https://sputnik.az/20211228/dyp-den-suruculere-xeberdarliq-437664112.html
DYP-dən sürücülərə xəbərdarlıq!
DYP-dən sürücülərə xəbərdarlıq!
Sputnik Azərbaycan
Hər bir sürücünün "Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsinə uyğun olaraq, vəzifələri var.
2021-12-28T10:34+0400
2021-12-28T10:34+0400
2021-12-28T10:34+0400
paytaxt xəbərləri
sürücü
xəbərdarlıq
dyp
https://cdnn1.img.sputnik.az/img/07e5/02/11/426253775_0:120:1280:840_1920x0_80_0_0_3696a1191d5398fac7ef264fa03d2c98.jpg
BAKI, 28 dekabr — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin nasazlıqları ilə bağlı sürücülərə müraciət edib.Sputnik Azərbaycan-ın məlumatına görə, İdarənin baş inspektoru Araz Əsgərli bildirib ki, "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı müəyyən edilib.O deyib ki, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsində bu nasazlıqlar şəxsin iradəsindən asılı olmadan, yəni vaxtında, düzgün texniki qulluq edilmədən aşkarlanarsa, sürücünün 50 manat məbləğində cərimə olunması nəzərdə tutulur:"Sürücülərimizdən xahiş edirik ki, nəqliyyat vasitələrini idarə edərkən onun sazlığına mütəmadi şəkildə diqqət yetirsinlər. İnzibati xəta ilə yanaşı daha ağır məsuliyyətin yarandığı hallarda avtomobilin nasaz vəziyyətdə olması faciələri qaçılmaz edir və şəxsin məsuliyyətinin daha da ağırlaşmasına səbəb olur. Bu baxımdan bir daha sürücülərdən avtomobilləri saz vəziyyətdə saxlamağı və qanunvericiliyin tələblərinə riayət etməyi xahiş edirik. Qarşıdan gələn istirahət günlərində sazlığına əmin olmadığınız avtomobillərlə uzaq məsafələrə səfər etməməyi və bu müddət ərzində fürsətdən istifadə edib istismar etdiyiniz avtomobillərin nasazlıqlarının aradan qaldırılmasını da xahiş edirik!", - İdarə rəsmisi vurğulayıb.Həmçinin oxuyun:Texniki baxış şöbələri bayram günlərində də işləyəcək - DYPYol polisi, yoxsa foto ilə cərimə yazan tətbiq? - ReaksiyalarBakıda minlərlə adam yolu keçmək üçün 5 aydır xaricdən cavab gözləyir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/11/426253775_0:0:1280:960_1920x0_80_0_0_a9da21de1710ab776050d5086c95ec92.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dyp-dən sürücülərə xəbərdarlıq!
dyp-dən sürücülərə xəbərdarlıq!
DYP-dən sürücülərə xəbərdarlıq!
Hər bir sürücünün "Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsinə uyğun olaraq, vəzifələri var.
BAKI, 28 dekabr — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin nasazlıqları ilə bağlı sürücülərə müraciət edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, İdarənin baş inspektoru Araz Əsgərli bildirib ki, "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı müəyyən edilib.
O deyib ki, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsində bu nasazlıqlar şəxsin iradəsindən asılı olmadan, yəni vaxtında, düzgün texniki qulluq edilmədən aşkarlanarsa, sürücünün 50 manat məbləğində cərimə olunması nəzərdə tutulur:
"Lakin sürücü nəqliyyat vasitəsinin istehsalçı tərəfindən müəyyən edilmiş konstruksiyasına əlavə və dəyişikliklər edərsə, ona İnzibati Xətalar Məcəlləsinin 342.2-ci maddəsinə uyğun olaraq, 150 manat cərimə tətbiq edilir. Hər bir sürücünün "Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsinə uyğun olaraq, vəzifələri var. Bu vəzifələrin içərisində avtomobilini tam saz vəziyyətində idarə etməsi də onun məsuliyyətidir. Əks təqdirdə, nəqliyyat vasitəsinin nasaz vəziyyətdə idarə olunması inzibati xəta tərkibi yaratmaqla yanaşı, yol-nəqliyyat hadisələrində baş vermiş hadisənin ağırlıq dərəcəsinə, yəni xəsarətin az ağır və ağır, eyni zamanda, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrində başlanılan cinayət işlərində avtotexniki ekspertiza müəyyən edildikdən sonra avtomobilin nasaz vəziyyətdə idarə olunmasına görə sürücü cinayət tərkibli əməldə təqsirli hesab oluna bilər".
"Sürücülərimizdən xahiş edirik ki, nəqliyyat vasitələrini idarə edərkən onun sazlığına mütəmadi şəkildə diqqət yetirsinlər. İnzibati xəta ilə yanaşı daha ağır məsuliyyətin yarandığı hallarda avtomobilin nasaz vəziyyətdə olması faciələri qaçılmaz edir və şəxsin məsuliyyətinin daha da ağırlaşmasına səbəb olur. Bu baxımdan bir daha sürücülərdən avtomobilləri saz vəziyyətdə saxlamağı və qanunvericiliyin tələblərinə riayət etməyi xahiş edirik. Qarşıdan gələn istirahət günlərində sazlığına əmin olmadığınız avtomobillərlə uzaq məsafələrə səfər etməməyi və bu müddət ərzində fürsətdən istifadə edib istismar etdiyiniz avtomobillərin nasazlıqlarının aradan qaldırılmasını da xahiş edirik!", - İdarə rəsmisi vurğulayıb.