https://sputnik.az/20211221/avropada-qazin-qiymeti-aglasigmaz-derecede-bahalasdi-437444494.html
Avropada qazın qiyməti ağlasığmaz dərəcədə bahalaşdı
Avropada qazın qiyməti ağlasığmaz dərəcədə bahalaşdı
Sputnik Azərbaycan
Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 2 004 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 716,7 dollar) ilə... 21.12.2021, Sputnik Azərbaycan
2021-12-21T18:29+0400
2021-12-21T18:29+0400
2021-12-21T18:29+0400
avropa
neft-qaz
almaniya
qaz
niderland
fyuçers
"qazprom"
baltik
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427937636_0:0:3068:1727_1920x0_80_0_0_8c502ffc81a1a13809198b02e7bb06cf.jpg
BAKI, 21 dekabr — Sputnik. Dekabrın 21-də keçirilən hərraclar zamanı tarixdə ilk dəfə olaraq Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 000 ABŞ dollarını ötüb.Bu gün Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 2 004 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 716,7 dollar) ilə müqayisədə 16,7% çoxdur.Bundan əvvəl bildirilirdi ki, Avropada qazın min kubmetrinin qiyməti bu ilin oktyabr ayının əvvəlindən ilk dəfə artaraq 1800 dolları keçib.Oktyabr ayının əvvəlindən Avropa bazarında təbii qazın qiyməti 5,5 faiz artıb.Qeyd edək ki, dekabrın 16-da təbii qaz 1450 dollarlıq minimum səviyyədən birdən-birə 1700 dollardan çox bahalaşıb.Ehtimal olunur ki, Almaniyanın Federal Şəbəkə Agentliyinin rəhbəri Yohan Homannın "Şimal axını-2" layihəsinin sertifikatlaşdırılması barədə qərarın 2022-ci ilin birinci yarısında verilməyəcəyi ilə bağlı açıqlamasına bazar bu cür reaksiya verib.Xatırladaq ki, oktyabrda qazın qiyməti tarixi maksimuma çataraq 1937 dollar olub, sonra isə enməyə başlayıb."Şimal axını-2" magistralı Rusiyadan Almaniyaya Baltik dənizinin dibi boyunca çəkilib. Qaz kəmərinin gücü ildə 55 milyard kubmetr təşkil edəcək. Quraşdırma üç il çəkib. Sentyabrın 10-da "Qazprom" Açıq Səhmdar Cəmiyyətində keçirilən iclasda idarə heyətinin sədri Aleksey Miller bildirib ki, "Şimal axını-2" qaz kəmərinin inşası təmamilə başa çatıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427937636_337:0:3068:2048_1920x0_80_0_0_7294a97b87c6fa671418ee3f4fca363f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
avropa, almaniya, qaz, niderland, fyuçers, "qazprom", baltik
avropa, almaniya, qaz, niderland, fyuçers, "qazprom", baltik
Avropada qazın qiyməti ağlasığmaz dərəcədə bahalaşdı
Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 2 004 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 716,7 dollar) ilə müqayisədə 16,7% çoxdur.
BAKI, 21 dekabr — Sputnik. Dekabrın 21-də keçirilən hərraclar zamanı tarixdə ilk dəfə olaraq Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 000 ABŞ dollarını ötüb.
Bu gün Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 2 004 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 716,7 dollar) ilə müqayisədə 16,7% çoxdur.
Bundan əvvəl bildirilirdi ki, Avropada qazın min kubmetrinin qiyməti bu ilin oktyabr ayının əvvəlindən ilk dəfə artaraq 1800 dolları keçib.
Oktyabr ayının əvvəlindən Avropa bazarında təbii qazın qiyməti 5,5 faiz artıb.
Qeyd edək ki, dekabrın 16-da təbii qaz 1450 dollarlıq minimum səviyyədən birdən-birə 1700 dollardan çox bahalaşıb.
Ehtimal olunur ki, Almaniyanın Federal Şəbəkə Agentliyinin rəhbəri Yohan Homannın "Şimal axını-2" layihəsinin sertifikatlaşdırılması barədə qərarın 2022-ci ilin birinci yarısında verilməyəcəyi ilə bağlı açıqlamasına bazar bu cür reaksiya verib.
Xatırladaq ki, oktyabrda qazın qiyməti tarixi maksimuma çataraq 1937 dollar olub, sonra isə enməyə başlayıb.
"Şimal axını-2" magistralı Rusiyadan Almaniyaya Baltik dənizinin dibi boyunca çəkilib. Qaz kəmərinin gücü ildə 55 milyard kubmetr təşkil edəcək. Quraşdırma üç il çəkib. Sentyabrın 10-da "Qazprom" Açıq Səhmdar Cəmiyyətində keçirilən iclasda idarə heyətinin sədri Aleksey Miller bildirib ki, "Şimal axını-2" qaz kəmərinin inşası təmamilə başa çatıb.