https://sputnik.az/20211229/azerbaycandan-rusiyaya-ne-qeder-aqrar-mehsullar-gonderilib-statistika-437707032.html
Azərbaycandan Rusiyaya nə qədər aqrar məhsullar göndərilib? Statistika
Azərbaycandan Rusiyaya nə qədər aqrar məhsullar göndərilib? Statistika
Sputnik Azərbaycan
Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi artırılıb. Hansı məhsulların ixrac edildiyi və nə qədər göndərildiyi Sputnik... 29.12.2021, Sputnik Azərbaycan
2021-12-29T11:41+0400
2021-12-29T11:41+0400
2021-12-29T14:45+0400
aqrar
iqtisadiyyat
rusiya
nar
kartof
pomidor
xurma
mdb
nar
aqta
https://cdnn1.img.sputnik.az/img/07e5/02/06/426158866_0:197:2771:1755_1920x0_80_0_0_6be154cc9f6980704ac1f90776302cc9.jpg
BAKI, 29 dekabr — Sputnik. Hazırda Azərbaycan MDB ölkələri arasında Rusiyaya ən çox pomidor və alma ixrac edən ölkələrdən biridir.Sputnik Azərbaycan xəbər verir ki, bu fikir Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında keçirilən görüşdə səsləndirilib.Bildirilib ki, birgə əməkdaşlığın inkişafı nəticəsində iki ölkə arasında bitkiçilik məhsullarının idxal-ixrac prosedurlarının sadələşdirilməsinə nail olunub, bununla da Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının ixracı 2020-ci illə müqayisədə 3% artaraq 523,8 min tondan 539,7 min tona çatdırılıb.Görüşdə təsərrüfatlarda aparılmış 2603 monitorinqin yekun nəticəsi ilə bağlı AQTA-nın “Rosselxoznadzor”a müraciəti əsasında 212 pomidor, 76 alma istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verildiyi, həmçinin 1 yanvar – 26 dekabr 2021-ci il tarixləri ərzində Rusiyaya ümumilikdə 138 117 ton pomidor, 62 319 ton alma məhsulunun ixrac olunduğu diqqətə çatdırılıb.S.Dankvert qeyd edib ki, cari ildə Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi artırılıb. Belə ki, nektarin ixracı 3 dəfə (ötən il 4,3 min tona qarşı 12,9 min ton), şaftalı ixracı 3 dəfə (3,1 min tona qarşı 9,5 min ton), armud ixracı 2,9 dəfə (1,8 min tona qarşı 5,3 min ton), ərik ixracı 2,8 dəfə (712 tona qarşı 2 min ton) artıb.O cümlədən ölkəmizdən Rusiyaya üzüm ixracı üzrə 44% (6,5 min tona qarşı 9,4 min ton), xurma ixracı üzrə 33% (102,1 min tona qarşı 136,2 min ton), nar ixracı üzrə 24% (12 min tona qarşı 14,9 min ton), kartof ixracı üzrə isə 23% (69 min tona qarşı 85 min ton) artım qeydə alınıb.Sonda ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.Həmçinin oxuyun:Rusiyaya pomidor ixrac edən müəssisələrin sayı artdıPomidor "baron"larına şad xəbər: Daha Rusiyadan icazə almağa gərək qalmadıRusiya buğdanın bir tonunu 315 dollara ixrac edirCəlilabadda payızlıq əkilən kartofun məhsuldarlığı boldur
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/06/426158866_0:0:2731:2048_1920x0_80_0_0_00b61a480dafaa44e06028ed1b20c995.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan rusiyaya nə qədər məhsul göndərib şok statistika
azərbaycan rusiyaya nə qədər məhsul göndərib şok statistika
Azərbaycandan Rusiyaya nə qədər aqrar məhsullar göndərilib? Statistika
11:41 29.12.2021 (Yenilənib: 14:45 29.12.2021) Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi artırılıb. Hansı məhsulların ixrac edildiyi və nə qədər göndərildiyi Sputnik Azərbaycan-ın materialında.
BAKI, 29 dekabr — Sputnik. Hazırda Azərbaycan MDB ölkələri arasında Rusiyaya ən çox pomidor və alma ixrac edən ölkələrdən biridir.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikir Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında keçirilən görüşdə səsləndirilib.
Bildirilib ki, birgə əməkdaşlığın inkişafı nəticəsində iki ölkə arasında bitkiçilik məhsullarının idxal-ixrac prosedurlarının sadələşdirilməsinə nail olunub, bununla da Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının ixracı 2020-ci illə müqayisədə 3% artaraq 523,8 min tondan 539,7 min tona çatdırılıb.
Görüşdə təsərrüfatlarda aparılmış 2603 monitorinqin yekun nəticəsi ilə bağlı AQTA-nın “Rosselxoznadzor”a müraciəti əsasında 212 pomidor, 76 alma istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verildiyi, həmçinin 1 yanvar – 26 dekabr 2021-ci il tarixləri ərzində Rusiyaya ümumilikdə 138 117 ton pomidor, 62 319 ton alma məhsulunun ixrac olunduğu diqqətə çatdırılıb.
S.Dankvert qeyd edib ki, cari ildə Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi artırılıb. Belə ki, nektarin ixracı 3 dəfə (ötən il 4,3 min tona qarşı 12,9 min ton), şaftalı ixracı 3 dəfə (3,1 min tona qarşı 9,5 min ton), armud ixracı 2,9 dəfə (1,8 min tona qarşı 5,3 min ton), ərik ixracı 2,8 dəfə (712 tona qarşı 2 min ton) artıb.
O cümlədən ölkəmizdən Rusiyaya üzüm ixracı üzrə 44% (6,5 min tona qarşı 9,4 min ton), xurma ixracı üzrə 33% (102,1 min tona qarşı 136,2 min ton), nar ixracı üzrə 24% (12 min tona qarşı 14,9 min ton), kartof ixracı üzrə isə 23% (69 min tona qarşı 85 min ton) artım qeydə alınıb.
Sonda ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.