Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazir pul yığımı haqda - Valideynin artıq bir manatını belə...

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.12.2021
Abunə olmaq
Qəti şəkildə rüşvətin əleyhinə olduğunu deyən Təhsil naziri məktəblərdə pulun hansı qaydada yığılmasına aydınlıq gətirib.
BAKI, 21 dekabr - Sputnik. Məktəblərdə pulun yığılması, təbii ki, qeyri-qanuni haldır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Təhsil naziri Emin Əmrullayev Prezidentin təhsil sahəsində imzaladığı sərəncamlarla bağlı keçirdiyi brifinqdə deyib.
E.Əmrullayev Valideyn-Müəllim Assosiasiyalarından da danışıb: “Valideyn-Müəllim Assosiasiyaları Təhsil Nazirliyinin qurumu deyil. Bu, ictimai qurumdur. Həmin birliklərin yaradılması əslində faydalıdır. Ancaq qanunsuzluq varsa, valideyn oraya üzv olmaya, üzvlük haqqı verməyə və iclaslarına getməyə bilər. Bu, valideynlərin idarə etdiyi bir qurumdur”.
Nazir həmçinin bildirib ki, valideynlər məktəbin idarəetməsində yaxından iştirak etmirlər: “Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. Bu, bir modeldir. İcbari təhsil pulsuzdur. Mən də qəti şəkildə rüşvətin əleyhinəyəm. Valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır. Mənim təhsil aldığım zamanlarda da belə problemlərlə qarşılaşırdıq. Bu, bizim cəmiyyətin xroniki problemidir”.
Eləcə də oxuyun:
* Müəllimlərin dərs saatlarını kim böləcək?
* Nazir valideynlərin bağçaya münasibətini şübhə altına saldı
Xəbər lenti
0