Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazir valideynlərin bağçaya münasibətini şübhə altına saldı

© The Executive Power of the Baku City Bağçada
Bağçada - Sputnik Azərbaycan, 1920, 21.12.2021
Abunə olmaq
Nazir bildirib ki, əgər bağçalara valideyn işə gedəndə uşağını qoyacağı yer kimi yanaşılarsa, burada təhsil məsələsindən danışmaq olmaz
BAKI, 21 dekabr - Sputnik. Ölkədə 1825 uşaq bağçası var. Onlardan 1692-i dövlətə məxsusdur. Orada 126 mindən çox uşaq tərbiyə alır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev çərşənbə axşamı, dekabrın 21-də keçirdiyi brifinqdə deyib. O bildirib ki, əgər bağçalara valideyn işə gedəndə uşağını qoyacağı yer kimi yanaşılarsa, burada təhsil məsələsindən danışmaq olmaz.
“Təhsilin keyfiyyətinin artırılmasında məktəbəqədər təhsil müəssisələrinin böyük rolu var. Azərbaycanda son illər bu sahədə ciddi uğurlar əldə olunub. Əhatəliliyin artırılması istiqamətində mühüm işlər görülüb".
Nazir qeyd edib ki, Azərbaycanda 133 özəl bağça fəaliyyət göstərir: ”Orada 5124 uşaq var. İlin əvvəlinə olan məlumata görə, bağçalarda 17 218 nəfər işləyir".
E. Əmrullayev həmçinin qeyd edib ki, təhsildə varislik və ardıcıllıq prinsipinin qorunması baxımından məktəbəqədər təhsil ən vacib pillələrdən biridir. Onun sözlərinə görə, hər bir insanın inkişafı onun həyatındakı ilk 1000 gündən çox asılıdır.
Xəbər lenti
0