https://sputnik.az/20211223/ermenistan-muxalifeti-nikol-pasinyanla-qarabaga-dair-qapali-gorusden-imtina-etdi-437514582.html
Ermənistan müxalifəti Nikol Paşinyanla Qarabağa dair qapalı görüşdən imtina etdi
Ermənistan müxalifəti Nikol Paşinyanla Qarabağa dair qapalı görüşdən imtina etdi
Sputnik Azərbaycan
"Hayastan" və "Şərəfim var" müxalifət fraksiyaları belə hesab edir ki, aradan keçən müddət Ermənistan hakimiyyətinin dəfələrlə xalqın arxasından şübhəli... 23.12.2021, Sputnik Azərbaycan
2021-12-23T13:10+0400
2021-12-23T13:10+0400
2021-12-23T13:03+0400
ermənistan
dünya xəbərləri
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426354114_0:0:2807:1580_1920x0_80_0_0_c19604f26057a838f368d4bb24fdf9d5.jpg
BAKI, 23 dekabr — Sputnik. Ermənistan parlametinin "Hayastan" və "Şərəfim var" müxalifət fraksiyaları hakimiyyətin Baş nazir Nikol Paşinyanla qapalı görüş keçirilməsinə dair təklifinə rədd cavabı verib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.Qeyd edək ki, həmin görüşdə Qarabağdakı vəziyyət müzakirə olunmalı idi.İki müxalifət fraksiyasının bu barədə birgə bəyanatında bildirilir ki, Paşinyanla görüşün qapalı formatda keçirilməsini məqsədəuyğun hesab etmirlər.Məlumatda təklifin Ermənistan parlamentinin sədri Alen Simonyandan gəldiyi də bildirilmişdi."Xatırladaq ki, hələ 2020-ci ilin oktyabrında müharibə getdiyi vaxt Nikol Paşinyanla bu formatda görüş keçirilmişdi və həmin danışığın detalları indiyə kimi təhrif olunur. Aradan keçən müddət təsdiqlədi ki, hakimiyyət dəfələrlə xalqın arxasından şübhəli danışıqlar aparıb", – deyə bəyanatda bildirilir.Müxalifət qüvvələri belə hesab edir ki, danışıqlar prosesi nə hərbi, nə də dövlət sirri deyil və erməni xalqı ilə bağlı məsələlərin müzakirə olunacağı görüş istənilən halda qapalı formatda keçirilməməlidir.Müxalifət fraksiyaları bəyan edib ki, Paşinyanla yalnız açıq formatda, həm də bərabər şərtlər altında görüşə bilərlər, ancaq hakimiyyət buna razılıq verməz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426354114_78:0:2807:2047_1920x0_80_0_0_02bac53201d30ab2532c22980c3fe46c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
ermənistan, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
Ermənistan müxalifəti Nikol Paşinyanla Qarabağa dair qapalı görüşdən imtina etdi
"Hayastan" və "Şərəfim var" müxalifət fraksiyaları belə hesab edir ki, aradan keçən müddət Ermənistan hakimiyyətinin dəfələrlə xalqın arxasından şübhəli danışıqlar apardığını təsdiqləyib.
BAKI, 23 dekabr — Sputnik. Ermənistan parlametinin "Hayastan" və "Şərəfim var" müxalifət fraksiyaları hakimiyyətin Baş nazir Nikol Paşinyanla qapalı görüş keçirilməsinə dair təklifinə rədd cavabı verib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Qeyd edək ki, həmin görüşdə Qarabağdakı vəziyyət müzakirə olunmalı idi.
İki müxalifət fraksiyasının bu barədə birgə bəyanatında bildirilir ki, Paşinyanla görüşün qapalı formatda keçirilməsini məqsədəuyğun hesab etmirlər.
Məlumatda təklifin Ermənistan parlamentinin sədri Alen Simonyandan gəldiyi də bildirilmişdi.
"Xatırladaq ki, hələ 2020-ci ilin oktyabrında müharibə getdiyi vaxt Nikol Paşinyanla bu formatda görüş keçirilmişdi və həmin danışığın detalları indiyə kimi təhrif olunur. Aradan keçən müddət təsdiqlədi ki, hakimiyyət dəfələrlə xalqın arxasından şübhəli danışıqlar aparıb", – deyə bəyanatda bildirilir.
Müxalifət qüvvələri belə hesab edir ki, danışıqlar prosesi nə hərbi, nə də dövlət sirri deyil və erməni xalqı ilə bağlı məsələlərin müzakirə olunacağı görüş istənilən halda qapalı formatda keçirilməməlidir.
Müxalifət fraksiyaları bəyan edib ki, Paşinyanla yalnız açıq formatda, həm də bərabər şərtlər altında görüşə bilərlər, ancaq hakimiyyət buna razılıq verməz.