Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Deputat: "İlham Əliyev Nobel sülh mükafatına layiq görülməlidir"

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı - Sputnik Azərbaycan, 1920, 24.12.2021
Abunə olmaq
Deputat Zahid Oruc isə Prezident İlham Əliyevin Şuşa səfərinə dair fotolarına da diqqət çəkib.
BAKI, 24 dekabr — Sputnik. Dünyada sülhə ən böyük təhdid münaqişələrdir. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyaraq beynəlxalq sülhə çox ciddi töhfələr verib. Azərbaycan Prezidenti ərazilərimizi işğaldan azad etməklə beynəlxalq təhlükəsizliyə təhdid törədən transmilli cinayətlərin də qarşısını almış oldu. Bu günə qədər Nobel Sülh mükafatına layiq görülmüş şəxslərin fəaliyyəti ilə Prezident İlham Əliyevin fəaliyyətini müqayisə etmək heç doğru olmazdı. Prezident İlham Əliyev öz praqmatik siyasəti ilə beynəlxalq sülhə töhfə verib. Ona görə də növbəti Nobel Sülh mükafatının Prezident İlham Əliyevə verilməsi üçün prosedur başladılmalıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Elşad Mirbəşiroğlu Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, birinci şəxsin - İlham Əliyevin tərcümeyi-halının son 27 ili millətin və dövlətin həyatına elə hopub ki, 60 yaşlı bir liderin şəxsi ömrü ilə millət tarixinin mühüm bir hissəsi vahidləşib: "Azadlığımızın yaşı İlham Əliyevin təqvim ömrünün tən yarısıdır. Belə də ixtiyarımız var düşünək ki, müasir Azərbaycan dövləti həm də İlham Əliyevlə birgə 60 ildir müstəqildir! Bizə görə, sadə insanların qəlbində prezidentə bəslənən səmimi duyğular istənilən intellektual və elmi mühakimədən daha üstündür. Ona görə də bir xalq deyimini şüara çevirsək, İlham Əliyevin vəzifəsi deyil, taleyi prezidentdir!”
Deputat bildirib ki, İlham Əliyev təkcə torpaq savaşını və düşmənlə davanı qazanmayıb, həm də 200 ildir məğlub olan bütün liderlərin yarımçıq qalan missiyasını qələbə ilə sona çatdırıb: “İlham Əliyev Heydər Əliyevin bioloji varisi olmaqdan çox, Azərbaycan xalqının övladıdır. ”Hər millət öz liderinə layiqdir” devizi 8 noyabrdan sonra bütün dünyada yenidən öz təsdiqini tapdı.
Düz 17 il onun şəxsiyyətinə milyonların güvənci və sevgisi ilə yanaşı, şübhə və inamsızlığı təlqin edənlər hərbi meydanda düşmənlə birgə məğlub oldular. Lakin Əliyev qalib gələndə də comərdliyindən vaz keçmir. Milli və siyasi öndəri olan bir ölkənin hərbi lideri yalnız müstəqillikdən 30 il sonra, 8 noyabrda rəsmiləşdi. Qafqazlarda hərbi rəhbəri olmayan, zəif və gücsüz dövlət başçıları qoca Şərqin hökmdarı ola bilməyiblər".
"Azərbaycanın keçmişi və siyasi tarixi heç vaxt indiki qədər diri olmayıb. Kommunistli, demokratlı, qərbpərəstli və şərqsevərli heç bir milli rəhbərin - Heydər və İlham Əliyevdən başqa Şuşanı ziyarət etdiyinə dair bir foto xalqın yaddaşında qalmayıb. Deməli, İlham Əliyevin Şuşa zirvəsinə qayıdışı tarixi qanunauyğunluq idi. Bu məntiqi davam etdirsək, 1982-ci ildə rəhbər statusunda İrəvanı ziyarət edən ata Əliyevin missiyası tələb edir ki, oğul Əliyev Rəvan xanın qalasına mütləq qayıdacaq.
Bir milyona qədər köçkün ata və oğulların taleyi bir millətdə heç zaman bu qədər vahid olmayıb! Qələbə Azərbaycanı öz coğrafiyasından böyük göstərir. İlham Əliyevin şəxsiyyət miqyası Azərbaycanın sərhədlərini aşır. Əgər gedib ölçsəniz, görəcəksiniz ki, nəinki region ölkələri - Türkiyədə, Rusiyada, Gürcüstanda, İranda, eləcə də dünyanın digər məkanlarında İlham Əliyevi tanıyır və ona ehtiram bəsləyirlər. Bu o deməkdir ki, bir ölkənin ərazisi ona rəhbərlik edən şəxsiyyətin nüfuzu qədər böyüyür! Zəfər Komandanı qələbələrini hər zaman milləti ilə bölməyi bacarır”, - Z.Oruc əlavə edib.
Məlumat üçün bildirək ki, bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin doğum günüdür.
Ulu öndər Heydər Əliyevin davamçısı İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 2003-cü il 15 oktyabrda Azərbaycan Respublikasının Prezidenti seçilib.
Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci ildə yenidən prezident seçilən Əliyev 2013-cü ildə üçüncü müddətə prezident seçilib.
2018-ci ildə səslərin 86,03%-ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir.
Eləcə də oxuyun:
* Vladimir Putin Azərbaycan Prezidentinə zəng vurub
* Mehriban Əliyeva Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib
* Zəfərimizin memarı – Prezident İlham Əliyevin 60 yaşı tamam olur
* Ölkə prezidentinə dünyanın dörd bir yanından təbriklər gəlir
* İlham Əliyevə eksklüziv yubiley təbriki – Rusiyadan video
* Azərbaycan sərhədçilərindən prezidentə kreativ təbrik - VİDEO
Xəbər lenti
0