Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanın sabiq səfirini xəstəxanadan təcridxanaya qaytardılar

© Photo : APASabiq səfir, həbsdə olan Eldar Həsənov
Sabiq səfir, həbsdə olan Eldar Həsənov - Sputnik Azərbaycan, 1920, 18.10.2021
Abunə olmaq
Cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
BAKI, 18 oktyabr — Sputnik. Bir neçə gün əvvəl səhhətində problemlər yarandığı üçün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalına köçürülən sabiq səfir, həbsdə olan Eldar Həsənov təcridxanaya qaytarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya onun vəkili Adəm Məmmədov məlumat verib. Qeyd edək ki, hipertoniya və digər xəstəliklərdən əziyyət çəkdiyi bildirilən E.Həsənov bir neçə gün əvvəl DTX Hərbi Hospitalına yerləşdirilmişdi.
Vilyam Hacıyev - Sputnik Azərbaycan, 1920, 18.10.2021
HADİSƏ
Vilyam Hacıyev reanimasiyaya yerləşdirilib
Xatırladaq ki, rəsmi məlumata görə, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.
Eləcə də oxuyun:
* Şakiranı oynadan azərbaycanlı hədəfdə - Rusiya Baş Prokurorluğu sorğu göndərdi
* Sabiq icra başçısının həbs müddəti uzadılıb
* "Azərxalça"nın sabiq rəhbərinin vəziyyəti pisdir, məhkəməsi təxirə salınıb
Xəbər lenti
0