Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qazprom Avropanın qaz tədarükü barədə ittihamlarına cavab verdi

© Sputnik / Павел Львов / Mediabanka keçidОбслуживание дистанционного датчика давления сырьевого газа перед измерительными линиями коммерческих узлов учета на Амурском ГПЗ
Обслуживание дистанционного датчика давления сырьевого газа перед измерительными линиями коммерческих узлов учета на Амурском ГПЗ - Sputnik Azərbaycan, 1920, 26.12.2021
Abunə olmaq
Şirkət həm əvvəl, həm də indi müvafiq uzunmüddətli müqavilələr çərçivəsində əlavə qaz həcmlərini tədarük etməyə hazırdır və bu tədarüklərin qiyməti spotdakından əhəmiyyətli dərəcədə aşağıdır.
BAKI, 26 dekabr - Sputnik. "Qazprom" şirkəti Avropa bazarına qaz tədarükünün kifayət qədər olmaması ittihamlarını təkzib edir. Bu barədə şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov bəyan edib.
Rusiya və "Qazprom"un ünvanına səsləndirilən Avropa bazarına az qaz tədarük edilməsi barədə bütün ittihamlar tamamilə əsassız, qəbuledilməzdir və həqiqətə uyğun deyil. Sadə dillə desək, yalan və iftiradır" - deyə mətbuat katibi "Rossiya 1" telekanalının efirində deyib.
O əlavə edib ki, misal üçün Fransa və Almaniyadan olan istehlakçılar artıq tamamilə müqavilələrlə nəzərdə tutulmiş illik həcmləri alıblar və müvafiq olaraq artıq tədarükə dair sifarişlər etmirlər.
Şirkət isə artıq mövcud olan sifarişlərin əsasında nəqliyyat güclərini bron edir, Kupriyanov bildirib.

"Qazprom" həm əvvəl, həm də indi müvafiq uzunmüddətli müqavilələrin çərçivəsində əlavə qaz həcmlərini tədarük etməyə hazırdır və bu tədarüklərin qiyməti spotdakından əhəmiyyətli dərəcədə aşağıdır", — şirkətin nümayəndəsi əlavə edib.

Bundan əlavə, "Qazprom"da belə bir nəticəyə gəliblər ki, son günlər Almaniyadan Polşaya və göründüyünə görə, oradan Ukraynaya sutkada 3-5 milyon kubmetr həcmində revers tədarükləri həyata keçirilir.
"Bu halda qaz Almaniya ərazisindəki yeraltı anbarlardan qaldırılır və artıq oradakı qazın 47%-i qaldırılıb, qış isə yeni başlayır. Buna ən rasional həll demək olmaz", — Kupriyanov bildirib.
"Qazprom"un nümayəndəsi vurğulayıb ki, belə tədarüklərin qiyməti xeyli dərəcədə Rusiyanın müqavilə üzrə tədarük etdiyi qazın qiymətlərindən yüksək olur.
Son operativ məlumatlara görə, son 11,5 ay ərzində uzaq xaric ölkələrinə ixracı 178,1 milyard kubmetrədək artırıb, bu isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,8% (8,2 milyard kubmetr) çoxdur.
"Qazprom"un bütün 2020-ci ilə nisbətən daha çox qaz ixrac etdiyi ölkələrə Almaniya, Türkiyə, İtaliya, Bolqarıstan, Rumıniya, Serbiya, Yunanıstan, Sloveniya, İsveçrə, Şimali Makedoniya, Bosniya-Herseqovina aiddir. Dekabrın birinci yarısının nəticələrinə əsasən, bu siyahıya Polşa, Danimarka və Finlandiya daxil olub.
Bu həftə ərzində RF prezidenti Vladimir Putin Avropada rekord qaz qiyməti yüksəlişini və Moskvanın "Yamal-Avropa" qaz kəməırinin güclərini bron etməyərək, bazarla manipulyasiya etməsi ittihamlarını şərh edib. Prezident vurğulayıb ki, "Qazprom" mövcud uzunmüddətli müqavilələrin şərtlərin uyğun olan bütün qaz həcmini tədarük edir, alman və fransız kontragentlər alqı üzrə sifarişlər bəyan etməyiblər.
Cümə axşamı Elm və təhsil üzrə Dövlət şurasının iclasında Putin həmçinin bildirib ki, Avropa ölkələri Rusiya qazını reversə buraxaraq özləri xammalın qiymətinin qalxmasına səbəb olublar.
Ukrayna 2015-ci ildən Rusiya qazını birbaşa almır və faktiki olaraq onu Avropadan alır. 2020-ci il sentyabrın əvvəlindən Kiyev tam olaraq Rusiya qazının virtual revers alınmasına keçib. Tranzit həcmlərinin yarıya qədəri indi dərhal Ukrayna ərazisində qalır. 2020-ci ilədək buna "Qazprom"la müqavilə mane olurdu.
Həmçinin oxuyun:
"Qazprom"un rəhbəri Azərbaycan Prezidentini təbrik edib
Rusiyanın Avropanı dondurmağa ehtiyacı yoxdur - o özü bir enerji siyasəti ilə bunu edir
Avropada qazın qiyməti ağlasığmaz dərəcədə bahalaşdı
Xəbər lenti
0