CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Laçın polisi qanunsuz ov edən şəxsləri saxlayıb

© REUTERS / AZIZ KARIMOVPolis
Polis - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Abunə olmaq
Həmin şəxslərdən 3 ov tüfəngi, patronlar və ovladıqları çöl quşları aşkar edilib.
BAKI, 22 dekabr — Sputnik. Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz ov edən Ağcabədi rayon sakinləri - Tərlan Xəlilov, Rauf Əhmədov və Osman Hacıyev saxlanılıblar.
Həmin şəxslərdən 3 ov tüfəngi, patronlar və ovladıqları çöl quşları aşkar edilib.
Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.
Xəbər lenti
0