https://sputnik.az/20211211/azerbaycan-ordusunun-herbi-qulluqcusu-helak-olub-437161529.html
Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
Sputnik Azərbaycan
Müdafiə Nazirliyi əsgər Həsənov Nurlan Eldar oğlunun dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olması faktını təsdiq edib. 11.12.2021, Sputnik Azərbaycan
2021-12-11T10:10+0400
2021-12-11T10:10+0400
2021-12-11T10:49+0400
hərbi
müdafiə nazirliyi
hərbi qulluqçu
müdafiə naziri
naxçıvan
əlahiddə ümumqoşun ordu
https://cdnn1.img.sputnik.az/img/42383/77/423837747_0:320:3073:2048_1920x0_80_0_0_70556f7bf0714c6b230441e51cba2db2.jpg
BAKI, 11 dekabr - Sputnik. Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçumuz, əsgər Həsənov Nurlan Eldar oğlunun dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olması faktını təsdiq edirik. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyini məlumatında bildirilir. Faktla bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.Həmçinin oxuyun:Kəlbəcər istiqamətində Ermənistanın növbəti təxribatı dayandırılıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42383/77/423837747_0:0:2731:2048_1920x0_80_0_0_9b459a136e4a1bebe6ee18dfd89840cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, hərbi qulluqçu, müdafiə naziri, naxçıvan, əlahiddə ümumqoşun ordu
müdafiə nazirliyi, hərbi qulluqçu, müdafiə naziri, naxçıvan, əlahiddə ümumqoşun ordu
Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
10:10 11.12.2021 (Yenilənib: 10:49 11.12.2021) Müdafiə Nazirliyi əsgər Həsənov Nurlan Eldar oğlunun dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olması faktını təsdiq edib.
BAKI, 11 dekabr - Sputnik. Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçumuz, əsgər Həsənov Nurlan Eldar oğlunun dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olması faktını təsdiq edirik.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyini məlumatında bildirilir.
Faktla bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.