https://sputnik.az/20211223/ermenistan-paytaxtinda-etiraz---pasinyanla-gorus-teleb-olunur-437516554.html
Yerevanda ara qarışdı: Volodya Qriqoryanın tərəfdarları Baş nazirlə görüş istəyir
Yerevanda ara qarışdı: Volodya Qriqoryanın tərəfdarları Baş nazirlə görüş istəyir
Sputnik Azərbaycan
Nümayişçilər vurğulayıblar ki, Baş nazir Nikol Paşinyan kimi Volodya Qriqoryan da xalqın səsini qazanıb və ona görə də məhz o, seçkilərin qalibi elan olunmalıdır.
2021-12-23T13:36+0400
2021-12-23T13:36+0400
2021-12-23T13:57+0400
ermənistan
dünya xəbərləri
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0c/425447377_0:0:3072:1728_1920x0_80_0_0_5ca3d80ddbe4a6d58c2796e2e9a7555d.jpg
BAKI, 23 dekabr — Sputnik. Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyası keçirilir. Sputnik Azərbaycan "News.am"a istinadən xəbər verir ki, Parakar icma sədrliyinə namizəd Volodya Qriqoryanın tərəfdarları Baş nazir Nikol Paşinyan, müdafiə naziri Suren Papikyan, o cümlədən əmək və sosial məsələlər naziri Narek Mkrtçyanla görüşün keçirilməsini tələb edirlər.Etirazçılar Parkar icmasının sədrliyinə keçirilən seçkilərdə saxtakarlığın olduğunu iddia edirlər. Nümayişçilər vurğulayıblar ki, Baş nazir Nikol Paşinyan kimi Volodya Qriqoryan da xalqın səsini qazanıb və ona görə də məhz o, seçkilərin qalibi elan olunmalıdır.Qeyd edək ki, seçkilər nəticəsində Parakar icmasına sədrlik postuna "Həyat üçün ölkə" partiyasından Volodya Qriqoryanın namizədliyi sürülüb və on səslə mer seçilib. "Həyat üçün ölkə" partiyası bildirib ki, qanuna əsasən 40%-lik göstərici ilə yeganə namizədi mer postuna seçmək olar. Bundan sonra Ermənistanın hakim partiyası "Vətəndaş Müqaviləsi"nin təmsilçiləri də daxil olmaqla, Ağsaqqallar Şurasının üzvləri 11 səslə (yəni 50%-dən artıq göstərici ilə) bu icmada David Minasyanı mer seçiblər. Vəziyyət o yerə çatıb ki, bu gün icmada keçirilməsi planlaşdırılan merin and içməsi mərasimi təxirə salınıb.Həmçinin oxuyun:Ermənistan müxalifəti Nikol Paşinyanla Qarabağa dair qapalı görüşdən imtina etdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0c/425447377_341:0:3072:2048_1920x0_80_0_0_03f474e8fc4bb3c4efd73a168e26d0ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yerevan dağılır camaat paşinyanı devirmək üçün küçəyə çıxdı
yerevan dağılır camaat paşinyanı devirmək üçün küçəyə çıxdı
Yerevanda ara qarışdı: Volodya Qriqoryanın tərəfdarları Baş nazirlə görüş istəyir
13:36 23.12.2021 (Yenilənib: 13:57 23.12.2021) Nümayişçilər vurğulayıblar ki, Baş nazir Nikol Paşinyan kimi Volodya Qriqoryan da xalqın səsini qazanıb və ona görə də seçkilərin qalibi elan olunmalıdır.
BAKI, 23 dekabr — Sputnik. Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyası keçirilir. Sputnik Azərbaycan "News.am"a istinadən xəbər verir ki, Parakar icma sədrliyinə namizəd Volodya Qriqoryanın tərəfdarları Baş nazir Nikol Paşinyan, müdafiə naziri Suren Papikyan, o cümlədən əmək və sosial məsələlər naziri Narek Mkrtçyanla görüşün keçirilməsini tələb edirlər.
Etirazçılar Parkar icmasının sədrliyinə keçirilən seçkilərdə saxtakarlığın olduğunu iddia edirlər. Nümayişçilər vurğulayıblar ki, Baş nazir Nikol Paşinyan kimi Volodya Qriqoryan da xalqın səsini qazanıb və ona görə də məhz o, seçkilərin qalibi elan olunmalıdır.
Qeyd edək ki, seçkilər nəticəsində Parakar icmasına sədrlik postuna "Həyat üçün ölkə" partiyasından Volodya Qriqoryanın namizədliyi sürülüb və on səslə mer seçilib. "Həyat üçün ölkə" partiyası bildirib ki, qanuna əsasən 40%-lik göstərici ilə yeganə namizədi mer postuna seçmək olar.
Bundan sonra Ermənistanın hakim partiyası "Vətəndaş Müqaviləsi"nin təmsilçiləri də daxil olmaqla, Ağsaqqallar Şurasının üzvləri 11 səslə (yəni 50%-dən artıq göstərici ilə) bu icmada David Minasyanı mer seçiblər. Vəziyyət o yerə çatıb ki, bu gün icmada keçirilməsi planlaşdırılan merin and içməsi mərasimi təxirə salınıb.