https://sputnik.az/20211224/bvf-den-azerbaycana-fiskal-siyaset-ucun-tovsiye-437548918.html
BVF-dən Azərbaycana fiskal siyasət üçün tövsiyə
BVF-dən Azərbaycana fiskal siyasət üçün tövsiyə
Sputnik Azərbaycan
Fondun ekspertləri gözlənilməz gəlirlərə qənaət etməyi məsləhət görürlər. 24.12.2021, Sputnik Azərbaycan
2021-12-24T13:04+0400
2021-12-24T13:04+0400
2021-12-24T13:04+0400
manat
iqtisadiyyat
neft
bvf
tövsiyə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_0:102:2000:1227_1920x0_80_0_0_2985644d74733688e7e10bec0f5c3da7.jpg
BAKI, 24 dekabr — Sputnik. Azərbaycanda pandemiya zamanı fiskal siyasət lazımi qaydada yüngülləşdirilsə də, 2022-ci ildə iqtisadi böyüməyə uyğun fiskal konsolidasiyaya başlanılmalıdır.Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) 2021-ci üçün Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələrinin yekun sənədində deyilir: "2021-ci ilə mülayim fiskal mövqe uyğundur və bu səbəbdən mənfi şoklar zamanı avtomatik stabilizatorların işləməsinə icazə verilməli və zərurət yarandıqda, mövcud fiskal məkan daxilində əlavə, məqsədyönlü büdcədaxili fiskal dəstək təmin edilməlidir", - sənəddə deyilir.Fondun ekspertləri vurğulayırlar ki, yüksək neft qiymətlərindən əldə edilən gözlənilməz gəlirlərə qənaət edilməlidir: "Beləliklə, qeyri-neft büdcəsi üzrə ilkin kəsirin tədricən əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq üçün konsolidasiya 2022-ci ildə başlamalı və uzun müddət ərzində davam etdirilməlidir. Konsolidasiyanın iqtisadi artıma mənfi təsirini azaltmaq üçün mərhələli struktur və maliyyə sektorunda islahatlar da mühüm əhəmiyyət kəsb edir".Qeyd edək ki, fiskal konsolidasiya büdcədə kəsirin və dövlət borcunun artmasını azaltmağa yönəlmiş fiskal siyasətdir.Xatırladaq ki, BVF 2021-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-in 1,8%-nə qədər azalacağını gözləyir. 2022-ci ildə isə defisitin profisitə dəyişərək ÜDM-in 0,7%-nə bərabər olacağı proqnozlaşdırılır.Bundan əlavə, Fond Azərbaycanın məcmu (xarici və daxili) dövlət borcunun 2021-2022-ci illərdə ÜDM-in 28,9% səviyyəsində olacağını proqnozlaşdırır.Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci il üçün Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələri ("2021 Article IV Consultation") yekunlaşdırıb. BVF-nin sənədində bildirilir ki, Azərbaycan COVID-19 pandemiyası və neft qiymətlərinin enişindən ciddi zərərlə üzləşib, lakin hökumətin böyük yardım paketi şokun iqtisadi təsirini azaltmağa kömək edib. Qeyri-neft iqtisadiyyatının pandemiyadan bərpa olduğu üçün iqtisadi fəaliyyətin 2021-ci ilin nəticələrinə görə artacağı proqnozlaşdırılır.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_114:0:1887:1330_1920x0_80_0_0_942e4edda98a79b8da399106334140df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bvf beynəlxalq valyuta fondu azərbaycana fiskal siyasət üçün tövsiyə sənəd hesabat
bvf beynəlxalq valyuta fondu azərbaycana fiskal siyasət üçün tövsiyə sənəd hesabat
BVF-dən Azərbaycana fiskal siyasət üçün tövsiyə
Fondun ekspertləri gözlənilməz gəlirlərə qənaət etməyi məsləhət görürlər.
BAKI, 24 dekabr — Sputnik. Azərbaycanda pandemiya zamanı fiskal siyasət lazımi qaydada yüngülləşdirilsə də, 2022-ci ildə iqtisadi böyüməyə uyğun fiskal konsolidasiyaya başlanılmalıdır.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) 2021-ci üçün Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələrinin yekun sənədində deyilir: "2021-ci ilə mülayim fiskal mövqe uyğundur və bu səbəbdən mənfi şoklar zamanı avtomatik stabilizatorların işləməsinə icazə verilməli və zərurət yarandıqda, mövcud fiskal məkan daxilində əlavə, məqsədyönlü büdcədaxili fiskal dəstək təmin edilməlidir", - sənəddə deyilir.
Fondun ekspertləri vurğulayırlar ki, yüksək neft qiymətlərindən əldə edilən gözlənilməz gəlirlərə qənaət edilməlidir: "Beləliklə, qeyri-neft büdcəsi üzrə ilkin kəsirin tədricən əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq üçün konsolidasiya 2022-ci ildə başlamalı və uzun müddət ərzində davam etdirilməlidir. Konsolidasiyanın iqtisadi artıma mənfi təsirini azaltmaq üçün mərhələli struktur və maliyyə sektorunda islahatlar da mühüm əhəmiyyət kəsb edir".
Qeyd edək ki, fiskal konsolidasiya büdcədə kəsirin və dövlət borcunun artmasını azaltmağa yönəlmiş fiskal siyasətdir.
Xatırladaq ki, BVF 2021-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-in 1,8%-nə qədər azalacağını gözləyir. 2022-ci ildə isə defisitin profisitə dəyişərək ÜDM-in 0,7%-nə bərabər olacağı proqnozlaşdırılır.
Bundan əlavə, Fond Azərbaycanın məcmu (xarici və daxili) dövlət borcunun 2021-2022-ci illərdə ÜDM-in 28,9% səviyyəsində olacağını proqnozlaşdırır.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci il üçün Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələri ("2021 Article IV Consultation") yekunlaşdırıb. BVF-nin sənədində bildirilir ki, Azərbaycan COVID-19 pandemiyası və neft qiymətlərinin enişindən ciddi zərərlə üzləşib, lakin hökumətin böyük yardım paketi şokun iqtisadi təsirini azaltmağa kömək edib. Qeyri-neft iqtisadiyyatının pandemiyadan bərpa olduğu üçün iqtisadi fəaliyyətin 2021-ci ilin nəticələrinə görə artacağı proqnozlaşdırılır.