Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Nizami Gəncəvinin 880 illiyinə həsr olunan poçt markası buraxılıb

© Photo : AR Ministry of Transport, Communications and High TechnologiesNizami Gəncəvinin 880 illiyinə həsr olunan poçt markası
Nizami Gəncəvinin 880 illiyinə həsr olunan poçt markası - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
Müəllifi rəssam Orxan Qarayev olan poçt markası 5 min tirajla nəşr edilib. Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.
BAKI, 27 oktyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Azərpoçt" MMC tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, buraxılış 1 markadan ibarət blok şəklində hazırlanıb. Blokun eskizi mövzuya uyğun olaraq tərtib edilib. Markanın üzərində Nizami Gəncəvinin portreti, blokun kənarlarında isə "Xəmsə"yə daxil olan poetik incilər miniatür şəklində təsvir olunub.
Müəllifi rəssam Orxan Qarayev olan poçt markası 5 min tirajla nəşr edilib. Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.
Qeyd edək ki, bu ilin əvvəlində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il Azərbaycanda "Nizami Gəncəvi ili" elan olunub.
Bununla əlaqədar Nazirlər Kabineti "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı"nı təsdiq edib. Sözügedən Tədbirlər Planında bu mövzuda poçt markasının hazırlanması da əksini tapıb.
Xəbər lenti
0