https://sputnik.az/20211227/sabiq-sefirin-istintaqi-basa-catib-onun-isine-agir-cinayetler-mehkemesi-baxacaq-437644894.html
Eldar Həsənovun cinayət işi üzrə istintaq başa çatıb
Eldar Həsənovun cinayət işi üzrə istintaq başa çatıb
Sputnik Azərbaycan
Eldar Həsənovun cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 27.12.2021, Sputnik Azərbaycan
2021-12-27T17:27+0400
2021-12-27T17:27+0400
2021-12-27T17:30+0400
eldar həsənov
cəmiyyət
səfir
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427842584_0:71:1200:746_1920x0_80_0_0_c75687de76002c7df7c3126f4bcce0f9.jpg
BAKI, 27 dekabr — Sputnik. Sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə son olaraq cinayət işi üzrə ifadə verməli olan iki nəfər xaricdə yaşayan şahidin ifadələri elan olunub.Daha sonra dövlət ittihamçısı Anar Nəsibov məhkəmə istintaqının başa çatdırılmasını xahiş edib.Hakimlər müşavirədən sonra məhkəmə istintaqının başa çatdığını elan ediblər.Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.Qeyd edək ki, rəsmi məlumata görə, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.Buna görə Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.Cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.Həmçinin oxuyun: Azərbaycanın sabiq səfirini xəstəxanadan təcridxanaya qaytardılarKeçmiş Baş Prokuroru şüşə qəfəsdən çıxmağa qoymadılar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427842584_41:0:1108:800_1920x0_80_0_0_047e5fe81a0359a5baa1a107dfc67cbf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
eldar həsənovu ağır cinayətlər məhkəməsi yarğılayacaq
eldar həsənovu ağır cinayətlər məhkəməsi yarğılayacaq
Eldar Həsənovun cinayət işi üzrə istintaq başa çatıb
17:27 27.12.2021 (Yenilənib: 17:30 27.12.2021) Eldar Həsənovun cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
BAKI, 27 dekabr — Sputnik. Sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə son olaraq cinayət işi üzrə ifadə verməli olan iki nəfər xaricdə yaşayan şahidin ifadələri elan olunub.
Daha sonra dövlət ittihamçısı Anar Nəsibov məhkəmə istintaqının başa çatdırılmasını xahiş edib.
Hakimlər müşavirədən sonra məhkəmə istintaqının başa çatdığını elan ediblər.
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Qeyd edək ki, rəsmi məlumata görə, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.