Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xaçmazda zəncirvari qəza: yaralılar var

© AP Photo / Thanassis StavrakisAvtomobil qəzası, arxiv şəkli
Avtomobil qəzası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.12.2021
Abunə olmaq
Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyətləri orta-ağır qiymətləndirilir.
BAKI, 21 dekabr - Sputnik. Xaçmazda zəncirvari qəzada 4 maşın toqquşub. Hadisə axşam saatlarında şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, qəzada piyada da xəsarət alıb. "Audi" markalı nəqliyyat vasitəsi yolun kənarında dayanan digər avtomobillərlə toqquşub.
Hadisə nəticəsində Xaçmazın Yergüc kənd sakini, 46 yaşlı Bəxtiyar Koroğluyev və Padar kənd sakini, 65 yaşlı Şakir Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı Xaçmaz rayon Polis idarəsində araşdırma aparılır.
Eləcə də oxuyun:
* Bakıda faciə: məktəbli uşaq avtomobilin qurbanı oldu
* Türkiyədə baş verən qəzada vətəndaşlarımız da həlak olub
* Bakıda polis serjantı həlak olub
Xəbər lenti
0