Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ölkəmizdə böyük boks hadisəsi olacaq

© Maddie Meyer/Getty Images/AFPBoks əlcəkləri, arxiv şəkli
Boks əlcəkləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Abunə olmaq
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyovu qəbul edib.
BAKI, 23 dekabr — Sputnik. Paris-2024 Yay Olimpiya Oyunlarında boks yarışlarını Beynəlxalq Boks Assosiasiyası (IBA) təşkil edə bilər.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu barədə Bakıda səfərdə olan IBA prezidenti Umar Kremlyov açıqlama verib.
O bildirib ki, boksun qarşıdakı olimpiadanın proqramında yer alacağı dəqiqdir. Bu səbəbdən, Kremlyov Beynəlxalq Olimpiya Komitəsinə (IOC) təşəkkürünü bildirib:
"Onlar boksun olmayacağını söyləmirlər. Deyirlər ki, IBF 2023-cü ilədək necə işləyəcək, tövsiyələri necə yerinə yetirəcək. Böyük işlər görülüb. Borclar bağlanılıb, islahatlar aparılıb, müstəqil ekspertlər cəlb olunub, son dünya çempionatındakı hakimliklə bağlı məsələlər olmayıb. Hazırda idarəetməni dəyişirik. Cəmi 3 tövsiyə qalıb ki, onları sona çatdırmalıyıq. Bunları gələn ilədək etsək, Paris-2024-də boks yarışını IBF keçirə bilər. Heç kim 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarınadək nələrin olacağını deyə bilməz. Ən vacibi odur ki, boks qarşıdakı olimpiadanın proqramında saxlanılıb. Bunun üzərində çalışacağıq ki, heç bir məsələ qalmasın".
Hazırda IBF-nin özünü tam bərpa etdiyini və qarşılıqlı addımların atıldığını söyləyən qurum rəhbəri əlavə edib ki, gələcəkdə nümunəvi beynəlxalq təşkilata çevrilməyi hədəfləyirlər. O, hakimlik üzərində işləməyin gərəkliliyini, kənardan qiymət verilməsi üçün müstəqil ekspertlər cəlb etdiklərini deyib: "Hər bir turnirin analizi aparılacaq. Qaydaları pozanlarla vidalaşacaq, savadı olmayanların biliklərini artıracağıq. Dəqiq qaydalar müəyyənləşdirmişik: İki dəfə, yaxud bir dəfə, amma kobudcasına pozuntuya yol verənlərlə ömürlük vidalaşacağıq".
Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov bildirib ki, Azərbaycanda təkcə beynəlxalq turnir yox, böyük dünya hadisəsi gözlənilir. Kremlyov əlavə edib ki, hələlik açıqlamağa hazır deyillər, müzakirə mərhələsindədirlər. Bu, Dünya Çempionatı da ola bilər, Dünya Kuboku da: "Hazırda WSB-ni (Ümumdünya Boks Seriyası - red.) canlandırırıq, Çempionlar Gecəsi və ya Qızıl Əlcək yarışı da təşkil etmək mümkündür. Müzakirələrdən sonra nədən başlayacağımıza qərar verəcəyik".
Qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyovu qəbul edib.
Görüşdə Fərid Qayıbovu nazir təyin edilməsi münasibətilə təbrik edən Kremlyov Bakıdakı səfərində qatıldığı tədbirlərdən danışıb.
Kremlyovun səfərinin Azərbaycan boksçularına faydalı olacağına inandığını bildirən Qayıbov qeyd edib ki, ölkə bütün beynəlxalq idman qurumları kimi, IBA ilə də qarşılıqlı əməkdaşlığa xüsusi önəm verir.
Azərbaycan boksunun hazırkı vəziyyəti, gələcəkdə reallaşdırılması nəzərdə tutulan birgə layihələr və digər məsələlərin müzakirə olunduğu toplantıda Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov və digər şəxslər iştirak ediblər.
Xəbər lenti
0