DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Meksika mətbuatında erməni yalanları ifşa edildi

Yazı - Sputnik Azərbaycan, 1920, 25.12.2021
Abunə olmaq
Məqalədə Azərbaycanın üçtərəfli bəyanatlardan irəli gələn tələblərə sadiq qaldığı, hazırda bütün səylərini bölgənin yenidən qurulmasına, nəqliyyat yollarının və kommunikasiya xətlərinin bərpa edilməsinə və bölgənin hərtərəfli inkişafına yönəltdiyi vurğulanır.
BAKI, 25 dekabr — Sputnik. Meksikanın nüfuzlu KİV-lərindən olan "ContraReplica" qəzetlində Azərbaycan səfiri Məmməd Talıbovun Ermənistanın keçmiş münaqişə ərzində törətdiyi müharibə cinayətləri, hazırda Cənubi Qafqazda gərginliyin artmasına səbəb olan təxribatçı addımları, regionun yeni reallıqları, burada Azərbaycan tərəfindən görülən işlər və bölgədə davamlı sülhün əsas şərtləri barədə məqaləsi dərc olunub.
Azərbaycanın Meksikadakı Səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məqalədə ilk olaraq, Ermənistanın 30 illik işğal dövründə törətdiyi müharibə və insanlıq əleyhinə cinayətləri, habelə 44 günlük müharibə zamanı münaqişə zonasından kənarda yerləşən şəhərləri ballistik raket hücumlarına məruz qoyaraq mülki soydaşlarımız arasında çoxsaylı tələfata səbəb olması, eləcə də işğaldan azad olunmuş ərazilərdə müşahidə olunan erməni vandalizmi, burada aparılmış kütləvi minalama və törətdiyi fəsadlar haqqında məlumat verilir.
Sonra bölgədə periodik olaraq özünü biruzə verən gərginliyin səbəbinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin atdığı addımlar, xüsusən bu ölkənin keçmiş müdafiə nazirinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfəri, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın hərbi qulluqçusunun Azərbaycan ordusunun Laçın ərazisindəki mövqelərinə aparan yolda cəmləşməsi, Laçın və Kəlbəcərdəki mövqelərimizin intensiv atəşə tutulması kimi hallar olduğu bildirilir.
Buna baxmayaraq, Azərbaycanın üçtərəfli bəyanatlardan irəli gələn tələblərə sadiq qaldığı, hazırda bütün səylərini bölgənin yenidən qurulmasına, nəqliyyat yollarının və kommunikasiya xətlərinin bərpa edilməsinə və bölgənin hərtərəfli inkişafına yönəltdiyi vurğulanır.
Yazıda həmçinin, Ermənistan tərəfinin destruktiv ritorikasının başlıca elementlərindən olan "hərbi əsirlər" məsələsinə də fikir bildirilərək, Azərbaycan tərəfindən həbs edilmiş erməni əsilli şəxslərin 10 noyabr 2020-ci il bəyanatından sonra Azərbaycan ərazisinə keçərək burada terror aktları törətməyə cəhd etdikləri, bu səbəbdən onların hərbi əsir deyil, terrorçu olduqları və hazırda Azərbaycanın aidiyyəti orqanları tərəfindən məsuliyyətə cəlb edildikləri, bununla belə, xoş niyyət göstəricisi olaraq sözügedən şəxslərdən cinayətkar əməllərdə birbaşa olaraq iştirak etməmiş olanlarının azadlığa buraxıldığı söylənilir.
Sonda Azərbaycanın sərhədlərin demarkasiya və delimitasiyası işinin başlanması və yekun sülh müqaviləsinin işlənib hazırlanmasına dair Ermənistana dəfələrlə müracitələr ünvanlasa da, bu günədək heç bir müsbət cavab almadığı deyilir və bölgədə davamlı sülhə nail olunması üçün Ermənistanın qonşularına qarşı ərazi iddilalarından əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, xalqını barışığa hazırlamalı və region ölkələri ilə mehriban qonşuluq şəraitində yaşamağı öyrənməli olduğu bildirilir.
Həmçinin oxuyun:
Arxeoloqlarımız ermənilərin daha bir saxtakarlığını ifşa etdi
Azərbaycanda həyətyanı sahədə arxeoloji tədqiqat: abidə tək alban kilsəsindən ibarət deyil
"Ən yaxşı turistik kənd" adı uğrunda mübarizədə Azərbaycandan bir namizəd var
Azərbaycanlı arxeoloq bizi 3 milyon il bundan əvvələ apardı
Xaçmazda tarixi araşdırmanı "dondurublar": jurnalist səfirdən cavab gözləyir
Xəbər lenti
0