https://sputnik.az/20211220/rusiyaya-pomidor-ixrac-eden-muessiselerin-sayi-artdi-437395507.html
Rusiyaya pomidor ixrac edən müəssisələrin sayı artdı
Rusiyaya pomidor ixrac edən müəssisələrin sayı artdı
Sputnik Azərbaycan
Hazırda Azərbaycanın 211 müəssisəsindən və bir kooperativindən pomidor, 76 şirkətdən alma tədarük edilməsi mümkündür. 20.12.2021, Sputnik Azərbaycan
2021-12-20T07:36+0400
2021-12-20T07:36+0400
2021-12-20T11:15+0400
rusiya
rusiya
pomidor
alma
tədarük
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426025705_0:107:3069:1833_1920x0_80_0_0_4b40643dd07d05b81fe71433377c1d14.jpg
BAKI, 20 dekabr — Sputnik. Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") daha 12 Azərbaycan müəssisəsindən pomidor və alma tədarükünə icazə verib.Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə idarənin məlumatında bildirilir:"Rosselxoznadzor" 2021-ci il dekabrın 6-dan etibarən 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor və alma tədarük edilməsinə icazə verir. Həmin müəssisələrdən yeddisində pomidor, beşində alma istehsal edilir".Bu qərar Azərbaycan ərazisində pomidor və alma yetişdirən müəssisələrdə Azərbaycanın səlahiyyətli idarəsi tərəfindən aparılmış fitosanitar monitorinqinin, laboratoriya sınaqları protokollarının və monitorinq aktlarının öyrənilməsinin yekunlarına əsasən, habelə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə qəbul edilib.Beləliklə, bu gün Azərbaycanın 211 müəssisəsindən və bir kooperativindən pomidor, 76 şirkətdən alma tədarük edilməsi mümkündür.Həmçinin oxuyun:Pomidor "baron"larına şad xəbər: Daha Rusiyadan icazə almağa gərək qalmadıRusiya buğdanın bir tonunu 315 dollara ixrac edirCəlilabadda payızlıq əkilən kartofun məhsuldarlığı boldur
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426025705_0:0:2731:2048_1920x0_80_0_0_c2fe899009d67ff5b25ef848fabafdf4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, pomidor, alma, tədarük, azərbaycan
rusiya, pomidor, alma, tədarük, azərbaycan
Rusiyaya pomidor ixrac edən müəssisələrin sayı artdı
07:36 20.12.2021 (Yenilənib: 11:15 20.12.2021) Hazırda Azərbaycanın 211 müəssisəsindən və bir kooperativindən pomidor, 76 şirkətdən alma tədarük edilməsi mümkündür.
BAKI, 20 dekabr — Sputnik. Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") daha 12 Azərbaycan müəssisəsindən pomidor və alma tədarükünə icazə verib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə idarənin məlumatında bildirilir:
"Rosselxoznadzor" 2021-ci il dekabrın 6-dan etibarən 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor və alma tədarük edilməsinə icazə verir. Həmin müəssisələrdən yeddisində pomidor, beşində alma istehsal edilir".
Bu qərar Azərbaycan ərazisində pomidor və alma yetişdirən müəssisələrdə Azərbaycanın səlahiyyətli idarəsi tərəfindən aparılmış fitosanitar monitorinqinin, laboratoriya sınaqları protokollarının və monitorinq aktlarının öyrənilməsinin yekunlarına əsasən, habelə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə qəbul edilib.
Beləliklə, bu gün Azərbaycanın 211 müəssisəsindən və bir kooperativindən pomidor, 76 şirkətdən alma tədarük edilməsi mümkündür.