CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saxta pul çap edən qadın və kişi saxlanılıb

manat - Sputnik Azərbaycan, 1920, 25.12.2021
Abunə olmaq
Saxlanılan şəxsin Mingəçevir şəhərində kirayədə yaşadığı mənzilinə baxış keçirilən zaman oradan printer avadanlığı və ümumilikdə 49 ədəd 50, 20, 5, 1 manatlıq saxta əsginaslar maddi sübut kimi götürülüb.
BAKI, 25 dekabr — Sputnik. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, dekabrın 23-də iki nəfər taksi sürücüsünə və çörək sexinə 20 manatlıq saxta əsginaslar verilməsi barədə DİN-in "102" Zəng Mərkəzinə, eləcə də polis şöbəsinə müraciətlər daxil olub.
Daxil olan müraciətlərlə əlaqədar keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulları dövriyyəyə buraxmaqda şübhəli bilinən Bərdə rayon sakini Şamil Musayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Ağdam şəhər sakini İlahə Məmmədova saxlanılıb. İ.Məmmədovanın Mingəçevir şəhərində kirayədə yaşadığı mənzilinə baxış keçirilən zaman oradan printer avadanlığı və ümumilikdə 49 ədəd 50, 20, 5, 1 manatlıq saxta əsginaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı məlum olub ki, Ş.Musayev printer vasitəsilə saxta pulları çap etdikdən sonra onları İlahə ilə öz arasında bölüşdürüb. Daha sonra ayrı-ayrılıqda taksi sürücülərinə və mağazalara həmin əsginasları təqdim ediblər.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.
Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə DİN-in "102" Zəng Mərkəzi Xidmətinə, eləcə də Mingəçevir ŞPŞ-nin (024)275-26-04 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində saxta pul dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, dekabr ayının 24-də Bərdə rayon sakini Ş.Səmədov RPŞ-yə müraciət edərək "Mal bazarı" adlanan ərazidə xırdabuynuzlu heyvanları satdıqdan sonra ona verilən pullardan 13 ədəd 200 manatlıq və 1 ədəd 100 manatlıq əsginasların saxta olduğu barədə məlumat verib.
Daxil olan məlumat əsasında keçirilmiş tədbirlərlə saxta pul dövriyyəsində şübhəli bilinən şəxsin Ağdam rayon sakini Elmir Süleymanov olduğu müəyyən edilib.
Faktla bağlı Bərdə RPŞ-də adıçəkilən şəxslərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub, istintaq davam etdirilir.
Həmçinin oxuyun:
Azərbaycanda 6 milyon manatlıq dələduzluq baş verib
Saxta əlillik dəllalları həbs edilib
Saxta diplomlarla bağlı vacib suallara cavablar
Xəbər lenti
0