https://sputnik.az/20211228/neft-yene-ucuzlasir--437667750.html
Neft yenə ucuzlaşır?
Neft yenə ucuzlaşır?
Sputnik Azərbaycan
Neft bazarındakı müsbət dinamika gələn il Asiya bazarlarındakı tələbata dair yüksək gözləntilərlə bağlıdır.
2021-12-28T11:46+0400
2021-12-28T11:46+0400
2021-12-28T11:46+0400
neft
iqtisadiyyat
qiymət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437431619_0:140:3143:1908_1920x0_80_0_0_18cd18df8529c7b0370c93470267b48d.jpg
BAKI, 28 dekabr — Sputnik. Bu gün keçirilən hərraclarda neftin qiyməti cüzi artıb. Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, "Brent" markalı neftin mart fyuçersləri 0,08 faiz bahalaşaraq 78,28 ABŞ dollarından, WTI markalı neftin fevral fyuçersləri də 0,28 faiz bahalaşaraq 75,78 dollardan satılıb.Neft bazarındakı müsbət dinamika gələn il Asiya bazarlarındakı tələbata dair yüksək gözləntilərlə bağlıdır. Bu barədə "S & P Global Platts" proqnoz verərək daha çox Hindistan və Çində tələbatın artacağını bildirib. Belə ki, Hindistanda noyabr ayında xam neft idxalı 10 ayın ən yüksək həddinə çatıb.Bununla yanaşı, koronavirusun "Omikron" ştammının heç də ən təhlükəli variant olmamasına dair rəylər də neft bazarında müsbət əks-səda doğurub.Xatırladaq ki, xarici amillər dünya bazarlarında neftin qiymətinin fərqli dinamika nümayiş etdirməsinə səbəb olub.Ötən gün Bakı vaxtı ilə saat 9.05-ə olan məlumata görə, Şimal dənizində hasil olunan "Brent" neftinin mart fyuçersləri 0,16% bahalaşaraq, 1 bareli 75,92 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə əksinə 0,87% düşərək, 1 bareli 73,15 ABŞ dolları təşkil edib.Təqvim ilinin sonunda neft treyderləri kəskin dəyişikliklərdən çəkinirlər. Bununla belə, yanvarın 4-ü OPEC+ alyansının növbəti iclası keçiriləcək. İclasda hasilatın gündəlik 400 min barel artırılmasının davam etdirilib-etdirilməməsi barədə qərar qəbul ediləcəyi gözlənilir.Həmçinin oxuyun:BVF-dən Azərbaycana fiskal siyasət üçün tövsiyəAzərbaycan Avropanın enerji təhlükəsizliyini necə təmin edir
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437431619_206:0:2937:2048_1920x0_80_0_0_015ecc6a34093ae33998f4158ee1e6e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
neft yenə ucuzlaşır?
Neft yenə ucuzlaşır?
Neft bazarındakı müsbət dinamika gələn il Asiya bazarlarındakı tələbata dair yüksək gözləntilərlə bağlıdır.
BAKI, 28 dekabr — Sputnik. Bu gün keçirilən hərraclarda neftin qiyməti cüzi artıb.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, "Brent" markalı neftin mart fyuçersləri 0,08 faiz bahalaşaraq 78,28 ABŞ dollarından, WTI markalı neftin fevral fyuçersləri də 0,28 faiz bahalaşaraq 75,78 dollardan satılıb.
Neft bazarındakı müsbət dinamika gələn il Asiya bazarlarındakı tələbata dair yüksək gözləntilərlə bağlıdır. Bu barədə "S & P Global Platts" proqnoz verərək daha çox Hindistan və Çində tələbatın artacağını bildirib. Belə ki, Hindistanda noyabr ayında xam neft idxalı 10 ayın ən yüksək həddinə çatıb.
Bununla yanaşı, koronavirusun "Omikron" ştammının heç də ən təhlükəli variant olmamasına dair rəylər də neft bazarında müsbət əks-səda doğurub.
Xatırladaq ki, xarici amillər dünya bazarlarında neftin qiymətinin fərqli dinamika nümayiş etdirməsinə səbəb olub.
Ötən gün Bakı vaxtı ilə saat 9.05-ə olan məlumata görə, Şimal dənizində hasil olunan "Brent" neftinin mart fyuçersləri 0,16% bahalaşaraq, 1 bareli 75,92 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə əksinə 0,87% düşərək, 1 bareli 73,15 ABŞ dolları təşkil edib.
Təqvim ilinin sonunda neft treyderləri kəskin dəyişikliklərdən çəkinirlər. Bununla belə, yanvarın 4-ü OPEC+ alyansının növbəti iclası keçiriləcək. İclasda hasilatın gündəlik 400 min barel artırılmasının davam etdirilib-etdirilməməsi barədə qərar qəbul ediləcəyi gözlənilir.