələrin siyahısına salındı, səfirliyə isə yerli işçilərlə əməkdaşlıq qadağan olundu. Oktyabr ayında amerikalılar tələb etdilər ki, 55 rus diplomatı vətənə qayıtsın. Onlar daha çox diplomatı geri göndərməklə təhdid edirlər. Bununla belə, Rusiya Xarici İşlər Nazirliyi Ağ Evə hər bir halda yeni səhifə açmağı təklif edib.
Kislitsın hesab edir ki, bu cür xoşməramlı jest mümkündür. Siyasətdə və iqtisadiyyatda müsbət dəyişikliklərə gəlincə, bunun üçün hələ şərait yaranmayıb. Buna baxmayaraq, ABŞ Dövlət Departamentinin də vurğuladığı kimi, yüksək vəzifəli şəxslər arasında birbaşa söhbət heç nə ilə əvəz oluna bilməz –liderlərin öz sözünü deməsi və bir-birini eşitməsi çox vacibdir. Ən azı bu məqamda tərəflərin fikirləri tam üst-üstə düşür.
Həmçinin oxuyun:
Putinlə Baydenin görüşü nə vəd edir?
Putin Cenevrədə mətbuat konfransında nələrdən danışdı?
Rusiya lideri Baydeni "peşəkar" adlandırdı - RF prezidentinin görüş təəssüratları
Rusiya və ABŞ prezidentlərinin strateji sabitlik barədə birgə bəyanatı
Xəbər lenti
0