https://sputnik.az/20211222/azerbaycanda-aile-deyerleri-deyisib---sorgunun-maraqli-neticesi-437474563.html
Azərbaycanda ailə dəyərləri dəyişib? - Sorğunun maraqlı nəticəsi
Azərbaycanda ailə dəyərləri dəyişib? - Sorğunun maraqlı nəticəsi
Sputnik Azərbaycan
Respondentlər bir qayda olaraq qadınların ən gec halda 27 yaşa qədər evlənməli olduğunu düşünürlər.
2021-12-22T11:29+0400
2021-12-22T11:29+0400
2021-12-22T11:31+0400
cəmiyyət
sorğu
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
nəticə
https://cdnn1.img.sputnik.az/img/42223/51/422235187_0:97:3073:1825_1920x0_80_0_0_f8c2f08f57afd8b7bfd4aad6dbd4aab8.jpg
BAKI, 22 dekabr — Sputnik. Azərbaycanda əhalinin 5 faizdən az hissəsi abort və selektiv aborta müsbət baxır. Uşağın cinsinə görə selektiv abort olunmasına mütləq əksəriyyət (90%) mənfi baxır, bu məsələdə heç bir göstərici üzrə qruplararası fərq müşahidə edilməyib.Sputnik Azərbaycan xəbər verir ki, bu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzinin "Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil" ictimai rəy sorğusu və sosioloji tədqiqatının nəticəsində müəyyənləşdirilib.Tədqiqat son illərdə Azərbaycan ailəsinin, ailədaxili münasibətlərin, ailə dəyərlərinin dinamikası və transformasiyasının qarşılıqlı təsir və əlaqədə araşdırılması, ailə məsələlərində ümumi mənzərənin, eləcə də dövlət-ailə siyasətinin sistemli təqdimi aspektində demək olar ki, ilk dəfə aparılıb.Rəyi soruşulanların təxminən üçdə ikisi, yəni 61.2%-i XXI əsr Azərbaycan ailəsinin XX əsr ailəsindən çox, 25.8%-i isə qismən fərqləndiyini düşünür. Bu göstərici müstəqillik dövründə ailənin təkamül və dinamikasında baş verən dəyişikliklərin kifayət dərəcədə hiss edilməsinə dəlalət edir.Nikaha daxil olma evlilik yaşı ilə bağlı münasibət də maraqlı nəticələr doğurub.Ümumiyyətlə, respondentlər bir qayda olaraq qadınların ən gec halda 27 yaşa qədər evlənməli olduğunu düşünürlər. Qadınların evlilik üçün ən uyğun yaşını 23-27 hesab edən respondentlərin faizi (46.5%) maraqlı nəticə olmaqla qadınlar üçün tez evliliyin şərt olmadığını, onların təhsil və karyera sahəsində fəal olmasına dair təsəvvürləri ifadə edir. Həmçinin müasir ailə modeli barədə təsəvvürlərin möhkəmlənməsinə işarə edir.Başqa millətlərin nümayəndəsindən olan qadın və kişi arasındakı nikaha, aborta, o cümlədən uşağın cinsinə görə abort olunmasına münasibət də fərqli nəticələrlə yadda qalıb. Məsələn, 55.9% kişi respondent onunla eyni millətdən olan qadının başqa millətlərin nümayəndəsindən olan kişi ilə nikah bağlamasına pis baxır. Oxşar mənzərə fərqli dinlərdən olan şəxslərin nikahına dair də müşahidə edilib.Hazırda Azərbaycanda mövcud olan 2 milyon 62 mindən artıq ailə-sosial bir institut olduğundan ailənin missiyası, sosial funksiyaları, ailə dəyərləri, vəzifə və öhdəlikləri və s. istiqamətlərdə yaranan problemlər əhatəsi göstərilən ailə sayından dəfələrlə çoxsaylı əhalini əhatə edir. Tədqiqatın məqsədi qlobal miqyasda baş verən radikal sosial transformasiyaların ailələrə təsiri fonunda ölkəmizdə ailədaxili münasibətlərdə müşahidə edilən dinamika və tendensiyaların öyrənilməsi, sosioloji təhlil əsasında aşkara çıxarılmasıdır.Sorğu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Qarabağ, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə edib, 2400 respondentin iştirakı ilə aparılıb.Tədqiqat çərçivəsində respondentlərin seçimində təsadüfi seçmənin ehtimal ölçüyə mütənasib çoxpilləli klaster seçməsindən istifadə edilib. İlk mərhələdə sorğuda əhatə ediləcək 40 rayon, növbəti mərhələdə həmin rayonlardan 200 yaşayış məntəqəsi seçilib və hər məntəqədən 12 respondentlə sorğu keçirilib.Sorğu anketinin sualları yerli vəziyyət nəzərə alınmaqla yanaşı, beynəlxalq təcrübəyə istinadən hazırlanıb. Sorğu anketi 92 (83 spesifik və 9 sosial-demoqrafik) sualdan ibarətdir.Sorğunun keçirilməsində 15 intervüyer və 2 koordinator iştirak edib. İntervüyerlər üçün Sosial Tədqiqatlar Mərkəzi tərəfindən təlimat qaydaları hazırlanıb.Toplanan məlumatlar xüsusi proqram - SPSS (Statistical Package for the Social Sciences (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib.Respondentlərin sosial-demoqrafik göstəricilərinə əsasən deyə bilərik ki, respondentlərin əsaslı hissəsi azərbaycanlı (96.7%) və müsəlmandır (98.6%). Seçmə daxilində gender balansı qorunub - kişi (50.3%) və qadın (49.7%). Sorğuda iştirak edənlər arasında 26-35 (26.3%) və 36-45 (23.4%) yaş aralıqlarında olanlar, eləcə də, tam orta təhsillilər (45.7%) üstünlük təşkil edib. Məşğuliyyət statusu cəhətdən dövlət sektorunda çalışanların çəkisi (30.8%) daha çoxdur.Keyfiyyət əsaslı tədqiqat üçün 27 ekspert-respondentin - vəkil və hüquqşünas, qeyri-hökumət təşkilatı rəhbərləri, sosioloq və psixoloqlar, dövlət məmurlarının və s. fikri alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42223/51/422235187_142:0:2873:2048_1920x0_80_0_0_23751edf8aec6e3bb69796e94de8ec82.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycanda ailə dəyərləri dəyişib? - sorğunun maraqlı nəticəsi
azərbaycanda ailə dəyərləri dəyişib? - sorğunun maraqlı nəticəsi
Azərbaycanda ailə dəyərləri dəyişib? - Sorğunun maraqlı nəticəsi
11:29 22.12.2021 (Yenilənib: 11:31 22.12.2021) Respondentlər bir qayda olaraq qadınların ən gec halda 27 yaşa qədər evlənməli olduğunu düşünürlər.
BAKI, 22 dekabr — Sputnik. Azərbaycanda əhalinin 5 faizdən az hissəsi abort və selektiv aborta müsbət baxır. Uşağın cinsinə görə selektiv abort olunmasına mütləq əksəriyyət (90%) mənfi baxır, bu məsələdə heç bir göstərici üzrə qruplararası fərq müşahidə edilməyib.
Sputnik Azərbaycan xəbər verir ki, bu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzinin "Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil" ictimai rəy sorğusu və sosioloji tədqiqatının nəticəsində müəyyənləşdirilib.
Tədqiqat son illərdə Azərbaycan ailəsinin, ailədaxili münasibətlərin, ailə dəyərlərinin dinamikası və transformasiyasının qarşılıqlı təsir və əlaqədə araşdırılması, ailə məsələlərində ümumi mənzərənin, eləcə də dövlət-ailə siyasətinin sistemli təqdimi aspektində demək olar ki, ilk dəfə aparılıb.
Rəyi soruşulanların təxminən üçdə ikisi, yəni 61.2%-i XXI əsr Azərbaycan ailəsinin XX əsr ailəsindən çox, 25.8%-i isə qismən fərqləndiyini düşünür. Bu göstərici müstəqillik dövründə ailənin təkamül və dinamikasında baş verən dəyişikliklərin kifayət dərəcədə hiss edilməsinə dəlalət edir.
Nikaha daxil olma evlilik yaşı ilə bağlı münasibət də maraqlı nəticələr doğurub.
Ümumiyyətlə, respondentlər bir qayda olaraq qadınların ən gec halda 27 yaşa qədər evlənməli olduğunu düşünürlər. Qadınların evlilik üçün ən uyğun yaşını 23-27 hesab edən respondentlərin faizi (46.5%) maraqlı nəticə olmaqla qadınlar üçün tez evliliyin şərt olmadığını, onların təhsil və karyera sahəsində fəal olmasına dair təsəvvürləri ifadə edir. Həmçinin müasir ailə modeli barədə təsəvvürlərin möhkəmlənməsinə işarə edir.
Başqa millətlərin nümayəndəsindən olan qadın və kişi arasındakı nikaha, aborta, o cümlədən uşağın cinsinə görə abort olunmasına münasibət də fərqli nəticələrlə yadda qalıb. Məsələn, 55.9% kişi respondent onunla eyni millətdən olan qadının başqa millətlərin nümayəndəsindən olan kişi ilə nikah bağlamasına pis baxır. Oxşar mənzərə fərqli dinlərdən olan şəxslərin nikahına dair də müşahidə edilib.
Hazırda Azərbaycanda mövcud olan 2 milyon 62 mindən artıq ailə-sosial bir institut olduğundan ailənin missiyası, sosial funksiyaları, ailə dəyərləri, vəzifə və öhdəlikləri və s. istiqamətlərdə yaranan problemlər əhatəsi göstərilən ailə sayından dəfələrlə çoxsaylı əhalini əhatə edir. Tədqiqatın məqsədi qlobal miqyasda baş verən radikal sosial transformasiyaların ailələrə təsiri fonunda ölkəmizdə ailədaxili münasibətlərdə müşahidə edilən dinamika və tendensiyaların öyrənilməsi, sosioloji təhlil əsasında aşkara çıxarılmasıdır.
Sorğu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Qarabağ, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə edib, 2400 respondentin iştirakı ilə aparılıb.
Tədqiqat çərçivəsində respondentlərin seçimində təsadüfi seçmənin ehtimal ölçüyə mütənasib çoxpilləli klaster seçməsindən istifadə edilib. İlk mərhələdə sorğuda əhatə ediləcək 40 rayon, növbəti mərhələdə həmin rayonlardan 200 yaşayış məntəqəsi seçilib və hər məntəqədən 12 respondentlə sorğu keçirilib.
Sorğu anketinin sualları yerli vəziyyət nəzərə alınmaqla yanaşı, beynəlxalq təcrübəyə istinadən hazırlanıb. Sorğu anketi 92 (83 spesifik və 9 sosial-demoqrafik) sualdan ibarətdir.
Sorğunun keçirilməsində 15 intervüyer və 2 koordinator iştirak edib. İntervüyerlər üçün Sosial Tədqiqatlar Mərkəzi tərəfindən təlimat qaydaları hazırlanıb.
Toplanan məlumatlar xüsusi proqram - SPSS (Statistical Package for the Social Sciences (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib.
Respondentlərin sosial-demoqrafik göstəricilərinə əsasən deyə bilərik ki, respondentlərin əsaslı hissəsi azərbaycanlı (96.7%) və müsəlmandır (98.6%). Seçmə daxilində gender balansı qorunub - kişi (50.3%) və qadın (49.7%). Sorğuda iştirak edənlər arasında 26-35 (26.3%) və 36-45 (23.4%) yaş aralıqlarında olanlar, eləcə də, tam orta təhsillilər (45.7%) üstünlük təşkil edib. Məşğuliyyət statusu cəhətdən dövlət sektorunda çalışanların çəkisi (30.8%) daha çoxdur.
Keyfiyyət əsaslı tədqiqat üçün 27 ekspert-respondentin - vəkil və hüquqşünas, qeyri-hökumət təşkilatı rəhbərləri, sosioloq və psixoloqlar, dövlət məmurlarının və s. fikri alınıb.