https://sputnik.az/20211221/turkiye-azerbaycan-manatini-mubadile-valyutalari-siyahisina-elave-edib-437458115.html
Türkiyə Azərbaycan manatını mübadilə valyutaları siyahısına əlavə edib
Türkiyə Azərbaycan manatını mübadilə valyutaları siyahısına əlavə edib
Sputnik Azərbaycan
Türkiyə hökumətinin iqtisadiyyatın idarə edilməsi ilə bağlı qəbul etdiyi 20 dekabr tarixli qərar ölkədə xüsusi canlanma yaradıb
2021-12-21T19:22+0400
2021-12-21T19:22+0400
2021-12-21T19:22+0400
manat
iqtisadiyyat
dollar
abş
mərkəzi bank
birləşmiş ərəb əmirlikləri
lirə
türk lirəsi
https://cdnn1.img.sputnik.az/img/41176/30/411763098_0:10:2000:1135_1920x0_80_0_0_ed1c24ed40089630ecbe926190d4e42f.jpg
BAKI, 21 dekabr — Sputnik. Türkiyə Mərkəzi Bankı tərəfindən mübadilə edilən xarici valyutalar siyahısına Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dirhəmi əlavə olunub.Sputnik Azərbaycan xəbər verir ki, bununla da Türkiyə Mərkəzi Bankının xarici valyuta cədvəlindəki valyutaların sayı 22-yə çatıb.Qeyd edək ki, hazırda Türkiyə Mərkəzi Bankı tərəfindən mübadilə edilən xarici valyutalar siyahısına ABŞ dolları, Avstraliya dolları, Azərbaycan manatı, BƏƏ dirhəmi, Bolqarıstan levi, Çin yuanı, Danimarka kronu, avro, Cənubi Koreya vonu, Britaniya funt sterlinqi, İran rialı, İsveç kronu, habelə İsveçrə frankı, Yapon yeni, Kanada dolları, Qətər rialı, Küveyt dinarı, Norveç kronu, Pakistan rupisi, Rumıniya leyi, Rusiya rublu və Səudiyyə Ərəbistanı riyalı daxildir.Xatırladaq ki, Türkiyə hökumətinin iqtisadiyyatın idarə edilməsi ilə bağlı qəbul etdiyi 20 dekabr tarixli qərar ölkədə xüsusi canlanma yaradıb.Son günlər ABŞ dollarının məzənnəsinin Türkiyənin milli valyutası olan türk lirəsinə nisbətən davamlı yüksəlişi əhalidə, o cümlədən iqtisadi sahədə və biznes mühitində böyük təlaş yaratmışdı.Hökumətin qərarı əsasında alınmış tədbirlər nəticəsində dekabrın 20-də gecə saatlarından başlayaraq ABŞ dolları türk lirəsinə nisbətən sürətlə geriləməyə başlayıb. Belə ki, dekabrın 20-də gecə saatlarında 1 ABŞ dollarının məzənnəsi təxminən 16,7 TL səviyyəsinə qalxdığı halda, hazırda bu məzənnə 13,5 civarına qədər enib. Müqayisə üçün deyək ki, noyabrın 21-də 1 ABŞ dolları 11,1 TL olub və sonrakı günlər müəyyən dalğalanma ilə artmaqda davam edib.Əhali “Türk lirəsini mühafizə paketi” adı ilə başlanan layihəni böyük ümidlə qarşılayıb.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41176/30/411763098_221:0:2000:1334_1920x0_80_0_0_ea458dacc6ee91d218259e1a2c1d3df1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
türklər lirəni xilas etmək üçün manatdan istifadə etdilər
türklər lirəni xilas etmək üçün manatdan istifadə etdilər
Türkiyə Azərbaycan manatını mübadilə valyutaları siyahısına əlavə edib
Azərbaycan manatını daxil edəndən sonra Türkiyə Mərkəzi Bankının xarici valyuta cədvəlindəki valyutaların sayı 22-yə çatıb.
BAKI, 21 dekabr — Sputnik. Türkiyə Mərkəzi Bankı tərəfindən mübadilə edilən xarici valyutalar siyahısına Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dirhəmi əlavə olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bununla da Türkiyə Mərkəzi Bankının xarici valyuta cədvəlindəki valyutaların sayı 22-yə çatıb.
Qeyd edək ki, hazırda Türkiyə Mərkəzi Bankı tərəfindən mübadilə edilən xarici valyutalar siyahısına ABŞ dolları, Avstraliya dolları, Azərbaycan manatı, BƏƏ dirhəmi, Bolqarıstan levi, Çin yuanı, Danimarka kronu, avro, Cənubi Koreya vonu, Britaniya funt sterlinqi, İran rialı, İsveç kronu, habelə İsveçrə frankı, Yapon yeni, Kanada dolları, Qətər rialı, Küveyt dinarı, Norveç kronu, Pakistan rupisi, Rumıniya leyi, Rusiya rublu və Səudiyyə Ərəbistanı riyalı daxildir.
Xatırladaq ki, Türkiyə hökumətinin iqtisadiyyatın idarə edilməsi ilə bağlı qəbul etdiyi 20 dekabr tarixli qərar ölkədə xüsusi canlanma yaradıb.
Son günlər ABŞ dollarının məzənnəsinin Türkiyənin milli valyutası olan türk lirəsinə nisbətən davamlı yüksəlişi əhalidə, o cümlədən iqtisadi sahədə və biznes mühitində böyük təlaş yaratmışdı.
Hökumətin qərarı əsasında alınmış tədbirlər nəticəsində dekabrın 20-də gecə saatlarından başlayaraq ABŞ dolları türk lirəsinə nisbətən sürətlə geriləməyə başlayıb. Belə ki, dekabrın 20-də gecə saatlarında 1 ABŞ dollarının məzənnəsi təxminən 16,7 TL səviyyəsinə qalxdığı halda, hazırda bu məzənnə 13,5 civarına qədər enib. Müqayisə üçün deyək ki, noyabrın 21-də 1 ABŞ dolları 11,1 TL olub və sonrakı günlər müəyyən dalğalanma ilə artmaqda davam edib.
Əhali “Türk lirəsini mühafizə paketi” adı ilə başlanan layihəni böyük ümidlə qarşılayıb.