Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanlıların "Apple Pay" sevdası – Rekord sayda əməliyyat

© AFP 2024 / GETTY IMAGES NORTH AMERICA /JUSTIN SULLIVANApple Pay
Apple Pay - Sputnik Azərbaycan, 1920, 25.12.2021
Abunə olmaq
"Apple" şirkətinin nümayəndəsi: "Visa" şirkəti bankların ödəniş həllinin tətbiqi ilə müraciətinə cavab olaraq öz tələbələrini Azərbaycan banklarına göndərib.
BAKI, 25 dekabr — Sputnik. Bu ilin noyabr ayında Azərbaycanda banklar ilə "Visa" şirkəti ilə tərəfdaşlıq sayəsində (Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, Bank Respublika və Unibank müştərilərinə) "Apple Pay" texnologiyası təqdim edildi. "Apple Pay", ödəmələri daha təhlükəsiz, əminli və məxfi şəkildə etmək imkanı qazandırır.
"Apple Pay" istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən ələ ötürmədən ödəniş etmək imkanını qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi "iPhone"-nun innovativ texnologiyaları ilə təmin olunur.
Yeni təqdim olunan texnologiya Azərbaycan istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, Sputnik Azərbaycanın Mərkəzi Bankdan əldə etdiyi eksklüziv məlumata görə bir ay ərzində "Apple Pay" ödəniş həlli vasitəsilə 400 mindən çox əməliyyat keçirilib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, xidmətin istifadəyə verdiyi ilk ay - noyabr ayı ərzində "Apple Pay" ödəniş həlli vasitəsilə 12 milyon (7 milyon dollardan çox) manat həcmində 400 mindən çox əməliyyat həyata keçirilib.
Bəs Azərbaycanda "Apple Pay"-dən necə aktivləşdirmək olar?
"Apple Pay" üçün ödəməyin ən çox yayılmış yolları iPhone və Apple Watch-dur. Onların üzərində daha ətraflı dayanaq.
Hər iki halda, ilk addım ödəniş kartını Wallet proqramına əlavə etməkdir. Bunun üçün:
1. Pul kisəsini açın və "+" işarəsinə klikləyin.
2. Bank kartını skan edin və ya detalları əl ilə daxil edin.
3. Bankın göstərişlərinə əməl edin.
Apple Watch-da Apple Pay-dən necə istifadə etmək olar?
1. iPhone-da Watch proqramını açın.
2. Saatım nişanında Pulqabı və Apple Pay seçin.
3. Əgər siz artıq iPhone ilə əlaqələndirilmiş saatla eyni kartdan istifadə etməyi planlaşdırırsınızsa, onun yanındakı "Əlavə et" düyməsini sıxın. Yeni kart əlavə etmək istəyirsiniz? Bu, yuxarıda təsvir edildiyi kimi edilə bilər.
"Apple Pay"-dən ödəniş etməyin qaydası:
Ümumiyyətlə, "Apple Pay" texnologiyasının Azərbaycanda tətbiqi üçün hansı işlər görülüb və bundan sonra nələri gözləmək olar?
Sputnik Azərbaycan məsələ ilə bağlı "Apple" şirkətinin Azərbaycanda rəsmi texniki nümayəndəsi Asif İbrahimovla həmsöhbət olub. Asif İbrahimov qeyd edib ki, "Apple Pay"-ın Azərbaycanda istifadəyə verilməsi üçün bir ilə yaxın danışıqlar aparıldı:
"Düzdür bundan öncədə sistemin Azərbaycanda tətbiqi ilə bağlı müraciətlər olmuşdu. Lakin Azərbaycandan fəaliyyət göstərən banklar texniki cəhətdən bu prosesə hazır olmadıqları üçün bu müraciətlər müsbət qarşılanmayıb. Əslində "Apple Pay"- cavabdeh birbaşa "Apple" şirkəti deyil, "Visa" şirkətidir. "Visa" şirkəti bankların ödəniş həllinin tətbiqi ilə müraciətinə cavab olaraq öz tələbələrini Azərbaycan banklarına göndərib. Bu tələblərə təhlükəsizlik məsələləri də daxil olmaqla bir sıra məsələlər daxil idi. Banklar həmin an tələblərə uyğun olmadığı (sertifikasiya üçün) üçün müəyyən dəyişikliklər etməli oldular və xidmət bu ilin noyabrın da Azərbaycanlı istifadəçilərin xidmətinə verildi".
© Photo : courtesy of Asif IbrahimovAsif Ibrahimov
Asif Ibrahimov  - Sputnik Azərbaycan, 1920, 25.12.2021
Asif Ibrahimov
Nümayəndə qeyd edib ki, hazırda Azərbaycanın digər bankların da "Apple Pay"-ə qoşulması üçün müəyyən işlər aparılır:

"Banklar bu xidmətə qoşulmaqda maraqlıdırlar. O, bankların da yaxın 6 ayda, bir ildə bu xidməti istifadəyə verəcəklərini gözləmək olar".

Asif İbrahimov vurğulayıb ki, hazırda Azərbaycan-a "Google Pay" və "Samsung Pay"-in gətirilməsi ilə bağlı danışıqlar aparılır:
"Bu təmassız ödəniş sistemlərinin gələn il banklar tərəfindən müştərilərə təqdim olunacağı gözlənilir. "Apple Pay" brend bir məhsuldur. Əlbəttə ki, digər şirkətlər də daxili bazar barədə araşdırma apararkən Apple Pay-ın burada istifadəyə verilidiyini biləndə bu bazarda təmsil olunmağa daha artıq maraq göstərirlər".
Azərbaycan Mərkəzi bankı öz növbəsində digər ödənil həllərinin də Azərbaycanda tətbiqi ilə bağlı danışıqların getdiyini təsdiqləyib:
"Tokenizasiya xidmətlərinin tətbiqi dairəsinin genişləndirilməsi və qeyd etdiyiniz innovativ ödəniş həllərinin (SamsungPay, GooglePay) ölkəmizdə aktivləşdirilməsi istiqamətində hazırda Mərkəzi Bank tərəfindən müvafiq beynəlxalq təşkilatlarla danışıqlar aparılır və lazımi tədbirlər həyata keçirilir".
Həmçinin oxuyun:
Mobil telefon vasitəsilə bəzi xidmətlər aktivləşəcək - Yeni "cashback"lər olacaq
Türkiyə Azərbaycan manatını mübadilə valyutaları siyahısına əlavə edib
Mərkəzi Bank uçot dərəcəsini qaldırdı: İnflyasiya artacaq?
Xəbər lenti
0