DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənilər indi də Nizami Gəncəvinin əsərlərinə əl qatıblar?

© Sputnik / Murad OrujovПамятник Низами Гянджеви
Памятник Низами Гянджеви - Sputnik Azərbaycan, 1920, 24.12.2021
Abunə olmaq
Muzeyin saytında XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin İran şairi kimi, onun "Xosrov və Şirin" poemasındakı Şirin obrazının erməni olaraq təqdim edilməsi tarixi və elmi baxımdan doğru deyildir - AMEA
BAKI, 24 dekabr — Sputnik. Akademik Rafael Hüseynov Viktoriya və Albert muzeyinin saytında Nizami Gəncəvi ilə bağlı yol verilmiş təhrifə görə muzey rəhbərliyinə məktub ünvanlayıb. Bu barədə Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) xəbər verib ki, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Londondakı Viktoriya və Albert muzeyinin saytında Nizami Gəncəvinin İran şairi kimi, onun "Xosrov və Şirin" poemasındakı Şirin obrazının isə erməni olaraq təqdim edilməsi ilə bağlı muzeyin direktoru Tristram Hanta, Kolleksiyalar üzrə direktor Antonia Boströma və muzeyin Görüşlər, kommersiya məsələləri, rəqəmsallaşdırma üzrə direktoru Sofi Brendelə məktub ünvanlayıb.
Məktubda qeyd olunub ki, muzeyin saytında XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin İran şairi kimi, onun "Xosrov və Şirin" poemasındakı Şirin obrazının erməni olaraq təqdim edilməsi tarixi və elmi baxımdan doğru deyildir və narazılığa səbəb olan da məhz bu incə məqamlardır:

"Son 80 ildən artıq müddətdə Azərbaycan öz böyük şairinin yubileylərini dəfələrlə təntənə ilə keçirmiş, şairin 880 yaşının tamam olduğu 2021-ci il isə Azərbaycan Respublikasında dövlət tərəfindən rəsmən "Nizami Gəncəvi İli" elan edilib. Nizami Gəncəvi Azərbaycan şairidir, 1141-ci ildə Azərbaycan şəhəri Gəncədə doğulub, ömrü boyu bu şəhərdə yaşayıb, bütün əsərlərini Gəncədə yaradıb, 1209-cu ildə Gəncədə vəfat edib, bu gün də onun Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncədəki mavzoleyi bütün xalqın ən uca tutduğu ziyarət yerlərindəndir".

Məktubda o da bildirilib ki, məhz Azərbaycan şairi olaraq Nizami Gəncəvinin heykəlləri bu gün İtaliyada, Misirdə, Rusiyada, Lüksemburqda və digər xarici ölkələrdə də yüksəlməkdədir:

"Tarix boyu Azərbaycanın yalnız torpaqlarına və sərvətlərinə deyil, həm də böyük şəxsiyyətlərinə, mədəni irsinə, abidələrinə qarşı da təcavüz, qəsb siyasəti yürüdülüb".

Qeyd olunub ki, Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərindəki Şirinin erməni və Ermənistan hökmdarı kimi təqdim edilməsi də tarixi həqiqətin təhrifidir:

"Həmin poemada haqqında bəhs edilən Ərmən və ya Ərmənzəmin heç də yanlış olaraq düşünüldüyü və yazıldığı kimi Ermənistan – Armenia deyildir. Ərmən orta əsrlər Azərbaycanında kiçik bir əyalət olmuşdur ki, paytaxtı Bərdə idi. Bərdə şəhəri bu gün də Azərbaycan Respublikasında mövcuddur və həmin şəhəri Nizami digər poemalarında da məhəbbətlə təsvir edir. Şirinin milliyətcə kim olması sualının cavabını isə təbii ki, Şirinin özündən yaxşı heç kim verə bilməz. "Xosrov və Şirin" məsnəvisinin "Şirinin cavabı" adlı fəslində Şirin belə deyir: "Mən qara gözlü türkəm".

Akademik Rafael Hüseynov Nizami Gəncəvi ilə bağlı mübahisə və narahatlıq yaradan materialların saytdan götürülməsi, ekspozisiyada müvafiq düzəlişlər aparılması məsələsinə diqqət yetirmələrini xahiş edib.
Həmçinin oxuyun:
Nizami Gəncəvi Beynəlxalq Forumunda Birgə Kommünike qəbul edilib
Nizami Gəncəvinin 880 illiyinə həsr olunan poçt markası buraxılıb
Xəbər lenti
0