https://sputnik.az/20211228/ranli-idmancilar-xankendiye-gedib---sefirlik-veziyyeti-aciqlayir-437679988.html
İranlı idmançılar Xankəndiyə gedib? - Səfirlik vəziyyəti açıqlayır
İranlı idmançılar Xankəndiyə gedib? - Səfirlik vəziyyəti açıqlayır
Sputnik Azərbaycan
Bu sahə ilə məşğul olanlar isə gizli və qeyri-qanuni fəaliyyət göstərirlər.
2021-12-28T15:47+0400
2021-12-28T15:47+0400
2021-12-28T15:47+0400
iranlı
qarabağ
səfirlik
idman
mma
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/16/425789956_0:0:3156:1776_1920x0_80_0_0_e1d59fe4cd1d084563e99265e4372287.jpg
BAKI, 28 dekabr — Sputnik. İran Azərbaycanın Xankəndi şəhərində keçirilən qarışıq döyüş növləri üzrə idmançılarının iştirak etmədiyini açıqlayıb. Bu barədə Sputnik Azərbaycan-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.Özünü İran vətəndaşı kimi təqdim edən bir neçə şəxsin 28 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində döyüş yarışlarında iştirakı ilə bağlı bildirmək istərdik ki, İran İslam Respublikasında MMA (qarışıq döyüş növləri) qeyri-ənənəvi döyüş idmanı zorakılıq səbəbi ilə, həmçinin mərclə əlaqəsi olduğu üçün rəsmən tanınmır və qadağan olunmuş oyunlar sırasındadır.Buna görə də, bu döyüş növünün İran İslam Respublikasında heç bir federasiyası yoxdur. Bu sahə ilə məşğul olanlar isə gizli və qeyri-qanuni fəaliyyət göstərirlər.Dekabrın 28-də Azərbaycan Respublikasının Xankəndi şəhərində keçirilən yarışların iştirakçılarının İran İslam Respublikasının İdman Nazirliyi ilə heç bir əlaqəsi yoxdur və onlar dünyanın istənilən yerində qeyri-qanuni olaraq yarışlarda iştirak edirlər.Səfirlik bu şəxslərin Xankəndi şəhərində adı keçən qanunsuz yarışlarda iştirakı ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyinin siyasəti arasında əlaqənin olmadığını bir daha vurğulayır.Həmçinin oxuyun:Xanım MMA döyüşçüsünü dövlət rəsmisi qəbul etdiXanım Pekres Ermənistana niyə tələsib?Paşinyan Qarabağın niyə Azərbaycanın tərkibində olmalı olduğunu izah edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/16/425789956_427:0:3156:2047_1920x0_80_0_0_d8d4a50d06eb47f737518a5cc3a81191.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iranlı idmançılar xankəndiyə gedib? - səfirlik vəziyyəti açıqlayır
iranlı idmançılar xankəndiyə gedib? - səfirlik vəziyyəti açıqlayır
İranlı idmançılar Xankəndiyə gedib? - Səfirlik vəziyyəti açıqlayır
MMA döyüş növünün İran İslam Respublikasında heç bir federasiyası yoxdur.
BAKI, 28 dekabr — Sputnik. İran Azərbaycanın Xankəndi şəhərində keçirilən qarışıq döyüş növləri üzrə idmançılarının iştirak etmədiyini açıqlayıb. Bu barədə
Sputnik Azərbaycan-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Özünü İran vətəndaşı kimi təqdim edən bir neçə şəxsin 28 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində döyüş yarışlarında iştirakı ilə bağlı bildirmək istərdik ki, İran İslam Respublikasında MMA (qarışıq döyüş növləri) qeyri-ənənəvi döyüş idmanı zorakılıq səbəbi ilə, həmçinin mərclə əlaqəsi olduğu üçün rəsmən tanınmır və qadağan olunmuş oyunlar sırasındadır.
Buna görə də, bu döyüş növünün İran İslam Respublikasında heç bir federasiyası yoxdur. Bu sahə ilə məşğul olanlar isə gizli və qeyri-qanuni fəaliyyət göstərirlər.
Dekabrın 28-də Azərbaycan Respublikasının Xankəndi şəhərində keçirilən yarışların iştirakçılarının İran İslam Respublikasının İdman Nazirliyi ilə heç bir əlaqəsi yoxdur və onlar dünyanın istənilən yerində qeyri-qanuni olaraq yarışlarda iştirak edirlər.
Səfirlik bu şəxslərin Xankəndi şəhərində adı keçən qanunsuz yarışlarda iştirakı ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyinin siyasəti arasında əlaqənin olmadığını bir daha vurğulayır.