https://sputnik.az/20211223/azerbaycanda-yollar-buz-bagladi-neqliyyatin-hereketi-cetinlesdi-437521144.html
Qubada yollar buz bağladı, nəqliyyatın hərəkəti çətinləşdi
Qubada yollar buz bağladı, nəqliyyatın hərəkəti çətinləşdi
Sputnik Azərbaycan
Quba 5 saylı yol-istismar idarəsinin rəisi Gülağa Əliyevin agentliyə bildirdiyinə görə, gecə saatlarından başlayaraq ağır texnika yolların təmizlənməsi üçün... 23.12.2021, Sputnik Azərbaycan
2021-12-23T17:01+0400
2021-12-23T17:01+0400
2021-12-23T18:25+0400
yol
video
qar
buz
quba
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437514071_0:385:1000:948_1920x0_80_0_0_9e2dced8cd1840a598993fc426552e51.jpg
Gecədən etibarən Qubanın bir neçə kəndi ilə əlaqə kəsilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dünən axşam saatlarından Quba-Xınalıq, Quba-Qonaqkənd yolunda hərəkət çətinləşib.Quba 5 saylı yol-istismar idarəsinin rəisi Gülağa Əliyevin agentliyə bildirdiyinə görə, gecə saatlarından başlayaraq ağır texnika yolların təmizlənməsi üçün çalışır:"Rayon ərazisində demək olar ki, yollar tamamilə təmizlənib. Ən çətin hissə dağ kəndlərinə gedən yollardadır. Burada təmizlənmə işləri aparmaq həm çətin, həm də təhlükəlidir. Yolların təmizlənməsinə maneə olan səbəblərdən biri də qarın dayanmadan yağmasıdır. Biz yolları təmizlədikcə, qar yağıb əvvəlki vəziyyətinə qaytarır. 37 km-lik məsafəni təmizləmək o qədər də asan deyil. Amma əlimizdən gələni edirik ki, kəndlərlə rayon arasında əlaqə kəsilməsin. İnanırıq ki, günün sonunda yolların təmizlənməsi başa çatacaq".Gülağa Əliyev rayon sakinlərinə bu günlərdə bacardıqları qədər yollara az çıxmağı tövsiyə edib. Çünki qarlı və buz bağlamış dağ yolları həddindən artıq təhlükəlidir.Bu gecə şimal bölgəsində ölkə üzrə ən şaxtalı hava qeydə alınıb. Qubanın Qrız kəndində 20 sm-dək qar yağıb və - 17 dərəcə şaxta qeydə alınıb.Həmçinin oxuyun:Qrızda 20 sm qar var: Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıbQarlı havada nəqliyyat vasitələrinin hərəkəti necə təmin edilib - AAYDA açıqladı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437514071_0:292:1000:1042_1920x0_80_0_0_3134d98488d1f3ea5ee79d172804d268.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
yol, qar, buz, quba
Qubada yollar buz bağladı, nəqliyyatın hərəkəti çətinləşdi
17:01 23.12.2021 (Yenilənib: 18:25 23.12.2021) Quba 5 saylı yol-istismar idarəsinin rəisi Gülağa Əliyevin agentliyə bildirdiyinə görə, gecə saatlarından başlayaraq ağır texnika yolların təmizlənməsi üçün çalışır.
Gecədən etibarən Qubanın bir neçə kəndi ilə əlaqə kəsilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dünən axşam saatlarından Quba-Xınalıq, Quba-Qonaqkənd yolunda hərəkət çətinləşib.
Quba 5 saylı yol-istismar idarəsinin rəisi Gülağa Əliyevin agentliyə bildirdiyinə görə, gecə saatlarından başlayaraq ağır texnika yolların təmizlənməsi üçün çalışır:
"Rayon ərazisində demək olar ki, yollar tamamilə təmizlənib. Ən çətin hissə dağ kəndlərinə gedən yollardadır. Burada təmizlənmə işləri aparmaq həm çətin, həm də təhlükəlidir. Yolların təmizlənməsinə maneə olan səbəblərdən biri də qarın dayanmadan yağmasıdır. Biz yolları təmizlədikcə, qar yağıb əvvəlki vəziyyətinə qaytarır. 37 km-lik məsafəni təmizləmək o qədər də asan deyil. Amma əlimizdən gələni edirik ki, kəndlərlə rayon arasında əlaqə kəsilməsin. İnanırıq ki, günün sonunda yolların təmizlənməsi başa çatacaq".
Gülağa Əliyev rayon sakinlərinə bu günlərdə bacardıqları qədər yollara az çıxmağı tövsiyə edib. Çünki qarlı və buz bağlamış dağ yolları həddindən artıq təhlükəlidir.
Bu gecə şimal bölgəsində ölkə üzrə ən şaxtalı hava qeydə alınıb. Qubanın Qrız kəndində 20 sm-dək qar yağıb və - 17 dərəcə şaxta qeydə alınıb.
Qrızda 20 sm qar var: Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb