Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

© AR Ministry of DefenceAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 21.12.2021
Abunə olmaq
Müdafiə Nazirliyi bildirib ki, əsgər Nəsirov Müşfiq Əjdər oğlu ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində həlak olub.
BAKI, 21 dekabr - Sputnik. Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Nəsirov Müşfiq Əjdər oğlu ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində həlak olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hadisə ilə bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçumuz, əsgər Həsənov Nurlan Eldar oğlu dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olub.
Faktla bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Həmçinin oxuyun:
Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
Azərbaycan Ordusunun giziri həlak olub
Xəbər lenti
0