CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 6 milyon manatlıq dələduzluq baş verib

Manat - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Abunə olmaq
Nəsibov Məzahir Dursun oğlu 92 şəxsin ümumilikdə 5 milyon 781 manat pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq edib.
BAKI, 8 dekabr — Sputnik. Vətəndaşlara məxsus pul vəsaitini ələ keçirən şəxs barəsindəki cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Nəsibov Məzahir Dursun oğlunun qanunsuz əməlləri ilə əlaqədar aparılmış istintaq tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılıb.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə Məzahir Nəsibovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri üçün inşa edilən hündürmərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün nəzərdə tutulduğunu bildirib, vətəndaşları binanın tikintisi başa çatdıqdan sonra sözügedən mənzillərin adına heç bir əmlak sahəsi olmayan aztəminatlı ailələrə paylanacağına inandıraraq, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə qeyd olunan birliyin üzvü olmayan cəmi 92 şəxsin ümumilikdə 5 milyon 781 manat pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Məzahir Nəsibova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd eədk ki, dələduzluqla bağlı bir müddət öncə də bənzər hadisə baş veribb. Belə ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin Məktəbəqədər və sosial iş şöbəsinin müdiri vəzifəsində çalışmış Gülnarə İsgəndərovanın qanunsuz hərəkətləri barədə cinayət işi açılıb.
Gülnarə İsgəndərova 2017-ci ildə müvafiq vəzifəyə təyin edilib işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Tibb Universitetinin bir neçə əməkdaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə ümumilikdə 21 nəfərdən Azərbaycan Dövlət Tibb Universitetində müxtəlif yardımçı vəzifələrə düzəltmək adı ilə 126 500 manat məbləği ələ keçirərək vətəndaşlara qarşı dələduzluq edərək rüşvət verməyə təhrik edib, vətəndaşların universitetdə müxtəlif vəzifələrə işə düzəlmələrinə dair Azərbaycan Tibb Universiteti adından saxta əmrlər hazırlayıb.
Xəbər lenti
0