Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qarlı havada nəqliyyat vasitələrinin hərəkəti necə təmin edilib - AAYDA açıqladı

© Sputnik / Murad OrujovBakıda yağışlı havada avtomobil, arxiv şəkli
Bakıda yağışlı havada avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Abunə olmaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.
BAKI, 23 dekabr — Sputnik. Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında məlumat verib. Sputnik Azərbaycan həmin məlumatı təqdim edir:
1. Əhmədbəyli-Füzuli-Şuşa "ZƏFƏR" yolu - Yağıntı yoxdur, 3-4 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
2. Toğanalı-Kəlbəcər-İstisu - Yağıntı yoxdur, yolun Murovdağdan keçən hissəsində 21.12.21 tarixdən gecə saatlarına qədər güclü qar yağıb, qarın hündürlüyü yoldan kənarlarda 30-35 sm təşkil edir. 16-20 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlib. Yağıntı başlayandan bu gün səhər saatlarınadək yolun qardan təmizlənməsi işləri davam etdirilib, qum-duz səpilib. Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
3. Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi - Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində zəif qar yağır, yol qardan təmizlənib, qum-duz səpilib. 3-4 dərəcə şaxta var. 22.12.21 tarixdə Xınalıq yolunda 10-12 sm qar yağıb, yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda qeyd olunan ərazidə külək var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
4. Giləzi - Xızı - Qar yağır, 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
5. Bakı - Qobustan - Abşeron rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
6. Qobustan - Şamaxı - Muğanlı - Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
7. Muğanlı - Ağsu - Yevlax - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
8. Bakı - Ələt - Hacıqabul - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
9. Hacıqabul - Ucar - Yevlax - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
10. Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
11. Muğanlı - İsmayıllı - Yağıntı yoxdur, 4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
12. İsmayıllı - Qəbələ - Oğuz- Şəki - İsmayıllı və Qəbələ rayonları ərazisində axşam saatlarında 6-8 sm qar yağıb, yolda qar yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
13. Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi - Marşrut boyu yağıntı yoxdur, 1-2 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
14. Yevlax - Şəki (Göybulaq) - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
15. Gəncə - Daşkəsən - Xoşbulaq - Yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, qum-duz səpilib. Şaxta 12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
16. Şəmkir - Gədəbəy - Yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, qum-duz səpilib. Şaxta 10-12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
17. Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi - Marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
18. Masallı – Yardımlı - Səhər saatlarından Yardımlı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 1 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
19. Lənkəran – Lerik - Səhər saatlarından Lerik rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
20. Hacıqabul – Bəhramtəpə – Horadiz - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Xəbər lenti
0