https://sputnik.az/20211225/polad-adini-dasiyan-korpelerin-sayi-artib-437586446.html
Polad adını daşıyan körpələrin sayı artıb
Polad adını daşıyan körpələrin sayı artıb
Sputnik Azərbaycan
Ötən il 44 günlük Vətən Müharibəsində şəhid olanların əziz xatirələrini əbədiləşdirmək üçün övladını şəhidlərimizin, Milli Qəhrəmanlarımızın adlarını verənlər olub.
2021-12-25T20:46+0400
2021-12-25T20:46+0400
2021-12-25T20:46+0400
körpə
cəmiyyət
ad
polad həşimov
https://cdnn1.img.sputnik.az/img/42207/11/422071121_0:197:1920:1277_1920x0_80_0_0_bd57ff1557a40afcec9440434f798116.jpg
BAKI, 25 dekabr — Sputnik. 2017-ci ildə 65, 2018-ci ildə 55, 2019-cu ildə isə 53 körpəyə Polad adı qoyulub. Sputnik Azərbaycan-ın Ədliyyə Nazirliyinə istinadən xəbərinə görə, ötən ildən etibarən bu ada daha çox müraciət olunub.Belə ki, ötən il ərzində 193 körpəyə Polad adı qoyulub. Cari ildə isə 306 körpəyə Polad adı qoyulub. Ümumilikdə isə son beş ildə 675 körpəyə Polad adı qoyulub.Qeyd edək ki, ötən il 44 günlük Vətən Müharibəsində şəhid olanların əziz xatirələrini əbədiləşdirmək üçün övladını şəhidlərimizin, Milli Qəhrəmanlarımızın da adlarını verənlər oldu.Bu adlar sırasında general, Milli Qəhrəman Polad Həşimovun adı da üstünlük verilən adlardan biri oldu. Məhz bu səbəbdən də ötən il və cari ildə Polad adının yenidoğulmuş körpələrə verilməsində də nəzərə çarpacaq fərq oldu.Xatırladaq ki, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutur, Ordumuz düşmənin hücum cəhdinin qarşısını alır və geri oturdur. İyunun 12-dən 13-nə keçən gecə eyni məkanda gərgin anlar davam edir.Üçüncü Ordu Korpusunun qərargah rəisi Polad Həşimovun da qatıldığı gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilir. İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin yeddi hərbi qulluqçusu, o cümlədən Polad Həşimov şəhid olur.Həmçinin oxuyun:Bu il körpələrə ən çox hansı adlar qoyulubSüni mayalanmanın Xidmətlər Zərfinə daxil edilməsi planlaşdırılırBeş min manatlıq körpəBakıda 58 yaşlı qadının ilk övladı doğuldu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42207/11/422071121_217:0:1920:1277_1920x0_80_0_0_f80d3aa7158768e7c574ebc5c55402ce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
polad adını daşıyan körpələrin sayı artıb
polad adını daşıyan körpələrin sayı artıb
Polad adını daşıyan körpələrin sayı artıb
Ötən il 44 günlük Vətən Müharibəsində şəhid olanların əziz xatirələrini əbədiləşdirmək üçün övladını şəhidlərimizin, Milli Qəhrəmanlarımızın adlarını verənlər olub.
BAKI, 25 dekabr — Sputnik. 2017-ci ildə 65, 2018-ci ildə 55, 2019-cu ildə isə 53 körpəyə
Polad adı qoyulub.
Sputnik Azərbaycan-ın
Ədliyyə Nazirliyinə istinadən xəbərinə görə, ötən ildən etibarən bu ada daha çox müraciət olunub.
Belə ki, ötən il ərzində 193 körpəyə Polad adı qoyulub. Cari ildə isə 306 körpəyə Polad adı qoyulub. Ümumilikdə isə son beş ildə 675 körpəyə Polad adı qoyulub.
Qeyd edək ki, ötən il 44 günlük Vətən Müharibəsində şəhid olanların əziz xatirələrini əbədiləşdirmək üçün övladını şəhidlərimizin, Milli Qəhrəmanlarımızın da adlarını verənlər oldu.
Bu adlar sırasında general, Milli Qəhrəman Polad Həşimovun adı da üstünlük verilən adlardan biri oldu. Məhz bu səbəbdən də ötən il və cari ildə Polad adının yenidoğulmuş körpələrə verilməsində də nəzərə çarpacaq fərq oldu.
Xatırladaq ki, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutur, Ordumuz düşmənin hücum cəhdinin qarşısını alır və geri oturdur. İyunun 12-dən 13-nə keçən gecə eyni məkanda gərgin anlar davam edir.
Üçüncü Ordu Korpusunun qərargah rəisi Polad Həşimovun da qatıldığı gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilir. İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin yeddi hərbi qulluqçusu, o cümlədən Polad Həşimov şəhid olur.